Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-140/2020 21.08.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxx 1989-cu il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “xxxxxxxxxxxxxxx” MMC-də ictimai işlər üzrə sosial işçi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Siyəzən Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs xx xxxxx 2020-ci il tarixdə, saat 11:25 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Siyəzən şəhərində yerləşən “Siyəzən Palace” restoranının qarşısında saxlanılaraq üzərində şəxsi axtarış keçirilməsindən ötrü Siyəzən RPŞ-yə gətirilmiş, orada növbətçi hissədə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ kiçik cibindən bir ədəd gümüşü rəngli bükülüdə çəkisi 0,025 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu əməli ilə o, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, X4 təxminən 5 il olar, Siyəzən şəhər sakini kimi tanıyır. xx xxxxx 2020-ci il tarixdə Musa Paşayev ***- ***-**-** saylı mobil nömrədən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq onu növbəti gün, yəni, xx xxxxx 2020-ci il tarixdə evlərinin həyətində yerləşən sanitar qovşağı təmir etməyə çağırmış, qeyd olunan tarixdə, səhər təxminən saat 07:00 radələrində Musa Paşayev idarə etdiyi **-VA-*** dövlət nömrə nişanlı, “Priora” markalı avtomobil ilə onun yaşadığı ünvana gələrək onu öz evlərinə aparmışdır. O, təmir olunacaq sanitar qovşağa baxdıqdan sonra, Musadan ümumilikdə görəcəyi işə görə 100 manat pul alacağını bildirmişdir. Musa Paşayev görüləcək iş müqabilində veriləsi zəhmət haqqı ilə razılaşdıqdan sonra, o, ləvazimatlarını götürmək üçün yaşadığı evə gəlmiş, saat 09:00 radələrində isə yenidən Musa Paşayevin yaşadığı ünvana qayıdaraq evin həyətində olan sanitar qovşağı təmir etməyə başlamışdır. Bir qədər işlədikdən sonra material lazım olduğu üçün Musanı çağırmış, sonuncunun narkotik vasitə istifadə etməsi və satışı ilə məşğul olması barədə əvvəlcədən məlumatlı olduğundan avtomobilin içində sonuncudan narkotik vasitə heroin istəmiş, sonuncu isə razılaşaraq, ona 10 manata narkotik vasitə vermiş, o isə avtomobilin arxa oturacağında əyləşərək arxa oturacaqda həmin bükülünü açıb içərisindəki narkotik vasitə heroinin bir qismini iyləmək yolu ilə qəbul etmiş, yerdə qalan cüzi miqdarda narkotik vasitə heroini isə yenidən bükərək növbəti dəfə şəxsi istifadəsi üçün saxlamışdır. Bundan sonra, material almaq üçün onlar birlikdə Siyəzən şəhəri, H. Əliyev küçəsində Siyəzən şəhərinin Şabran rayonu istiqamətində yerləşən “Siyəzən Palace” restoranının yaxınlığındakı tikinti materialları satılan mağaza istiqamətində hərəkətə başlamışlar. Daha sonra, onlar tikinti materiallarını aldıqları mağazadan birlikdə çıxaraq avtomobilə əyləşmiş, bu zaman Siyəzən RPŞ-nin əməkdaşları onlara yaxınlaşıb, üzərilərində narkotik vasitə saxlamaqda şübhəli olduqlarını bildirmiş, habelə onlarla birlikdə RPŞ-yə getməyi təklif etmişlər. Onlar buna etiraz etməyərək polis əməkdaşları ilə birlikdə RPŞ-yə getmiş, növbətçi hissədə üzərinə müdafiəçi X2 iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ kiçik cibindən həmin gümüşü rəngli bükülü aşkar olunaraq götürülmüşdür. Bükülünün içərisi açıldıqda içərisində çox cüzi miqdarda narkotik vasitə heroin qalıqları aşkar edilmiş, həmin bükülü polis əməkdaşları tərəfindən götürülərək 1 ədəd ağ rəngli zərfin içərinə qoyularaq qablaşdırılmış və zərfin üzəri imzalanmışdır. Daha sonra, üzərində keçirilən şəxsi axtarışla bağlı protokol tərtib edilmiş, ucadan oxunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, himayəsində üç yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, eləcə də daimi iş yerinə malik olmasının nəzərə alınaraq ona daha yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X1 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi barədə materiallar aidiyyəti üzrə göndərilmişdir. Həmçinin, sənədlərdən, o cümlədən müvafiq qərardan görünür ki, Şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,010 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 6/485 nömrəli ekspert rəyinin surətindən görünür ki, üzərində “Vət.Şəxs üzərindən” sözləri qeyd olunan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,025 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata 0,015 qram istifadə olunduqdan sonra heroinin qalıq çəkisi 0,010 qram təşkil etmişdir. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərardan görünür ki, Şəxs qaçıb gizləndiyinə görə inzibati xəta haqqında iş üzrə icraat həmin tarixdən dayandırılmışdır. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə dayandırılmış icraatın təzələnməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Şəxs həmin tarixdə Siyəzən RPŞ-yə gəlmiş və onun barəsində icraatı dayandırılmış inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs “xxxxxxxxxxxxxxx” MMC-də ictimai işlər üzrə sosial işçi vəzifəsində işləməklə, aylıq 250 manat əmək haqqı alır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron Məhkəmə İnformasiya sistemində olan şəxsi məlumatların çıxarışından və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Şəxs himayəsində xx xxxx 2010-cu il təvəllüdlü Nuray, xx xxxxxx 2012-ci il təvəllüdlü Aynur və xx xxxxxxxx 2014-cü il təvəllüdlü Eldar adında üç yetkinlik yaşına çatmayan uşağı vardır. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, eləcə də, əməlindən səmimi peşmançılıq çəkməsi, daimi iş yerinin olması, yəni “xxxxxxxxxxxxxxx” MMC-də ictimai işlər üzrə sosial işçi işləməklə, himayəsində üç yetkinlik yaşına çatmayan uşaqları olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını, bundan başqa, əməlindən səmimi peşmançılıq hissi çəkməsi, ictimai faydalı əməklə məşğul olması, eləcə də himayəsində üç yetkinlik yaşına çatmayan uşaqlarının olması kimi yüngülləşdirici halların mövcudluğunu nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Həmçinin, maddi sübut kimi tanınmış qalıq çəkisi 0,010 qram olan narkotik vasitə heroinin X3 cinayət işi üzrə də maddi sübut kimi tanınması və sonuncunun əməlinə gələcəkdə hüquqi qiymət verilərkən bu sübuta da qiymət veriləcəyi nəzərə alınsın. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 300 (üç yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-140/2020
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-140/2020
21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver