Məhkəmə qərarları › İş №3(059)-125/2022

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-125/2022

12.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-125/2022 12.08.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən X3 oğlunun sədrliyi, Naibov Nurlan Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxx 1989-cu il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 20 iyun 2022-ci il tarixdə, saat 23:00 radələrində Siyəzən şəhərinin H.Əliyev küçəsində yerləşən “Seyrəngah” adlı parkın qarşısında Zərərçəkmiş şəxs aralarında yaranmış münaqişə zəminində sonuncunun boğazından tutub, dartışdıraraq ona fiziki ağrı yetirmişdir. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən 11 avqust 2022ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Siyəzən şəhərinin H. Əliyev küçəsində yerləşən Seyrəngah adlı park Siyəzən Rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə evli şəxslərin istirahət etməsi üçün açılmışdır. Ora yalnız ərli qadınların, qaynana gəlinlər və sairə kimi insanların istirahəti üçün nəzərdə tutulmuş, habelə oraya tək halda kişilərin gəlməsinə icazə verilməmiş, hətta bu halın qarşısını almaq məqsədilə orada mühafizəçidə xidmət göstərməyə başlamışdır. Bundan əlavə, 14 iyun 2022-ci il tarixdə, RİH-nin başçısı tərəfindən sözügedən parkda uşaqların əylənməsi məqsədilə şən klounların iştirakı ilə təşkil edilmiş şənlikdə oğurluq etdiyinə görə dəfələrlə məhkum olmuş Zərərçəkmiş şəxs parkda törətdiyi hərəkətlər səbəbindən PPTX-nin əməkdaşları tərəfindən oradan birinci dəfə uzaqlaşdırılmışdır. İkinci dəfə hadisədən iki gün sonra, yəni 16 iyun 2022-ci il tarixdə parka yenidən gəldiyində işçilər tərəfindən yenidən oradan getməsi tələb edilsə də, sonuncu barələrində şikayət edəcəyini bildirməklə, oradan uzaqlaşmışdır. Daha sonra, üçüncü dəfə Zərərçəkmiş şəxs sözügedən parka əlində pivə ilə gəldiyi üçün boğazından tutaraq çölə çıxmasını tələb etmişdir. Park yeni açıldığı ilk 15 gün ərzində orada mühafizə xidməti olsa da, hazırda ora hamı tərəfindən ailəvi park kimi tanındığı üçün mühafizə edilmir. Eyni zamanda, parka tək gələn kişilərə həmin parkın qarşısında yerləşən digər kafedə əyləşib istirahət etmələri təklif edilir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, əlində “Bizon” adlanan içki ilə tum yeyərək, istirahət etmək məqsədilə parka yaxınlaşıb, əyləşmək istəyərkən ofisiant onun yanına gələrək, orada əyləşməsi ilə bağlı iradını bildirməklə, yalnız ailəli şəxslərin istirahət edə biləcəyini qeyd etmişdir. O, evli olmadığını, sadəcə çay istədiyini bildirsə də, ona çıxması tələb olunduğu üçün müdiriyyəti çağırmasını tələb etmiş, habelə bu zaman, nəzarətçi gəlib, qolundan tutaraq onu çölə çıxartmışdır. Bundan sonra, Şəxs da ora gəlib boğazından tutaraq onu maşına tərəf itələməklə, avtomaşına əyləşdirməyə çalışmış, habelə oraya nəzarət etdiyini bildirməklə, onun bir daha parka gəlməməsini tələb etmişdir. Eyni zamanda, həmin ərazidə nəzarət kameraları da mövcuddur. Baş verən hadisə zamanı orada qadınların köməkliyi ilə o, Şahinin əlindən çıxa bilmişdir. Bu səbəbdən də, o, hazırda Şəxs şikayətçi olmaqla, sonuncunun barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X1 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Siyəzən RPŞ-nin TQ-nun təhqiqatçısı Emil Zülfüqarov tərəfindən qəbul edilmiş 20 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 157ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün bu qərar RPŞ-nin İTB-yə göndərilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X5 22 iyun 2022-ci il tarixli, 120 nömrəli rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində hər hansı növ bədən xəsarəti aşkar olunmamışdır. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 09 avqust 2011-ci il təvəllüdlü Fatimə, 26 dekabr 2013-cü il tarixli Səccad və 03 iyul 2021-ci il təvəllüdlü Möhsin adında üç yetkinlik yaşına çatmayan övladı olan Şəxs sair ərzaq məhsullarının pərakəndə satışı üzrə fərdi sahibkardır. Beləliklə, işdə olan sənədlərlə müəyyən olundu ki, Şəxs 20 iyun 2022-ci il tarixdə, saat 23:00 radələrində Siyəzən şəhərinin H.Əliyev küçəsində yerləşən “Seyrəngah” adlı parkın qarşısında Zərərçəkmiş şəxs aralarında yaranmış münaqişə zəminində sonuncunun boğazından tutub, dartışdıraraq ona fiziki ağrı yetirmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati məsuliyyətə səbəb olan əməldir. Odur ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi əməli etiraf etməsi, himayəsində üç yetkinlik yaşına çatmayan uşağı olmaqla, faydalı əmək fəaliyyəti ilə məşğul olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, törətdiyi əməli etiraf etməsi, himayəsində üç yetkinlik yaşına çatmayan uşağı olmaqla, faydalı əmək fəaliyyəti ilə məşğul olması kimi məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq, Şəxs İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 450 (dörd yüz əlli) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar