Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-129/2022 02.09.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib edən orqan, Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X1 iştirakları ilə xx xxxxxx 1959-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X3 icra sənədi üzrə Şəxs İXM-nin 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin MİD-nin Şabran rayon MTM-nin 05 mart 2019-cu il tarixli, MN seriyalı, ******* nömrəli qərarına əsasən 400 manat cəriməni və Siyəzən Rayon Məhkəməsinin 04 iyun 2019-cu il tarixli, 2(059)-209/2019 saylı icra vərəqəsinə əsasən 95,52 manat borcu ödəməkdən yayınır. Bu barədə Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X3 tərəfindən 09 avqust 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X3 tərtib edilmiş protokolu müdafiə edərək, izahatında bildirdi ki, Şəxs 400 manat cərimə edilməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin MİD-nin Şabran rayon MTM-nin 05 mart 2019-cu il tarixli, MN seriyalı, ******* nömrəli qərarı və cavabdeh Şəxs 135.52 manat pulun və 20 ödənilmiş dövlət rüsumun tutulub iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin MİD-nin Şabran rayon MTM-nə ödənilməsi dair Siyəzən Rayon Məhkəməsinin 04 iyun 2019-cu il tarixli, 2(059)-209/2019 saylı icra vərəqəsi şöbəyə daxil olduqdan sonra müvafiq qərarla icraata başlanılıb. Sözügedən icra sənədlərinin icrası barəsində Şəxs tələbin könüllü icrası barədə göndərilmiş bildirişlərdən 3 ildən artıq müddət keçməsinə baxmayaraq, sonuncu tərəfindən Siyəzən Rayon Məhkəməsinin 04 iyun 2019cu il tarixli, 2(059)-209/2019 saylı icra vərəqəsi üzrə cəmi 60 manat məbləğində ödəniş edilsə də, qalan məbləğlər üzrə isə heç bir ödəniş edilməmişdir. Odur ki, Şəxs borclu olduğu məbləği qərəzli şəkildə ödəmədiyi üçün sonuncunun barəsində İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə tərtib edilərək, məhkəməyə təqdim edilmiş inzibati protokolun təmin edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 529.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, təmənnalı olaraq heyvanların otlaq sahəsində otarmaqla məşğul olur. Siyəzən Rayon Məhkəməsinin 04 iyun 2019-cu il tarixli, 2(059)-209/2019 saylı icra vərəqəsinə əsasən 135.52 manat puldan 70 manat məbləğini ödəsə də, maddi vəziyyəti ağır olduğu üçün qalan məbləği, habelə 400 manat cərimə məbləğini ödəyə bilmir. Hazırda əməlini məqsədli şəkildə etməməsinin nəzərə alınmasını xahiş edir. İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin MİD-nin Şabran rayon MTM-i inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxsin) nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan sənədlərin surətlərindən görünür ki, qanuni qüvvəsini almış Ekologiya və Təbii Sərvətlər Nazirliyinin MİD-nin Şabran rayon MTM-nin 05 mart 2019-cu il tarixli, MN seriyalı, ******* nömrəli qərarı və Siyəzən Rayon Məhkəməsinin 04 iyun 2019-cu il tarixli, 2(059)-209/2019 saylı icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Siyəzən rayon icra və probasiya şöbəsinə göndərilmiş, həmin icra sənədləri icraata qəbul edilərək, bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, sonuncu həmin almış və sözügedən icra sənədinin qanuni qüvvəyə mindiyi gündən 3 ay müddət ötmüşdür. İşdə olan Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X1 04 avqust 2022-ci il tarixli icraatın birləşdirilməsi haqqında qərardan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin MİD-nin Şabran rayon MTM-nin 05 mart 2019-cu il tarixli, MN seriyalı, ******* nömrəli qərarı və Siyəzən Rayon Məhkəməsinin 04 iyun 2019-cu il tarixli, 2(059)-209/2019 saylı icra vərəqəsi bir icraata birləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, həmçinin, kifayət qədər yaşının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını, bundan başqa, kifayət qədər yaşının olması kimi yüngülləşdirici halın mövcudluğunu nəzərə alaraq, onun İXM-nin 529.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28.3-1, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 160 (bir yüz altmış) saat ictimai işlər təyin olunsun. İnzibati tənbehin müddəti Şəxs ictimai işlərin yerinə yetirilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Siyəzən rayon icra və probasiya şöbəsinə tapşırılsın. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(059)-129/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-129/2022
02.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver