Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-123/2022 11.08.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən X5 oğlunun sədrliyi, Naibov Nurlan Nizami oğlunun katibliyi, Zərərçəkmiş şəxs1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1986-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Siyəzən rayonu, Zarat kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157ci və 510-cu maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 12 may 2022-ci il tarixdə, saat 16:00 radələrində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış mübahisə zamanı sonuncuların yaşadığı Siyəzən rayonunun Zarat kəndindəki evlərinin qarşısında ictimai qaydanı pozub, onların ünvanına nalayiq ifadələr işlətmiş, habelə həmin məqamda orada, eləcə də küçədə Zərərçəkmiş şəxs1 qarşı zorakı hərəkət etməklə, daşla baş nahiyəsindən vurub, sonuncuya qəsdən fiziki ağrı yetirmişdir. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən 09 avqust 2022-ci il tarixli, MN ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 3(059)-123/2022 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-123/2022 saylı və 3(059)- 124/2022 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-123/2022 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157-ci və 510-cu maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, o, 12 may 2022-ci il tarixdə, saat 16:00 radələrində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış mübahisə zamanı sonuncuların yaşadığı Siyəzən rayonunun Zarat kəndindəki evlərinin qarşısında onların ünvanına nalayiq ifadələr işlətmiş, habelə həmin məqamda orada, eləcə də küçədə Zərərçəkmiş şəxs1 daşla baş nahiyəsindən vurub, ona xəsarət yetirmişdir. Hal-hazırda əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərdən üzr istəməsini, habelə Zərərçəkmiş şəxs1la barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, o, qonşularının evindən qayıdarkən Şəxs evlərinin qarşısında anası Gülnazla mübahisə etdiyini görmüş, bu zaman Samirin yaxasından tutub, getməsini tələb etmiş, lakin, sonuncu oradan uzaqlaşmamış, həmçinin evdəkilər ona Samirin onları hədələdiyini bildirdikdə, o, Samirdən hansı səbəbdən belə etdiyini soruşmuş, Samir isə “yaxşı eləyirəm, zor eləmişəm”. Bundan sonra, onlar əlbəyaxa olmuş, habelə həmin məqamda Samir daşla onun başından vurmuşdur. Daha sonra, ekspertizadan keçirilmişdir. Samir özü şəxsən gələrək, ondan və anası Gülnazdan üzr istəmişdir. Hal-hazırda Samirlə barışmışdır və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X1, eləcə də Zərərçəkmiş şəxs2 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, eləcə də Zərərçəkmiş şəxs2 iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Siyəzən RPŞ-nin TQ-nun təhqiqatçısı Emil Zülfüqarov tərəfindən qəbul edilmiş 06 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXMnin 157-ci və 510-cu maddələrinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X4 13 may 2022-ci il tarixli, 91 nömrəli rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində başın alın nahiyəsinin səthi yarası aşkar edilmişdir. Həmin xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə yarana bilər, yaranma müddəti bir-iki günə qədər olub, 12 may 2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğuna görə dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır. Şəxs qarşı heç bir şikayəti yoxdur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs1 ilə barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Barəsində İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tərtib edilmiş 09 avqust 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, onun 3(059)-124/2022 saylı inzibati xəta haqqında materiala münasibətdə İXM-nin 510-cu maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hallar kimi onun təqsirini etiraf etməsi, səmimi peşmançılıq çəkməsi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məsuliyyəti ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halların olmasını, eləcə də inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun törətdiyi xəta əməlində bilavasitə ümumilikdə cəmiyyətin mənəvi-əxlaqi, ictimai dəyərlərinə, o cümlədən heysiyyətinə toxunulduğunu, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, onun İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Digər, yəni Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tərtib edilmiş 09 avqust 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan 3(059)-123/2022 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1la barışmışdır, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası İXM-in 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Beləliklə, 3(059)-123/2022 saylı inzibati xəta haqqında materiala münasibətdə belə hesab edirəm ki, göstərilən əsaslara görə Şəxs barəsində başlanmış bu inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 09 avqust 2022-ci il tarixdə, saat 21:00-dan inzibati qaydada tutulmuş, daha sonra azad olunmamışdır. Hazırda, İXM-nin 157-ci maddəsi ilə Şəxs barəsində başlanmış icraata xitam verildiyindən, 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə isə həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edildiyindən onun barəsində tutma da ləğv edilməli və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilməklə, onun barəsində tətbiq ediləcək inzibati cərimə cəzası bu inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1, 31.4-1, 110-115, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 3(059)-123/2022 saylı iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə, ona 50 (əlli) manat inzibati cərimə tətbiq edilsin. Şəxs barəsində tutma ləğv edilsin və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(059)-123/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-123/2022
11.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver