Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-141/2023 21.07.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə xx xxxxx 1988-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X3 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Nəcəfov X2 Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(059)-294/2020 saylı icra vərəqəsinə əsasən 8060 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməkdən yayınır. Bu barədə Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən 21 iyul 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin nümayəndəsi X3 tərtib etməklə, müdafiə etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(059)-294/2020 saylı 02 dekabr 2020-ci il tarixdə şöbənin icraatına daxil olsa da, tələbkarın xeyrinə olan aliment ödənişləri 03 iyul 2023-cü il tarixdən etibarən 9360 manat məbləğində hesablanmış, habelə həmin məbləğdən qəbzlərlə 1300 manat ödənilmiş, lakin 8060 manat məbləğində aliment borcu ödənilməmiş qalmışdır. Bundan əlavə, tələbin könüllü icrası barədə bildiriş Şəxs tərəfindən 27 dekabr 2021-ci il tarixdə şəxsən qəbul edilmiş, hətta, sonuncu telefon vasitəsilə də icra ilə bağlı məlumatlandırılmış, habelə icra yerinə dəvət edilmişdir. Bundan başqa, Şəxsla, sonuncu barəsində axtarış verilməmişdən, yəni 07 iyul 2023-cü il tarixdən əvvəl telefon vasitəsilə əlaqə saxlanılarkən o, Bakı şəhərində işlədiyini bildirib, rayon icra və probasiya şöbəsinə gələcəyini, həmçinin aliment ödənişləri ilə bağlı qəbz gətirəcəyini vəd etsə də, gözləmələrinə baxmayaraq, Müşviq vədinə əməl etməmiş, bu səbəbdən də, onun barəsində axtarış elan edilmişdir. Bundan başqa, borclu Şəxs 19 iyul 2023-cü il tarixdə Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, bundan sonra, 20 iyul 2023-cü il tarixdə, saat 12:00 radələrində Siyəzən rayon icra və probasiya şöbəsinə gətirilib təhvil verilmiş, oradan isə müvafiq qəbzləri təqdim etməsinə şərait yaratmaq məqsədilə sərbəst buraxılsa da, borclu şöbəyə aliment ödənişini təsdiq edən hər hansı bir qəbz təqdim etməmişdir. Bundan əlavə, borclu Şəxs yığılmış aliment borcunu maddi imkanının olmaması ilə əlaqələndirmişdir. Eyni zamanda, tələbkar aliment borcunu qarşı tərəfdən tam şəkildə tələb etməklə, borcludan şikayətçidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək, izahatında göstərdi ki, o, Siyəzən Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli icra sənədi üzrə 8060 manat aliment borcunun olduğu etiraf edir. Lakin, işsiz olduğu, habelə müvafiq iş tapa bilmədiyi üçün aliment borcunu ödəyə bilməmişdir. Bundan əlavə, 05 iyul 2023-cü il tarixdə ixtisar olunanadək, 8 ay ərzində işlədiyi "xxxx" MMC-də hər ay 450 manat məbləğində əmək haqqı alsa da, Bakı şəhərində kirayədə yaşadığından, kirayə haqqının ödənilməsi və digər zəruri xərcləri ilə əlaqədar aliment borcundan ödəniş edə bilməmişdir. Bununla belə, icra etdiyi aliment ödənişlərinə dair qəbzlər hazırda Bakı şəhərindədir. Eyni zamanda, o, 19 iyul 2023-cü il tarixdə, saat 18-19:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, bundan sonra, 20 iyul 2023-cü il tarixdə, saat 12:00 radələrində Siyəzən rayon icra və probasiya şöbəsinə gətirilib təhvil verilmiş, oradan isə müvafiq qəbzləri təqdim etməsinə şərait yaratmaq məqsədilə sərbəst buraxılmış, lakin, Bakı şəhərinə gedə bilməmişdir. Bundan başqa, o, uşaqlarını görə və onlarla ünsiyyətdə ola bilmir. Hazırda əməlindən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs Aynurə Zirəddin qızına inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, o, məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan sənədlərin surətlərindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(059)-294/2020 saylı icra vərəqəsi icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Eyni zamanda, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar 07 iyul 2023-cü il tarixdə borclu barədə axtarış elan edilmişdir. İşdə olan Siyəzən RPŞ-nin 20 iyul 2023-cü il tarixli, 3-13-106/2-8654/2023 saylı məktubunun surətindən görünür ki, borclu Şəxs 20 iyul 2023-cü il tarixdə RPŞ-nin əməkdaşları tərəfindən tutularaq, Siyəzən rayon icra və probasiya şöbəsinə təqdim edilmişdir. Həmçinin, zərərçəkmiş şəxs tərəfdən Siyəzən rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edilərək, Şəxs Siyəzən Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli icra vərəqəsini icra etməkdən qəsdən yayındığı göstərilmiş, həmçinin borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı müvafiq tədbirin görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Ona görə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məsuliyyəti ağırlaşdıran və yüngülləşirən halların olmamasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən aliment borcunun miqdarının kifayət qədər olmasını, ötən müddət ərzində ümumiyyətlə, ödənişlərin olmamasını, icra sənədinin mövcudluğundan məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirməsini, barəsində axtarış elan edilməklə, müəyyən müddətdə axtarışda olmasını, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 hissəsindən az olmamaqla, inzibati həbs təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 19 iyul 2023-cü il tarixdə, saat 18-19:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən faktiki saxlanılaraq, 20 iyul 2023-cü il tarixdə, saat 12:00 radələrində rayon icra və probasiya şöbəsinə təqdim edilmiş, elə həmin tarixdə də sərbəst buraxılmışdır ki, bu da onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110- 115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 15 (on beş) gün müddətində həbs təyin olunsun. Şəxs tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş 15 (on beş) gün müddətində inzibati həbs tənbeh tədbirindən çıxılmaqla, onun üzərində qəti olaraq 14 (on dörd) gün müddətində inzibati həbs saxlanılsın. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 21 iyul 2023-cü il tarixdən saat 12:10-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-141/2023
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-141/2023
21.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver