Məhkəmə qərarları › İş №3(059)-135/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-135/2025

12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-135/2025 12.02.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, İnzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X2 iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta texniki təhsilli, “Siyəzən rayon Mərkəzi Xəstəxanası” PHŞ-də tibb bacısı vəzifəsində işləyən, Şabran rayonu, Ağbaş kəndində qeydiyyatda olmaqla, Siyəzən şəhərinin 28 May küçəsindəki 250 nömrəli evdə yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157ci maddəsi ilə inzibati xətanı törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, müəyyənetdi: Şəxs 01 yanvar 2025-ci il tarixdə, saat 15:25-də yaşadıqları Siyəzən şəhərinin 28 May küçəsindəki 250 nömrəli evdə əri Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən (fiziki ağrı) xəsarət yetirmiş və barəsində Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən 12 fevral 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərtib etdiyi protokolu müdafiə etməklə, onun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, zərərçəkmiş şəxs ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs arasında barışıq əldə edildiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında zərərçəkmiş şəxs olan əri Zərərçəkmiş şəxs ilə barışdığından barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında və məhkəməyə təqdim etdiyi ərizəsində arvadı Şəxs ilə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirib, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan 20 yanvar 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs və X1 barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, habelə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Siyəzən RPŞ-nin İTB-yə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 01 yanvar 2025-ci il tarixli, 01 nömrəli rəyin surətindən görünür ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin arxa divarının kəsilmiş yarası, sağ bazunun və sol baldırın əziyi aşkar olunmuşdur. Həmin xəsarətlərdən döş qəfəsinin arxa divarının kəsilmiş yarası iti kənara malik əşyanın (alətin), qalan xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Törəmə müddəti 2-3 günə qədər olub 01 yanvar 2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurulmayan xəsarətlər olduqlarına görə dərəcələri təyin edilmir. Xəsarət törədən əşya ekspertizaya təqdim olunmadığından zədənin başqa bıçaqla yetirilib-yetirilməməsini təyin etmək mümkün deyildir. Məhkəmə inzibati iş üzrə icraatın iştirakçılarının izahatlarını iş materialları və zərərçəkmiş şəxsin ərizəsi ilə birlikdə araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi tam şəkildə sübuta yetirilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinməli, zərərçəkmiş şəxslə barışıq əldə etdiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1, 157-ci və 110-111-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, zərərçəkmiş şəxslə barışıq əldə etdiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar