Məhkəmə qərarları › İş №3(059)-131/2021

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №3(059)-131/2021

27.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 3(059)-131/2021 27.08.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar idarəsindən daxil olmuş 90-İX-21 nömrəli materialı işin məhkəmədə baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar idarəsindən 90-İX-21 nömrəli material 18 avqust 2021-ci il tarixdə tarixdə Siyəzən Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə daxil olmuş material baxılmağa hazırlanan zaman nəzərdən keçirilib müəyyən edildi ki, barəsində protokol tərtib edilmiş Şəxs tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında inzibati həbs tənbeh növündə tənbeh tədbirinin nəzərdə tutulmasına baxmayaraq barəsində protokol tərtib edilmiş şəxsin, yəni hazırki iş üzrə Şəxs iştirakı məcburi olmasına baxmayaraq, onun dərhal məhkəməyə gətirilməsi təmin olunmamışdır. Halbuki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 61.5-ci maddəsinə görə inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Beləliklə, yuxarıda sadalananlar nəzərə alınaraq məhkəmə hesab edir ki, barəsində icraat başlanmış şəxsin məhkəmədə iştirakı təmin edilmədiyindən, iş üzrə toplanmış material tədbir görülməsi üçün Siyəzən rayon Polis şöbəsinə göndərilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikası İXM-nin 40, 99, 100, 109, 110 və 114cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 90-İX-21 nömrəli material tədbir görülməsi üçün Siyəzən rayon Polis şöbəsinə göndərilsin. Hakim: İlkin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar