Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-135/2021 30.08.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X1 iştirakları ilə xx xxxxxx 1990-cı ildə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs oğlu 19 avqust 2021-ci il tarixdə təxminən saat 23:00 radələrində Zərərçəkmiş şəxs Əlşir qızının yaşadığı Siyəzən şəhəri, O. Qoçəliyev küçəsindəki nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsindən sonuncunun oğluna məxsus dəyəri 90 manat olan “Steels” markalı, 26 ölçülü velosipedi oğurlamaqla zərərçəkmiş şəxsə 90 manat məbləğində ziyan vurmuşdur. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən 30 avqust 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, Şəxs 19 avqust 2021-ci il tarixdə təxminən saat 23:00 radələrində Zərərçəkmiş şəxs Əlşir qızının yaşadığı Siyəzən şəhəri, O. Qoçəliyev küçəsindəki nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsindən sonuncunun oğluna məxsus dəyəri 90 manat olan “Steels” markalı, 26 ölçülü velosipedi oğurlamaqla zərərçəkmiş şəxsə 90 manat məbləğində ziyan vurduğunu bildirdi. Həmçinin, o, 29 avqust 2021-ci il tarixli qərarla Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanmasının rədd edildiyini, barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etdiyini qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, 19 avqust 2021-ci il tarixdə cibində xərclik pulu olmadığından oğurluq etmək qərarına gəlmiş və bu məqsədilə həmin gün saat 23:00 radələrində yaşadığı evdən çıxmış və ayaqla O. Qoçəliyev küçəsi tərəfə gəlmişdir. Qeyd olunan küçədə gəzən zaman bir evin həyətyani sahəsinin setka ilə hörüldüyünü görmüş və həmin evin yanında bir qədər dövr etdikdən sonra, setkanın açıq hissəsindən həyətə daxil olmuşdur. Bundan sonra, həyətə baxış keçirmiş və evin alt hissəsindəki olan quruluq olan yerdə bir ədəd velosiped görmüş, velosipedi götürüb oradan oğurlamış və gəldiyi yerlə evin həyətyani sahəsindən çıxıb getmişdir. 20 avqust 2021-ci il tarixdə saat 01:00 radələrində Siyəzən şəhəri, Xətai küçəsində oğurladığı velosipedi sürən zaman, tanışı Bəhruzun yolun kənarında siqaret çəkdiyini görmüşdür. O, velosipedi tanışı Bəhruzun yanında saxlamış, onunla bir qədər söhbət etmiş və söhbət əsnasında ona pula ehtiyacı olduğu üçün velosipedi satmaq istədiyini bildirmişdir. Bəhruz velosipedi almaq üçün pulunun olmadığını bildirdik də, sonuncuya “20 manatın varsa da ver velosipedi apar” sözlərini demiş, bundan sonra, Bəhruz ona “velosipedi kimindir və niyə belə ucuz qiymətə satırsan” sözlərini deyən zaman, sonuncuya pula ehtiyacı olduğu üçün velosipedi bu qiymətə satdığını bildirmişdir. Daha sonra, Bəhruz cibindən 20 manat pulu çıxarmış və ona vermiş, o da velosipedi sonuncuya satmış və evə gəlmişdir. 20 avqust 2021-ci il tarixdə səhər saatlarında həmin 20 manat pulla marketdən siqaret və digər ərzaq malları almışdır. O, oğurluq hadisəsini tək törətmiş və bu barədə heç kəsə bildirməmişdir, oğurluq etməsinə səbəb son zamanlar iş olmadığı üçün pul əldə etmək istəməsi ilə əlaqələndirmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyan 90 manat hazırkı vaxtadək ödənilməmişdir. Bununla belə, əməlindən səmimi peşmançılıq çəkdiyinə görə ona daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, Siyəzən şəhəri, O. Qoçəliyev küçəsindəki nömrəsiz fərdi yaşayış evində yaşayır və oğlu Raminə məxsus “Steels” markalı, 26 ölçülü velosipedi vardır. 19 avqust 2021-ci il tarixdə saat 23:00 radələrində oğlu Ramin velosipedi sürdükdən sonra adəti üzrə gətirib həyətyani sahədə evin alt hissəsində quruluqda saxlamış və evə gəlmişdir. 20 avqust 2021-ci il tarixdə saat 11:00 radələrində oğlu Ramin həyətə düşmüş və velosipedi yerində görməmişdir. Bundan sonra, oğlu onu səsləmiş və velosipedin yerində olmadığını bildirmiş, o, həyətə düşdüyündə velosipedin yerində olmadığı görmüş və ətrafa göz gəzdirdikdən sonra, velosipedin oğurlandığını müəyyən etmişdir. Əvvəllər evindən və ya həyətyani sahəsindən oğurluq olmadığından, velosipedi özünün tapacağını fikirləşmişdir. O, velosipedi 2 il bundan öncə 180 manat aldığını, hazırda velosipedin dəyərinin 90 manat təşkil etdiyini, hazırda ona dəymiş ziyanın ödənilmədiyini bildirib, Xəyal Abdürəhimovdan şikayətçi olduğunu qeyd etdi. İş materiallarında olan 29 avqust 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi barədə materiallar aidiyyəti üzrə göndərilmişdir. Həmçinin, həmin qərardan və işin faktiki hallarından görünür ki, Şəxs 29 avqust 2021-ci il tarixdə təxminən saat 23:00 radələrində Zərərçəkmiş şəxs Əlşir qızının yaşadığı Siyəzən şəhəri, O. Qoçəliyev küçəsindəki nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsindən sonuncunun oğluna məxsus dəyəri 90 manat olan “Steels” markalı, 26 ölçülü velosipedi oğurlamaqla zərərçəkmiş şəxsə 90 manat məbləğində ziyan vurmuşdur. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 227-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama inzibati məsuliyyətə səbəb olan əməldir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, eləcə də əməlindən səmimi peşmançılıq hissi çəkməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini, zərərçəkən şəxsin şikayətçi olmasını və dəyən ziyanın ödənilməməsini nəzərə alaraq, habelə onun məsuliyyətini yüngülləşdirən halın olmasını, eləcə də ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Eyni zamanda qeyd edirəm ki, Şəxs 29 avqust 2021-ci il tarixdə saat 17.00 radələrində inzibati qaydada tutulması (saxlanması) onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 20 (iyirmi) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli 29 avqust 2021-ci il tarixdən saat 17.00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Zərərçəkmiş şəxs oğluna, Şəxs inzibati xətanı törətməsi nəticəsində ona dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: İlkin Xəlilov
Məhkəmə qərarları › İş №3(059)-135/2021
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-135/2021
30.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver