Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-13/2024 24.01.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlu xx xxxxxxx 1991-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.3-cü maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş 26 oktyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli, 15 noyabr 2023-cü il tarixli, İXP seriyalı, 5835508, 5835527, 5835545, 5835519, 5835538, 5835503, nömrəli xəta haqqında protokollardan və iş materialından görünür ki, Şəxs müvafiq olaraq Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh olunmasına dair 24 iyun 2023-cü il tarixli, EQ seriyalı, 15278493 saylı, İXM-nin 328.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh olunmasına dair 14 iyun 2022-ci il tarixli, EQ seriyalı, 10218797 nömrəli, İXM-nin 328.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh olunmasına dair 18 iyul 2022-ci il tarixli, EQ seriyalı, 10652791 nömrəli, 24 avqust 2022-ci il tarixli, EQ seriyalı, 11084945 nömrəli, 18 iyul 2022ci il tarixli, EQ seriyalı, 10652785 nömrəli, İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh olunmasına dair 04 avqust 2022-ci il tarixli, EQ seriyalı, 10847183 nömrəli, İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh olunmasına dair 14 iyun 2022-ci il tarixli, EQ seriyalı, 10218793 nömrəli qərarları qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etməmişdir. Siyəzən Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 3(059)-13/2024 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-13/2024 saylı, 3(059)- 14/2024 saylı, 3(059)-15/2024 saylı, 3(059)-16/2024 saylı, 3(059)-17/2024 saylı, 3(059)- 18/2024 saylı və 3(059)-19/2024 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-13/2024 nömrə altında baxışa təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati xəta haqqında protokolları tərtib edən şəxslərə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokoları tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, işə əlavə olunmuş inzibati tənbeh vermə haqqında qərarlardan və asanpay ödəniş portalının çıxarışından görünür ki, Şəxs 24 iyun 2023-cü il tarixdə dayanma qaydalarını pozmağa görə İXM-nin 346.1-ci maddəsi ilə, 14 iyun 2022-ci il tarixdə yolda müəyyən edilmiş hərəkət sürətini 22 km/saat həddində aşdığına görə İXM-nin 328.2-ci maddəsi ilə, 18 iyul 2022-ci il və 24 avqust 2022-ci il tarixlərdə yolda müəyyən edilmiş hərəkət sürətini müvafiq olaraq 14, 13 və 15 km/saat həddlərində aşdığına görə İXM-nin 328.1-ci maddəsi ilə, 04 avqust 2022-ci il tarixdə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozduğuna görə İXM-nin 327.2-ci maddəsi ilə, 14 iyun 2022-ci il tarixdə yol nişanlarının tələblərinə riayət etmədiyinə görə İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilmiş, cərimələr ödənilməmişdir. İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Odur ki, Şəxs İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, o cümlədən il ərzində yeddi dəfə eyni qəbilən inzibati xəta törətməsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona İXM-nin 529.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan, nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib ona inzibati tənbeh olaraq 9 (doqquz) ay müddətində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-13/2024
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-13/2024
24.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver