Məhkəmə qərarları › İş №3(059)-139/2023

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-139/2023

02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-139/2023 02.08.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxx 1993-cü il tarixdə Qobustan rayonunun Təklə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, "xxxx" QSC-də mühasib vəzifəsində işləyən, Qobustan rayonunun Təklə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Baş X5 İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, 28 may 2023-cü il tarixdə, saat 09:20 radələrində Bakı-Quba- Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonunun ərazisindən keçən 101-ci kilometrliyində Şəxs idarə etdiyi "xxxx" markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomaşınla X2 idarə etdiyi "xxxx" markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində, sonuncu avtomobildə olan Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, 28 may 2023-cü il tarixdə, təxminən saat 09:20 radələrində, "xxxx" QSC-nin adına qeydiyyatda olmaqla, etibarnamə əsasında idarə etdiyi "xxxx" markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomaşınla iş yoldaşları ilə birlikdə Bakı şəhərindən Quba rayonu istiqamətində hərəkət etmişlər. Həmin vaxt idarə etdiyi sözügedən avtomaşının sağ ön sərnişin oturacağında İlkin, arxa sol tərəfdə, sürücünün arxasında isə İdris əyləşmişdir. Beləliklə, yolun sağ zolağı ilə təxminən 85-90 km/saat sürətlə hərəkətdə olarkən, Bakı- Quba-Dağıstan sərhədi avtomobil yolunun Quba rayonu istiqamətində Siyəzən rayonunun ərazisindən keçən 101-ci kilometrliyində yolun sağ hərəkət hissəsi nahamar olduğundan güzgüyə baxmış, avtomobilin ondan uzaq olduğunu gördükdən sonra çuxura düşməmək üçün dönmə işıqlarını yandıraraq, sol zolağa keçmiş, bundan 15 saniyə sonra yenidən sağ zolağa qayıdarkən arxadan gələn "xxxx" markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X3 əvvəlcə siqnal vermiş, habelə həmin vaxt sonuncu avtomaşının qabaq sağ hissəsi onun avtomobilinin arxa sol hissəsi ilə toqquşmuş, nəticədə idarəçiliyində olan avtomobil fırlanaraq Bakı şəhəri istiqamətində dayanmışdır. Daha sonra, qarşı tərəf avtomobildən enərək ona güzgüyə baxmamasını irad tutmuş, eyni zamanda özünün avtomobilində də əyləcin tutmamasını bildirmişdir. Daha sonra, hadisə yerinə polis əməkdaşları gəlmiş, habelə sərxoşluğu yoxlanılaraq izahat vermişdir. İdarə etdiyi avtomobil saz vəziyyətdə olmaqla, 15000 kilometr yürüş etmiş, 2022-ci ilin buraxılışıdır. Həmin gün yağış yağmasa da, yol nahamar olmuş, habelə həmin yolda surət həddi 90 km/saatdır. İdarə etdiyi avtomobildə əyləşən sərnişinlər, eləcə də özü, təhlükəsizlik kəmərini taxmış, həmçinin xəsarət almamışlar. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 327.8-ci maddəsi ilə özünü təqsirli bilməməsinə dair izahatına tənqidi yanaşaraq hesab edir ki, onun bu əmələ, yəni İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə münasibətdə təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə bu əməllə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əvvəllər tanımamış, həmçinin sonuncuya qarşı ədavət və düşmənçiliyi olmamışdır. 28 may 2023-cü il tarixdə, təxminən saat 08:20 radələrində Bakı şəhərindən çıxaraq, Quba rayonuna istirahətə getmiş, həmçinin "xxxx" markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtomobili qaynı X3 idarə etmişdir. Belə ki, avtomobilin ön sağ sərnişin oturacağında qaynı arvadı İlahə, onun arxasındakı oturacaqda özü, onun yanında isə qızı, baldızı qızı və 3 yaşlı qaynının uşağı əyləşmişdir. Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Quba rayonu istiqamətində Siyəzən rayonu ərazisindən keçən 101-ci kilometrliyində hərəkətdə olarkən qarşılarında hərəkətdə olan Şəxs, idarə etdiyi "xxxx" markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobillə qəflətən sağdan sola keçməklə, manevr etmiş, habelə onların qarşısına keçmiş, bu zaman qaynı Namiq yol nəqliyyat hadisəsinin qarşısını almağa çalışsa da, bu mümkün olmamış, qaynının avtomaşının qabaq sağ hissəsi Şəxs avtomobilinin arxa sol hissəsi ilə toqquşmuşdur. Hadisə zamanı o, alın, sağ bazu, sol çiyinüstü və bel nahiyələrindən yüngül xəsarət alsa da, hazırda Şəxs qarşı şikayət və tələbi yoxdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan, Azərbaycan Respublikası DİN-nin Baş X5 İdarəsinin Yol-Patrul Xidməti Alayına məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Alay nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməmə səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2023-cü il tarixli, 8/1859 nömrəli ekspert rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən "xxxx" markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmçinin, təhqiqat tərəfindən göstərilən şəraitdə Hyundai Accent” markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini tədqiq etməyə lüzum yoxdur. İş materiallarında olan 24 iyun 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsinə dair qərarın surətindən görünür ki, Şəxs haqqında cinayət təqibinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti BDYPİ-nin YPX alayına göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ Sumqayıt RQİTBŞ tərəfindən 31 mart 2022-ci il tarixdə verilmiş BD seriyalı, 026778 nömrəli sürücülük vəsiqəsinin, BDYPİ Qİİ tərəfindən 26 yanvar 2022-ci il tarixdə verilmiş, BB seriyalı, 199377 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, "xxxx" QSC tərəfindən 07 mart 2023-cü il tarixdə verilmiş 02/249 nömrəli etibarnamənin, eləcə də, sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 28 may 2023-cü il tarixli, 3379 nömrəli aktın surətlərindən görünür ki, "xxxx" QSC-yə məxsus "xxxx" markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomaşın QSC tərəfindən 07 mart 2023-cü il tarixdən 1 il müddətinə Şəxs idarəçiliyinə verilmiş, həmçinin sonuncu 31 mart 2022-ci il tarixdən 31 mart 2032-ci il tarixədək etibarlılıq müddəti olan “B1 B C1 C” kateqoriyalı sürücülük hüququna malik olmaqla, avtomobilini ayıq vəziyyətdə idarə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən 23 iyun 2023-cü il tarixdə verilmiş 3-13-16/2-8/943 saylı məktubun surətindən görünür ki, Şəxs sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 16 iyun 2023-cü il tarixli, 793 saylı rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ bazunun, sol çiyinüstü nahiyənin, bel nahiyəsinin sağ yarısının qançırları, aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, tibbi yardım üçün xəstəxanaya müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 28 may 2023-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs "xxxx" QSC-də mühasib vəzifəsində işləməklə, ayda 1012,57 manat əmək haqqı alır. Bundan əlavə, yuxarıda qeyd edilən qərarın surətindən görünür ki, Şəxs öz hərəkəti ilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuşdur. İşdən, o cümlədən yol-nəqliyyat hadisəsinin sxeminin surətindən görünür ki, Şəxs idarə etdiyi "xxxx" markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomaşınla 28 may 2023-cü il tarixdə, saat 09:20 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonunun ərazisindən keçən 101-ci kilometrliyində yol nəqliyyat hadisəsi törətmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, təqdim olunmuş sübutlar əsasında, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sürücü Şəxs idarə etdiyi sözügedən avtomobillə yerdəyişməzdən qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə siqnal verməklə, təhlükəsiz manevrlə, hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda, bunu etməmiş, nəticədə onun təqsirli hərəkətləri nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almış, bununla da, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 28 may 2023-cü il tarixdə inzibati xəta hadisəsini törətdiyindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında olan və məsuliyyəti gücləndirən son dəyişiklər isə inzibati xəta hadisəsi törətdiyi tarixdən sonra, yəni 17 iyul 2023-cü il tarixdən qüvvəyə mindiyindən, İXM-nin 11.3-cü maddəsinin tələbinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 327.8-ci maddəsinin həmin tarixədək qüvvədə olan sanksiya həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs faydalı əmək fəaliyyəti ilə məşğul olması və zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmaması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını, yüngülləşdirən halların isə olmasını nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinin 17 iyul 2023-cü il tarixədək qüvvədə olan sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin, 32, 110-115-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: 1) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə ona 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. 2) Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar