Məhkəmə qərarları › İş №3(059)-134/2021

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-134/2021

25.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-134/2021 25.08.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1, Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxx 1994-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: X2 24 avqust 2021-ci il tarixdə saat 13:20 radələrində Siyəzən şəhəri, H. Əliyev küçəsində yerləşən "xxxx" ASC-yə məxsus bankomatın qarşısında Zərərçəkmiş şəxs məxsus cib güzdanından 6 manat pulu talamışdır. Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X4 tərəfindən 24 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 özünü İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, 24 avqust 2021-ci il tarixdə saat 13:00 radələrində Siyəzən şəhəri, H. Əliyev küçəsində yerləşən "xxxx" ASCyə məxsus bankomatın qarşısından keçən zaman ödəniş terminalının qarşısında cüzdan görüb onu oğurlamaq qərarına gəlmiş və cəld şəkildə ödəniş terminalına yaxınlaşıb cüzdanı götürüb içində olan 6 manat pulu oğurlamışdır. Həmin vaxt Şahlar adlı polis əməkdaşı ondan özünə məxsus cüzdanı hansı səbəbdən oğurladığını soruşduqda, sonuncuya pula ehtiyacı olduğu üçün cüzdanı oğurladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Siyəzən RPŞ-yə gətirmiş və növbətçi hissəyə təhvil vermişlər. Hazırda, dəymiş ziyanı ödəmişdir. Özünü törətdiyi əmələ görə təqsirli bilir və səmimi peşmançılıq çəkir, bu səbəblə də, ona daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, 2020-ci ildən DİN-nin Siyəzən RPŞ-nin PPXT-nın polis nəfəri vəzifəsində çalışır. 24 avqust 2021-ci il tarixdə Siyəzən şəhəri, H. Əliyev küçəsində xidmətdə olarkən "xxxx" ASC-yə məxsus kartında pulun olub-olmadığını yoxladığı zaman, içərisində 306 manat olan cüzdanını cibindən çıxardıb monitorun qarşısına qoymuşdur. Kartı yoxlayıb qurtardıqdan sonra monitorun qarşısına qoyduğu cüzdanın naməlum şəxs və ya şəxslər tərəfindən oğurladığını müəyyən etmişdir. Cüzdanın kim tərəfindən oğurlandığını müəyyən etmək üçün ətrafa baxdığı zaman, əvvəllər Siyəzən şəhər sakini kimi tanıdığı Yəhyə Güləliyevin əlində olduğu görmüş, həmin vaxt sonuncu cüzdandan artıq 6 manat pulunu oğurlamış və cüzdanın digər gözlərində pulun olub-olmadığını axtarmışdır. O, tez Yəhyə Güləliyevə yaxınlaşmış və ondan nə üçün cüzdanını oğurladığını soruşmuş, sonuncu pula ehtiyacı olduğu üçün cüzdanı oğurladığını bildirmişdir. Bundan sonra postaçı yoldaşı Elgün Muradov ilə birlikdə Yəhyə Güləliyevi əməlinə hüquqi qiymət verilməsindən ötrü Siyəzən RPŞ-yə gətirmiş və növbətçi hissəyə təhvil vermişlər. Hazırda ona dəymiş 6 manat zərər ödənilmişdir. Yəhyə Güləliyevin qanunverciliyı müvafiq inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan sənədlərdən, o cümlədən 24 avqust 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X1 əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi barədə materiallar aidiyyəti üzrə göndərilmişdir. Həmçinin, işin faktiki hallarından və tədqiq olunmuş sübutlardan görünür ki, X2 24 avqust 2021-ci il tarixdə saat 13:20 radələrində Siyəzən şəhəri, H. Əliyev küçəsində yerləşən "xxxx" ASC-yə məxsus bankomatın qarşısında Zərərçəkmiş şəxs məxsus cib güzdanından 6 manat pulu talamışdır. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, X1 İXM-nin 227-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama inzibati məsuliyyətə səbəb olan əməldir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 məsuliyyətini ağırlaşdıran halların olmaması, eləcə də əməlindən səmimi peşmançılıq hissi çəkməsi və dəymiş zərəri ödəməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini, habelə onun məsuliyyətini yüngülləşdirən halın olmasını, eləcə də ağırlaşdıran halın olmasını nəzərə alaraq, onun İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Eyni zamanda qeyd edirəm ki, X2 24 avqust 2021-ci il tarixdə, saat 18:20-dən inzibati qaydada tutulmuş, daha sonra azad olunmamışdır. Hazırda, İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edildiyindən Yəhyə Güləliyev barəsində tutma da ləğv edilməli və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilməklə, onun barəsində tətbiq ediləcək inzibati cərimə cəzası bu inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28.3-1, 31.4-1, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 160 (bir yüz altımış) saat ictimai işlər təyin olunsun. X2 barəsində tutma ləğv edilsin və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilsin. İnzibati tənbehin müddəti X1 ictimai işlərin yerinə yetirilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Qərarın icrası X1 yaşayış yeri üzrə Siyəzən rayon icra və probasiya şöbəsinə tapşırılsın. X1 üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar