Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-138/2020 04.08.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X2 iştirakları ilə xx xxxxxx 1982-ci il tarixdə keçmiş Dəvəçi rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “X1 “xxxxxxxx” ASC-də armaturçu-betonçu işləyən, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 208-ci maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Siyəzən Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs 2020-ci ilin aprel ayın əvvəllərində 2 ədəd çətənə bitkisi toxumlarını yaşadığı Siyəzən rayonu, Yenikənd kəndindəki evin həyətyanı sahəsində və dibçəklərdə əkərək, qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, xx xxxx 2020-ci il tarixdə, saat 17:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ünvanda yerləşən evin həyətyanı torpaq sahəsinə keçirilmiş baxış zamanı 2 ədədi dibçəkdə, 1 ədədi isə torpaqda qurumuş və yararsız halda, ümumilikdə 3 (üç) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisinə bənzər kollar aşkar edilərək götürülmüşdür. Bu əməli ilə o, İXM-nin 208-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X4 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, Şəxs 2020-ci ilin aprel ayın əvvəllərində 2 ədəd çətənə bitkisi toxumlarını yaşadığı Siyəzən rayonu, Yenikənd kəndindəki evin həyətyanı sahəsində və dibçəklərdə əkərək, qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etdiyini, xx xxxx 2020-ci il tarixdə saat 17:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ünvanda yerləşən evin həyətyanı torpaq sahəsinə keçirilmiş baxış zamanı 2 ədədi dibçəkdə, 1 ədədi isə torpaqda qurumuş və yararsız halda, ümumilikdə 3 (üç) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisinə bənzər kolların aşkar edilərək götürüldüyünü bildirdi. Eyni zamanda, xx xxxx 2020-ci il tarixli qərarda Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanmasının rədd edildiyini, barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etdiyini qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 208-ci maddəsi ilə təqsirli bilərək izahatında bildirdi ki, o, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Narkotik vasitə olan qurudulmuş marixuanadan ara-sıra istifadə edir. Təxminən 2020-ci ilin mart ayının ikinci yarısında yerdən kağız bükülüsü tapmış, həmin bükülünü açıb baxdıqda isə içərisində 2 ədəd çətənə bitkisinə məxsus toxum olduğunu görmüşdür. Bundan sonra, o, 2020-ci ilin aprel ayın əvvəllərində həmin toxumları Siyəzən rayonu, Yenikənd kəndində yerləşən evinin həyətyanı sahəsində basdırmış, kollar biraz böyüdükdən sonra isə onları dibçəklərə keçirmiş, burada isə kollar yaxşı inkişaf etmişdir. 2020-ci ilin aprel ayında həmin kollara qulluq etmiş, həmin çətənə kollarını yetişdirməkdə məqsədi isə gələcəkdə onları qurudub özü üçün asta-asta istifadə etmək olmuşdur. Həmin kollara həftədə bir dəfə su vermiş və heç vaxt narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır. xx xxxx 2020-ci il tarixdə, təxminən saat 17:00 radələrində yaşadığı evin qapısı döyülmüş, qapını açdığında bir neçə nəfər polis əməkdaşının küçədə qapının qarşısında dayandığını görmüşdür. Polis əməkdaşlarının əlində video kamera olmuş, ona narkotik vasitə əkib-becərməkdə şübhəli olduğunu bilirərək evinin həyətyanı sahəsinə videoçəkiliş ilə baxış keçirəcəklərini bildirmişlər. O da buna etiraz etməmiş, bununla bağlı ərizə yazaraq baxışın keçirilməsinə könüllü icazə vermişdir. Ona Azərbaycan Respublikası CPM-də nəzərdə tutulan hüquq və vəzifələri, həmçinin müdafiə hüququ izah olunmuş, bununla bağlı müvafiq bildiriş təqdim olunmuşdur. Evinin həyətyanı sahəsinə keçiriləcək baxış zamanı müdafiə hüququnun təmin olunması məqsədi ilə müdafiəçi X3 da keçiriləcək baxışda iştirak etməsini istədiyini bildirdikdən sonra, polis əməkdaşları ona yaşadığı evin həyətyanı sahəsində qanunla qadağan olunmuş hər hansı əşya və predmet varsa təqdim etməsini təklif etmişlər. O, polis əməkdaşlarına yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik maddə olan çətənə bitkilərini qanunsuz olaraq əkib-becərdiyini bildirmiş, polis əməkdaşlarını həmin yerə dəvət etmişdir. O, evinin həyətindən keçərək irəlidə bağçada tut ağacının yanında, alaq otlarının arasında dibçəklərdə əkilmiş vəziyyətdə olan 2 ədəd bitkini göstərək, həmin bitkilərin tərkibində narkotik maddə olan çətənə kolları olduğunu bildirmişdir. Daha sonra, ətraf ərazi polis əməkdaşları tərəfindən axtarıldıqda dibçəklərin yaxınlığında torpağa əkilmiş formada, kiçik, yararsız və qurumuş 1 kol daha müəyyən edilmiş, həmin kol bitkilərin arasında torpaqda olmuşdur. Həmin koldan xəbəri olmamış və ona heç bir qulluq etməmişdir. Bundan sonra, ətraf ərazi axtarılsa da, başqa qanunla qadağan olunmuş predmet və ya vasitə müəyyən edilməmişdir. Daha sonra, həmin dibçəklərdəki 2 ədəd kol və torpaqdakı 1 ədəd qurumuş kol polis əməkdaşları və aqronom mütəxəssis tərəfindən çıxarılmışdır. Aqronom bitikilərin narkotik xassəli olduğunu, dibçəkdəki bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini, bitkilərə mütəmadi olaraq su verildiyini və s. digər aqrotexniki qulluqlar göstərildiyini bildirmişdir. Digər bir ədəd torpaqda olan kola isə qulluq edilmədiyini, onun qurumuş və yararsız halda olduğunu bildirmişdir. Həmin 2 ədəd çətənə bitkisinə bənzər kollar dibçəklərdən, 1 ədəd isə torpaqdan çıxarılmaqla dibləri torpaqdan təmizlənməklə qablaşdırılaraq götürülmüş və möhürlənmişdir. O və digər iştirakçılar qablaşdırmanın üzərinə imza etdikdən sonra baxış protokolu yazılmış və oxunmuşdur. Protokol doğru olduğu üçün o da həmin protokolu imzası ilə təsdiq etmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, daimi iş yerinə malik olmaqla, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasının nəzərə alınaraq ona daha yüngül inzibati cəza təyin edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi barədə materiallar aidiyyəti üzrə göndərilmişdir. Həmçinin, qərardan görünür ki, Şəxs yaşadığı evin həyətyanı sahəsində aşkar olunmuş qalıq çəkisi 234,94 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə bitkiləri maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 7/341 nömrəli ekspert rəyinin surətindən görünür ki, Şəxs yaşadığı evin həyətyanı sahəsində aşkar olunmuş sayı 3 (üç) ədəd nəm vəziyyətdə ümumi çəkisi 235 qram olan bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Tədqiqata 0,06 qram istifadə olunduqdan sonra çətənənin qalıq çəkisi 234,94 qram təşkil etmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs “X1 “xxxxxxxx” ASC-də armaturçu-betonçu işləməklə, aylıq 385 manat əmək haqqı alır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron Məhkəmə İnformasiya sistemində olan şəxsi məlumatların çıxarışından görünür ki, Şəxs himayəsində xx xxxx 2008-ci il təvəllüdlü Dəniz və xx xxxxxx 2009-cu il təvəllüdlü Ayaz adında iki yetkinlik yaşına çatmayan uşağı vardır. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 208-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə, yetişdirilməsinə və ya onların (onların hissələrinin) toplanılmasına) görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, eləcə də, əməlindən səmimi peşmançılıq çəkməsi, daimi iş yerinin olması, yəni “X1 “xxxxxxxx” ASC-də armaturçu-betonçu işləməklə, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqları olmasıonun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını, bundan başqa, əməlindən səmimi peşmançılıq hissi çəkməsi, ictimai faydalı əməklə məşğul olması, eləcə də himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olması kimi yüngülləşdirici halların mövcudluğunu nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində İXM-nin 208-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 250 (iki yüz əlli) manat inzibati cərimə tətbiq edilsin. Şəxs yaşadığı evin həyətyanı sahəsində aşkar olunmuş qalıq çəkisi 234,94 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə bitkiləri qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-138/2020
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-138/2020
04.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver