Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-140/2023 03.08.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Hüquqi ünvanı Siyəzən şəhəri olan "xxxx" ASC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 482.1-ci və 505-ci maddələri ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, “İpək Yolu” gömrük postuna Türkiyə Respublikasından 61ABB201/34EZM113 nömrə nişanlı yük avtomaşınında "xxxx" ASC, ünvanına 11 may 2023-ci il tarixli, MAV20230000Q0138 saylı invoys sənədi ilə idxal edilmiş və **********5485 sorğu nömrəli 18 may 2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə dair ümumilikdə 12652,91 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmış, həmçinin mallara baxış zamanı 1 ədəd “GeKaMac ARC 200lt" markalı qaynaq aparatının, 1 ədəd “Bosch” markalı künc cilalama aparatının, 1 ədəd “Atlas ATŞK 50” adlı hidrovlik domkratın, 2 ədəd çəkicin, 1 ədəd ağır çəkicin, 2 ədəd “İzeltas” markalı lomun (levyenin), 2 ədəd mismar çıxaranın, 1 ədəd qayka açarı üçün başlıq yükünün gömrük orqanına bəyan edilmədiyi aşkar edilmişdir. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" ASC-nin Azərbaycan Respublikası İXM-nin 482.1-ci və 505-ci maddələri ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair 13 iyun 2023-cü il tarixli, 00100-01499/23 saylı inzibati xəta törətməsi barədə protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati xəta haqqında protokolu tərtib edən şəxslərə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, "xxxx" ASC İXM-nin 482.1ci və 505-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, “İpək Yolu” gömrük postuna Türkiyə Respublikasından 61ABB201/34EZM113 nömrə nişanlı yük avtomaşınında "xxxx" ASC, ünvanına 11 may 2023-ci il tarixli, MAV20230000Q0138 saylı invoys sənədi ilə idxal edilmiş və **********5485 sorğu nömrəli 18 may 2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə dair ümumilikdə 12652,91 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmış, həmçinin mallara baxış zamanı 1 ədəd “GeKaMac ARC 200lt" markalı qaynaq aparatının, 1 ədəd “Bosch” markalı künc cilalama aparatının, 1 ədəd “Atlas ATŞK 50” adlı hidrovlik domkratın, 2 ədəd çəkicin, 1 ədəd ağır çəkicin, 2 ədəd “İzeltas” markalı lomun (levyenin), 2 ədəd mismar çıxaranın, 1 ədəd qayka açarı üçün başlıq yükünün gömrük orqanına bəyan edilmədiyi aşkar edilmişdir. Eyni zamanda, bu protokoldan görünür ki, "xxxx" ASC 11 may 2023-ci il tarixli, MAV20230000Q0138 saylı invoys sənədi ilə idxal edilmiş və **********5485 sorğu nömrəli 18 may 2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə dair ümumilikdə 12652,91 manat məbləğində gömrük ödənişlərini tam şəkildə ödəmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş əməl ASC tərəfindən ilk dəfə törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyun 2023-cü il tarixli, 9/4427 saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş 8 adda malların, o cümlədən 1 ədəd Türkiyə istehsalı olan “GeKaMac ARC 200lt" markalı inverter qaynaq aparatının 17 may 2023-cü il tarixə orta bazar qiyməti təxminən 420 manat, 1 ədəd 900W gücündə, GWS 9-115 model “Bosch" makalı künc cilalama aparatının qiyməti 200 manat, 1 ədəd “Atlas Pro ATŞK 50” adlı hidrovlik domkratın qiyməti 120 manat, 2 ədəd çəkicin ümumilikdə qiyməti 16 manat, 1 ədəd böyük çəkicin qiyməti 25 manat, 2 ədəd “İzeltas” markalı lomun (levyenin) ümumilikdə qiyməti 30 manat, 2 ədəd lom formalı mismar çıxarının qiyməti ümumilikdə 50 manat, 1 ədəd qayka açarı üçün başlıq yükünün qiyməti 12 manat olmaqla, cəmi 873 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC-nin nümayəndəsi X1 06 iyun 2023-cü il tarixli izahatından görünür ki, o, izahatında son dəfə Türkiyə Respublikasından 61ABB201/34EZM113 nömrəli nəqliyyat vasitəsilə gələn yüklərin Bakı Baş Gömrük İdarəsində **********5485 saylı gömrük bəyannaməsi ilə bəyan edildiyini, həmin yükləri ixrac bəyannaməsində göstərilən təsnifat koduna əsasən bəyan etdiklərini, ekspertiza rəyi ilə tanış olduğunu, rəy ilə razı olduğunu, eskpert rəyində quş ətinin emalı üçün avadanlığın hissələrindən əlavə əməkdaşların iş alətlərinin də öz əksini tapdığını, göndərən şirkətin səhvən işçi alətlərini də əlavə etdiklərini, lakin invoys sənədində qeyd etmədiklərini bildirmişdir. İş materiallarında olan 08 iyun 2023-cü il tarixli protokoldan və 09 iyun 2023-cü il tarixli raportdan görünür ki, yoxlama zamanı "xxxx" ASC-nin ünvanına Türkiyə Respublikasından 61ABB201/34EZM113 nömrə nişanlı yük avtomaşınında daxil olmuş yüklərə dair gömrük orqanına təqdim olunmuş 18 may 2023-cü il tarixli, **********5485 sorğu nömrəli gömrük bəyannaməsində bəyan olunan yüklərdən əlavə 1 ədəd “GeKaMac ARC 200lt” markalı qaynaq aparatı, 1 ədəd “Bosch” markalı künc cilalama aparatı, 1 ədəd “Atlas ATŞK 50” adlı hidrovlik domkrat, 2 ədəd çəkic, 1 ədəd ağır çəkic, 2 ədəd “İzeltas” markalı lom (levye), 2 ədəd mismar çıxaran, 1 ədəd qayka açarı üçün başlıq yükü aşkar olunmuş, həmçinin bu mallar “İpək Yolu” gömrük terminalının 1 saylı anbarında gömrük nəzarəti altında saxlanca qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 224.1-ci maddəsinə əsasən bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən gömrük ödənişləri, o cümlədən gömrük rüsumları, əlavə dəyər vergisi, aksizlər, yol vergisi, gömrük yığımları, haqq və dövlət rüsumu alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Odur ki, "xxxx" ASC İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" ASC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati xətanın xarakterini, inzibati xəta törədən hüquqi şəxsin təqsirinin dərəcəsini, onun törədilmə halını və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, "xxxx" ASC -yə İXM-nin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Digər, yəni "xxxx" ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə münasibətdə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad edilməli və bu ASC barəsində həmin maddə ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta protokoldan, o cümlədən materiala əlavə edilmiş mötəbər sənədlərdən görünür ki, "xxxx" ASC 11 may 2023-ci il tarixli, MAV20230000Q0138 saylı invoys sənədi ilə idxal edilmiş və **********5485 sorğu nömrəli 18 may 2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə dair ümumilikdə 12652,91 manat məbləğində gömrük ödənişlərini tam şəkildə ödəmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş əməl bu ASC tərəfindən ilk dəfə törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Bu Məcəllənin 505-ci maddəsinin “Qeyd” hissəsinə əsasən bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Sözügedən Məcəllənin 53-cü maddəsinin İ hissəsinin X bəndinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-nin 115.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda götürülmüş dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməli, dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməli, maddi sübut hesab edilən sənədlər inzibati xəta haqqında işdə müəyyən edilmiş saxlama müddəti ərzində saxlanılmalı və ya sahibinə verilməli, alınmış orden, medal, döş nişanları onların qanuni sahibinə qaytarılmalı, qanuni sahib müəyyən edilmədikdə isə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Beləliklə, Azərbaycan Respublikası inzibati xətalar qanunvericiliyinin tələblərinə uyğun olaraq qeyd olunur ki, iş üzrə “İpək Yolu” gömrük terminalının 1 saylı anbarında gömrük nəzarəti altında saxlanılan 1 ədəd “GeKaMac ARC 200lt” markalı qaynaq aparatı, 1 ədəd “Bosch” markalı künc cilalama aparatı, 1 ədəd “Atlas ATŞK 50” adlı hidrovlik domkrat, 2 ədəd çəkic, 1 ədəd ağır çəkic, 2 ədəd “İzeltas” markalı lom (levye), 2 ədəd mismar çıxaran, 1 ədəd qayka açarı üçün başlıq yükü qərar qanuni qüvvəyə mindikdən sonra sahibi "xxxx" ASC-yə qaytarılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası İXM-nin 55.1.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci "xxxx" ASC-dən tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin, yəni 873 manat məbləğinin 40 (qırx) % (faiz)-i, yəni 349,20 (üç yüz qırx doqquz manat 20 qəpik) manat məbləğində inzibati cərimə edilsin. "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad edilsin və bu ASC barəsində həmin maddə ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İş üzrə “İpək Yolu” gömrük terminalının 1 saylı anbarında gömrük nəzarəti altında saxlanılan 1 ədəd “GeKaMac ARC 200lt” markalı qaynaq aparatı, 1 ədəd “Bosch” markalı künc cilalama aparatı, 1 ədəd “Atlas ATŞK 50” adlı hidrovlik domkrat, 2 ədəd çəkic, 1 ədəd ağır çəkic, 2 ədəd “İzeltas” markalı lom (levye), 2 ədəd mismar çıxaran, 1 ədəd qayka açarı üçün başlıq yükü qərar qanuni qüvvəyə mindikdən sonra sahibi "xxxx" ASC-yə qaytarılsın. "xxxx" ASC-dən məhkəmə məsrəfi hesab olunan 50 (əlli) manat ekspertiza xərci tutulub, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-140/2023
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-140/2023
03.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver