Məhkəmə qərarları › İş №3(059)-134/2023

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №3(059)-134/2023

10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 3(059)-134/2023 10.07.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İnzibati xəta haqqında materialdan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinə məxsus işçi qüvvəsi və texnikası vasitəsilə 21 iyun 2023-cü il tarixdə, Şabran rayonunun Düzbilici inzibati ərazi dairəsinin Zağlı kəndinin yaxınlığında Dəvəçiçay çay yatağında qazıntı işləri aparılaraq 1840 m3 həcmində çınqıl-qum qarışığının götürülərək, yerin təkindən istifadə qaydalarının pozulması aşkar olunmuşdur. Buna görə də, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material aidiyyəti üzrə düzgün göndərilməmişdir. Belə ki, iş materiallardan göründüyü kimi inzibati xətanın törədildiyi yer Şabran rayonunun Düzbilici inzibati ərazi dairəsinin Zağlı kəndidir və inzibati xəta haqqında protokola Siyəzən Rayon Məhkəməsində baxılması üçün vəsatət əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xətanın törədildiyi yer Siyəzən rayonunun inzibati ərazisi olmadığına, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin inzibati xəta haqqında materiala Siyəzən Rayon Məhkəməsində baxılmasına dair vəsatəti məhkəməyə daxil olmadığına, bununla da inzibati xəta haqqında materiala bu məhkəmədə baxılmasına əsaslar yaranmadığına görə toplanmış material aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması onun səlahiyyətinə aid deyildirsə, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edir. Ona görə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109- 110-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilsin. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar