Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-133/2022 08.09.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən X5 oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsinin nümayəndəsi X1 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsindən daxil olmuş X3 materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə MN ******* nömrəli, 18 avqust 2022-ci il tarixli X3 protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası Dövlət X6 Regional İdarəsidən daxil olmuş MN ******* nömrəli, 18 avqust 2022-ci il tarixli X3 protokolda göstərilmişdir ki, Siyəzən şəhəri, Heydər Əliyev küçəsində yerləşən “X8” obyektinin fasadında 18 iyul 2022-ci il tarixində müvafiq icazə alınmadan açıq məkanda qanunsuz reklam yayını aşkar edilmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən X3 protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin nümayəndəsi X4 protokolda göstərilənlərə uyğun izahat verərək eyni zamanda göstərdi ki, 18 iyul 2022-ci il tarixdə Şəxs sahibi olduğu Siyəzən şəhəri, Heydər Əliyev küçəsində yerləşən “X8” obyektinin fasadında Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası” nın 3.5.1-ci yarımbəndinin pozulması halı aşkar edilmiş, bu hal Şəxs bildirilməklə, ona icrası məcburi göstəriş göndərilmiş, habelə 25 iyul 2022-ci il tarixdə isə rəsmi qaydada göndərilmiş icrası məcburi göstəriş onun tərəfindən qəbul edilmiş (poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir), lakin, o, icrası məcburi göstəriş icra etməkdən boyun qaçırmışdır. X2 Reklam İdarəsi tərəfindən 18 avqust 2022-ci il tarixdə Şəxs barəsində inzibati protokol tərtib edilib, sonuncunun ünvanına göndərilsə də, protokol onun tərəfindən qəbul edilməmiş, şəxsin həmin ünvanda yaşamadığı qeyd edilmişdir. Qeyd edir ki, Şəxs ünvanına göndərilmiş icrası məcburi göstəriş sonuncu tərəfindən imza edilməklə qəbul edilsə də, həmin ünvana göndərilmiş protokol Şəxs ünvanda yaşamaması ziddiyəti ilə geri qaytarılmışdır. Bundan başqa, Şəxs 16 fevral 2022ci il tarixdə Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsinə müraciət edərək, reklam yayınına icazə verilməsini xahiş etmişdir. Daxil edilmiş müraciət idarə tərəfindən qəbul edilmiş, lakin, yayım haqqında dövlət rüsumu ödənilmədiyindən müvafiq icazə verilməmişdir. Göstərilən halın nəzərə alınmasını və inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Barəsində X3 iş üzr icraat aparılan şəxs Şəxs X3 işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, habelə X3 işə iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən barəsində X3 iş üzr icraat aparılan şəxs Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan "Açıq məkanda mövcud qanunvericiliyin tələblərinə uyğun olmayan reklam yayımı hallarının müəyyən edilməsi haqqında” 18 iyul 2022-ci il tarixli, 000516 nömrəli aktdan görünür ki, Şəxs tərəfindən Siyəzən şəhəri, H. Əliyev küçəsində yerləşən “X7” İXMnin 428.7.1- ci maddəsinə zidd olaraq icazəsiz reklamları yerləşdirilməsi və yayımı faktı aşkar edilmiş və bu səbəblə akt tərtib edilmişdir. İşdə olan 12 iyul 2022-ci il tarixli 000516 nömrəli göstərişdən görünür ki, Şəxs Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası” nın (bundan sonra Qayda) 3.5.1-ci yarımbəndinə əsasən təqdim olunan Aktda qeyd olunan qanunvericilik pozuntularının 5 gün ərzinə aradan qaldırılması tələb olunmuş, əks halda, Qaydanın 3.5.2-ci yarımbəndinə əsasən ona, icrası məcbur olan göstərişdə qeyd olunan tələb vaxtında yerinə yetirilmədikdə, tərəflərindən qanunsuz reklam yayılmasının dayandırılması üçün zəruri tədbirlər görüləcəyi və həmin Qaydanın 3.7 bəndinə uyğun olaraq barəsində X3 protokol tərtib olunacağı izah edilmişdir. İşdə olan İnternet Vergi İdarəsinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatları haqqında çıxarışdan görünür ki, Şəxs fiziki şəxs kimi qeydiyyata alınmışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 428.7.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir və Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. "Reklam haqqında” qanunun 26.1-ci maddəsinin tələbinə görə reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.2-ci maddəsinin tələbinə görə açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2- 2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Bu Qanunun 26.8-ci maddəsinin tələbinə görə birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyrikommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 61.1.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ vardır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X3 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X3 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs - Şəxs müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsini almadan Siyəzən şəhəri Heydər Əliyev küçəsində yerləşən “X8” obyektinin fasadında reklam qurğusunu müvafiq icazə sənədləri olmadan yerləşdirilmiş və yayımlamış, bununla da Reklam haqqında Qanunun tələblərini pozaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(059)-133/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-133/2022
08.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver