Məhkəmə qərarları › İş №3(059)-13/2022

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-13/2022

21.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-13/2022 21.01.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X2 iştirakları ilə xx xxxxxx 1993-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X5 tərəfindən tərtib edilmiş 21 yanvar 2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs 01 sentyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində övladlarını götürmək üçün yaşadığı Siyəzən şəhərinin S.Vurğun küçəsindəki 2 saylı evə gələn qardaşı arvadı Zərərçəkmiş şəxs döyməklə, sonuncuya qəsdən fiziki ağrı yetirmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X7 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, Şəxs 01 sentyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində övladlarını götürmək üçün yaşadığı Siyəzən şəhərinin S.Vurğun küçəsindəki 2 saylı evə gələn qardaşı arvadı Zərərçəkmiş şəxs döyməklə, sonuncuya qəsdən fiziki ağrı yetirdiyini bildirdi. Eyni zamanda, 01 noyabr 2021-ci il tarixli qərarda Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanmasının rədd edildiyini, barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etdiyini qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşı Hikmət Bəşirovun arvadı olmaqla, sonuncular 2010-cu ildə evlənmiş, habelə, bu nikahdan Fərid və Fikrət adında 2 oğlan övladları doğulmuşdur. 01 sentyabr 2021-ci il tarixdə,saat 18:00 radələrində evdə istirahət edərkən qardaşının kiçik oğlu Fikrət atasının yatdığı otağa keçərək anası Gülbikənin onları aparmağa gəldiyini bildirib, qardaşının buna icazə verməməsini xahiş etmiş, bu zaman o, cəld evin həyətinə çıxmışdır. O, həyətə çıxarkən anası Nərminə ondan tez küçəyə çıxaraq Gülbikəyə “Xoş günlərdə belə evinizə gedən zaman uşaqlar evinizə getmək istəməyib, indi gedəcəklər?” demiş, sonuncu da anasına uşaqlarla söhbət etməsinə icazə verməsini xahiş etmiş, övladları isə Gülbikəyə getmək istəmədiklərini qeyd etmiş, habelə anası və qardaşına onları aparmalarına mane olmalarını istəmişlər. Bundan sonra, qardaşı Hikmət Gülbikəyə bu tərzdə uşaq aparılmadığını bildirib, uşaqların əlini buraxmasını istəmiş, Gülbikə Fikrətin əlini buraxmış, Fərid isə özü anasının əlindən çıxıb yaşadıqları ünvanın həyətyanı sahəsinə getmişlər. Hikmət uşaqların ardınca həyətə daxil olub, qapını arxadan bağlasa da, o və anası Nərminə küçədə qaldıqlarından Hikmət yenidən analarının və onun içəri daxil olması üçün qapını açmışdır. Hikmət qapını açandan sonra anası və o, həyətə daxil olanda onların arxası ilə Gülbikə və anası Lətifə də həyətə daxil olmuşlar. Gülbikə həyətdə səs-küy salmağa başlamış, sonuncunun anası Lətifə isə onun əlindən tutub dartarkən Hikmət də onun digər əlindən tutub Lətifəyə kömək etmək üçün Gülbikəni həyətdən çölə çıxarmaq istəmişdir. Lakin, anası X4 əlindən buraxmasını istədiyi üçün Hikmət anasının istəyini yerinə yetirmiş, bu zaman Lətifə var gücü ilə Gülbikəni qolundan tutub dartdığından sonuncu yerə yıxılmışdır. Həmin vaxt o, Gülbikəyə uşaqların onlarla getmək istəmədiyini, bu tərzdə uşaq aparılmadığını bildirsə də, Gülbikə onu barəsində polisə müraciət edəcəyi ilə hədələyərək bu işə qarışmamasını tələb etmişdir. Daha sonra, Gülbikə anası ilə birlikdə gəldikləri taksiyə əyləşərək çıxıb getmişlər. O, hadisə zamanı Gülbikəyə oxunmamış, sonuncunu vurmamış və ona hər hansı bir formada fiziki ağrı yetirməmişdir. Odur ki, baş vermiş hadisədə təqsirinin olmamasının nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, son vaxtlar valideynləri ilə birlikdə Siyəzən şəhərinin Vidadi küçəsindəki 4 saylı evdə yaşamaqla, heç yerdə işləmir. 01 sentyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində anası Lətifə ilə birlikdə əri Hikmətin yanında olan övladları Fərid və Fikrəti götürmək üçün ərinin yaşadığı Siyəzən şəhərinin S.Vurğun küçəsindəki 2 saylı evə getmişlər. O, avtomobildən düşüb Hikmətin yaşadığı fərdi yaşayış evinin həyət qapısını açıb həyətə baxmış, uşaqları Fərid və Fikrətin həyətdə oynadıqlarını, qayınanası Nərminənin isə həyətdə əyləşdiyini görmüşdür. O, qapını açıb uşaqları küçəyə çağırmış, uşaqlar küçəyə çıxdıqdan sonra əri Hikmət və qaynı Vasif evdən həyətə çıxmışlar. Onlar onun uşaqlarla küçədə dayandığını görüb, “uşaqları hara aparırsan ?” deyə soruşaraq onun yanına gəlmişlər. Hikmət uşaqları həyətə salaraq qapını bağlamaq istəyərkən o, əlləri ilə qapını itələyib, həyətə daxil olmuş, bundan sonra əri Hikmətə yalvararaq uşaqları 2-3 günlük ona verməsini, daha sonra gətirəcəyini bildirmişdir. Mübahisə zamanı əri Hikmət uşaqları verməyəcəyini deyib sağ qolundan bərk şəkildə tutaraq itələyib yerə yıxmış, bu zaman anası Lətifə Hikmətgilin həyətinə daxil olmuş, habelə onu yerdən qaldırmışdır. Bundan sonra, əri Hikmət və qaynı Vasif onun qolundan bərk tutaraq təkrarən çıxıb getməsini tələb etmişlər. Hikmət və Vasif onun qollarından tutduqları üçün o, onlara heç bir müqavimət göstərə bilməmiş, o cümlədən anası Lətifənin köməkliyi ilə Hikmətgilin həyətindən küçəyə çıxmışdır. O, gəldikləri taksiyə əyləşib DİN-nin 102 xidmətinə zəng vuraraq, baş vermiş hadisə barədə məlumat vermişdir. Hazırda, o, Şəxs şikayətçi olmaqla, sonuncunun barəsində ciddi inzibati tənbeh tədbirinin görülməsini istəyir. Məhkəmə iclasında iştirak edən şahid X6 oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatına, digər şahid X3 isə qızı, Zərərçəkmiş şəxs izahatına uyğun, eyni məzmunlu izahatlar vermişlər. Siyəzən RPŞ-nin İB-nin müstəntiqi Şamil Rzayev tərəfindən qəbul edilmiş 01 noyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 03 sentyabr 2021-ci il tarixli, 214 nömrəli rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində hər iki bazu nahiyəsinin çoxlu sayda qançırları aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərildiyi şəraitdə əl ilə yetirilə bilər, öz boyu hündürlükdən yıxılma və özü tərəfindən özünə yetirilmə zamanı yaranan xəsarətlərə xarakterik deyil, yaranma müddəti bir-iki günə qədər olub, müayinə olunanın göstərdiyi 01 sentyabr 2021-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduqlarına görə dərəcələri təyin edilmir. İşdə olan zərərçəkmiş şəxs tərəfindən 21 yanvar 2022-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, o, Şəxs şikayətçi olmaqla, sonuncu barəsində ciddi inzibati tənbeh tədbiri görülməsini xahiş edir. Beləliklə, inzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs əməlində İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın tərkibinin olmadığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati məsuliyyətə səbəb olan əməldir. Maddənin məzmunundan da göründüyü kimi, qanunvericilik sözügedən inzibati xətanın əmələ gəlmə əsasları kimi edilməsi istinad olunan əməlin döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə ilə şərtləndirmişdir ki, bu hal isə öz növbəsində inzibati təqsirin qəsd növünü formalaşdırır. Şəxs əməlində belə bir qəsd mövcud olmamış, o cümlədən onun 01 sentyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində övladlarını götürmək üçün yaşadığı Siyəzən şəhərinin S.Vurğun küçəsindəki 2 saylı evə gələn qardaşı arvadı Zərərçəkmiş şəxs döyməklə, sonuncuya qəsdən fiziki ağrı yetirməsi müəyyən edilməmişdir. Çünki, məhkəmədə alınmış izahatlardan da göründüyü kimi Şəxs 01 sentyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində Siyəzən şəhərinin S. Vurğun küçəsindəki 2 saylı evdə baş vermiş mübahisənin iştirakçısı olsa da, o, zərərçəkmiş şəxsi döyməmiş, o cümlədən ona bununla əlaqədar qəsdən fiziki ağrı yetirməyə yönələn hərəkətlər etməmişdir. Belə ki, Şəxs şəxsən Zərərçəkmiş şəxs fiziki ağrı yetirməsini təsdiq edəcək hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, məhkəmə şahid X1 izahatına qiymət verərək qeyd edir ki, bu şahid zərərçəkmiş Zərərçəkmiş şəxs anası olmaqla, onun inzibati xəta haqqında icraata münasibətini bildiyindən, iş üzrə onun tərəfindən izahat verməsi baxımından və beləliklə də, şahid dəvət edildiyi tərəf baxımından işin nəticəsi ilə bağlı maraqlı olduğundan, habelə verilmiş bu şahid izahatı baş vermiş hadisənin müqəddəratına təfərrüatlı şəkildə aydınlıq gətirmədiyindən əsaslı hesab edilməməli və mötəbər sübut kimi qəbul edilməməlidir. Həmçinin, şahid izahatının əsaslı və mötəbər olmamasına dəlalət edən hallardan biri də, onun baş vermiş hadisəni birbaşa görə bilməməsi və bu zaman ziddiyyətə yol verməsidir. Belə ki, şahid Lətifə Məlikovanın izahatında kürəkəni X9 şəhərinin S.Vurğun küçəsindəki 2 saylı evlərinin həyətinə daxil olarkən qızı Zərərçəkmiş şəxs yerdə uzanıqlı vəziyyətdə görməsini göstərməsi onun hadisədən sona həmin yerə gəlməsinə dəlalət edir. Belə olan təqdirdə isə verilən şahid izahatının əsaslı və mötəbər sübut kimi qəbul edilməsi istisna edilir. Beləliklə, hazırkı vəziyyətdə İXM-nin 157-ci maddəsinə münasibətdə Şəxs inzibati xətanın törədilməsinə aidiyyəti olması və ya təqsirliliyi sübuta yetirilmir və o, həmin maddə ilə təqsirli sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bununla da, məhkəmə belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar