Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-142/2021 27.09.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərəçəkmiş şəxslər X1 və Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X3 iştirakları ilə xx xxxx 1995-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs, 18 sentyabr 2021-ci il tarixdə, təxminən saat 18:00 radələrində Siyəzən şəhəri, Xətai küçəsindəki 143 saylı fərdi yaşayış evinin həyətindən 1 ədəd dəmir borunu oğurlamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 30 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa, o, 21 sentyabr 2021-ci il tarixdə, təxminən saat 07:00 radələrində Siyəzən şəhəri, Xətai küçəsindəki 42 saylı fərdi yaşayış evinin həyətindən 2 metr olmaqla, 3 ədəd dəmir borunu, eləcə də 1x0,7 metr ölçülərdə pəncərə üçün nəzərdə tutulmuş dəmir barmaqlıqları oğurlamaqla zərər çəkmiş şəxs X4 cəmi 60 manat məbləğində ziyan vurmuşdur. Həmçinin, o, 24 sentyabr 2021-ci il tarixdə, təxminən saat 19:00 radələrində Siyəzən şəhəri, Xətai küçəsindəki 143 saylı fərdi yaşayış evinin həyətindən 2 ədəd bütöv, 8 ədəd yarıya bölünmüş dam örtüyünü oğurlamaqla zərər çəkmiş şəxs X5 65 manat məbləğində ziyan vurmuşdur. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X9 tərəfindən 27 sentyabr 2021-ci il tarixli, MN 1163743, ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 3(059)-142/2021 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-142/2021 saylı, 3(059)- 143/2021 saylı və 3(059)-144/2021 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)- 142/2021 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X9 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, Şəxs 18 sentyabr 2021-ci il tarixdə, təxminən saat 18:00 radələrində Siyəzən şəhəri, Xətai küçəsindəki 143 saylı fərdi yaşayış evinin həyətindən 1 ədəd dəmir borunu oğurlamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 30 manat, 21 sentyabr 2021-ci il tarixdə, təxminən saat 07:00 radələrində Siyəzən şəhəri, Xətai küçəsindəki 42 saylı fərdi yaşayış evinin həyətindən 2 metr olmaqla, 3 ədəd dəmir borunu, eləcə də 1x0,7 metr ölçülərdə pəncərə üçün nəzərdə tutulmuş dəmir barmaqlıqları oğurlamaqla zərər çəkmiş şəxs X4 cəmi 60 manat, 24 sentyabr 2021-ci il tarixdə, təxminən saat 19:00 radələrində Siyəzən şəhəri, Xətai küçəsindəki 143 saylı fərdi yaşayış evinin həyətindən 2 ədəd bütöv, 8 ədəd yarıya bölünmüş dam örtüyünü oğurlamaqla zərər çəkmiş şəxs X5 65 manat məbləğində ziyan vurduğunu bildirdi. Həmçinin, o, 25 sentyabr 2021-ci il tarixli qərarla Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanmasının rədd edildiyini, barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etdiyini qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 18 sentyabr 2021-ci il tarixdə pulu olmadığı üçün oğurluq etmək qərarına gəlmiş, təxminən saat 18:00 radələrində onunla qonşuluqda yaşayan Sənangilin yaşadığı evin yanından piyada keçən zaman həyətyanı sahədə bir ədəd dəmir borunun olduğunu görmüşdür. Ətrafa baxıb heç kimin onu görmədiyinə əmin olduqdan sonra alçaq hasardan həyətyanı sahəyə keçmiş və orada olan təxminən 2 metr uzunluğundakı dəmir borunu götürüb küçəyə atmış, daha sonra özü də girdiyi yerdən çıxaraq oğurladığı borunu götürüb yaşadığı evə gedərək borunu gizlətmişdir. 19 sentyabr 2021-ci il tarixdə, saat 10:00 radələrində oğurladığı borunu götürüb evdən çıxmış və oğurladığı metal borunu Siyəzən şəhər ərazisində səyyar metal qəbulu ilə məşğul olan tanımadığı şəxsə 6 manata satmış, əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Daha sonra 21 sentyabr 2021-ci il tarixdə, səhər saat 07:00 radələrində yuxudan durub küçəyə çıxmış, pulu olmadığı üçün yenidən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə onunla qonşuluqda yaşayan X2 yaşadığı evin yaxınlığında yerləşən bağ sahəsinə yaxınlaşaraq ətrafa göz gəzdirib onu heç kimin görmədiyinə əmin olduqdan sonra bağın taxtadan olan qapısının üzərindəki asma qıfılın qapıya bərkidilmiş hissəsini qopardaraq bağa daxil olmuşdur. Bağa göz gəzdirən zaman orada dəmir boruların və pəncərə üçün nəzərdə tutulmuş dəmir barmaqlıqların olduğunu görüb onları götürmüşdür. Dəmir boruları və dəmir barmaqlıqları götürüb bağın aşağı hissəsində çəpərdən keçmək üçün açılmış hissədən bayıra atmış və özü də həmin yerdən çıxaraq oğurladığı 3 ədəd borunu və dəmir barmaqlıqları hissə-hissə yaşadığı evə aparıb gizlətmişdir. Daha sonra, evdən çıxıb Siyəzən şəhərinin ərazisində gəzərək səyyar metal qəbulu ilə məşğul olan şəxsləri axtarmağa başlamış və belə şəxsləri tapıb oğurladığı 3 ədəd metal boruları və 1 ədəd dəmir barmaqlığı 15 manata satmışdır. Əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. 24 sentyabr 2021-ci il tarixdə, saat 19:00 radələrində evdən küçəyə Mehdigilin evinin yanına gəlmişdir. Hasara bərkidilmiş 2 ədəd saf şiferi oradan çıxardıb həmin yerdən təxminən 40-50 metr aralıda olan dar aralıqda hasara söykəmiş və yenidən geri qayıdaraq hasardan daha 8 ədəd yarı hissəyə bölünmüş şiferləri çıxararaq bir hissəsini yerə, bir hissəsini də əl arabasına yığmışdır. Daha sonra, yenidən Mehdinin yaşadığı evə girib oğurlamaq üçün hər hansı bir əşya və ya predmetin olubolmadığına baxmaq qərarına gəlmiş, ətrafa göz gəzdirib onu heç kimin görmədiyinə əmin olduqdan sonra hasardan həyətə daxil olaraq axtarış aparmağa başlamışdır. O, həyətyanı sahədə axtarış apararkən bir nəfər şəxsin əlində işıqla bağ tərəfə gəldiyini görüb, bağda toyuq-cücə saxlamaq üçün nəzərdə tutulmuş köhnə hinin üzərinə çıxaraq küçəyə keçmişdir. Küçəyə keçdikdən sonra əl arabasına yığdığı şiferləri aparmağa başlamış, lakin, şiferləri əl arabası ilə aparmaq mümkün olmadığından yerə boşaltmışdır. Yerdən şiferləri götürüb aparan zaman bir nəfər şəxsin onu arxadan yaxaladığını görmüş, çevrilib baxanda onu tutan şəxsin Mehdinin yeznəsi Ayazın olduğunu görmüşdür. Həmin vaxt Mehdidə oraya gəlmiş, bundan sonra Mehdi DİN-nin 102 xidmətinə zəng vuraraq törətdiyi oğurluq barədə məlumat vermişdir. Məlumat verdikdən sonra oraya polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirməyə başlamışlar. Baxış keçirdikdən sonra 24 sentyabr 2021-ci il tarixdən 25 sentyabr 2021-ci il tarixə keçən gecə təxminən 02:00 radələrində əlavə araşdırma aparılması üçün onu Siyəzən RPŞ-yə gətirmişlər. Zərərçəkmiş şəxslərə vurduğu cəmi 155 manat zərəri ödəməmiş, habelə zərərçəkmiş şəxslərlə barışmamışdır. Bununla belə, o, əməlindən səmimi peşmançılıq çəkdiyinə görə ona daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 18 sentyabr 2021-ci il tarixdə, təxminən saat 17:00 radələrində anası X6 ona zəng edərək, Şəxs yaşadıqları ünvanın həyətyani sahəsindən 1 ədəd dəmir borunu oğurlayıb, aparması barədə məlumat vermiş, o, anasına Elvinin onun görüb-görməməsini soruşmuş, anası isə Elvinin onu görmədiyini, qorxduğu üçün özünün səs-küy salmadığını bildirmişdir. Bundan sonra o, dərhal məhəllədə olduğu çayxanadan evə gəlmiş, lakin Elvinin artıq 1 ədəd dəmir borunu oğurlayıb çıxıb getməsi ona məlum olmuşdur. O, özü Elvini tapıb bu barədə onunla söhbət edəcəyini fikirləşdiyi üçün polisə məlumat verməmiş, nə qədər Elvini məhəllədə axtarsa da tapa bilmədiyi üçün 19 sentyabr 2021-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edib baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 30 manat maddi ziyan dəymiş, lakin ödənilməmişdir. Hazırda Şəxs tərəfindən ona vurulmuş ziyanın əvəzi ödənilmədiyindən ondan şikayətçidir və qanunamüvafiq tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında göstərdi ki, Şəxs onunla qonşuluqda yaşayır, münasibətləri normaldır, aralarında düşmənçilikləri və ədavətləri yoxdur. 24 sentyabr 2021-ci il tarixdə, 19:45- də evdə olduğu zaman həyətyanı sahəsindən səs gəldiyini eşidib evdən həyətə çıxmış və həyətyanı sahəsinə göz gəzdirməyə başlamışdır. Lakin, həyətyanı sahəsində ağaclar və həmin vaxt hava qaranlıq olduğundan heç kimi görə bilməmişdir. Tək olduğu üçün həyətyanı sahəsinə ətraflı baxış keçirməyə ehtiyat etdiyindən, evə qayıdıb X10 şöbəsində polis nəfəri yeznəsi X8 zəng vurmuş, sonuncuya həyətyanı sahəsindən səs-küy səslərinin gəldiyini, kiminsə həyətyanı sahəsinə oğurluğa girdiyini deyib həyətyanı sahəsinə ətraflı baxış keçirmək üçün onlara gəlməsini istəmişdir. Təxminən bir müddət sonra yeznəsi Ayaz onlara gəlmiş və o, dərhal mobil telefonunda işıq yandıraraq həyətyanı sahəsinə baxış keçirməyə başlamışdır. Bağ sahələrinin kənarında yerləşən köhnə hin tərəfdən səslərin gəldiyini eşidib həmin istiqamətdə getmişlər. Bu zaman kiminsə həmin hinin üzərində küçəyə keçdiyini hiss etmiş, lakin hava qaranlıq olduğundan onlar həmin şəxsi görməmişlər. Bundan sonra, Ayaz cəld şəkildə həyətdən küçəyə çıxmış və evlərinin arxa küçəsinə tərəf qaçmışdır. O, da Ayazın ardınca həmin istiqamətdə getmiş və Ayazın onlarla qonşuluqda yaşayan Şəxs saxladığını görmüşdür. Həmin vaxt Elvinin əlində olan əl arabasının içərisində azbis materialdan hazırlanmış yarı bölünmüş vəziyyətdə şiferlər olmuş, Elvin araba ilə şiferləri apara bilmədiyini görüb şiferləri yerə boşaltmış və birini əlinə götürərək aparmaq istəyəndə yeznəsi Ayaz onu yaxalamışdır. Elvin həmin şiferləri onun həyətyanı sahəsində oğurlamışdır. Bundan sonra, onlar Elvini saxlayıb DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermişlər. Məlumat verdikdən sonra polis əməkdaşları həmin yerə gəlmişdir. Polis əməkdaşlarının keçirdikləri baxış zamanı Şəxs azbis materialdan hazırlanmış 2 ədəd bütöv şiferi onun həyətindən oğurlayaraq yaşaqdıları evdən təxminən 40-50 metr məsafədə yerləşən dar aralıqda hasara söykəmiş, Elvini yaxaladıqları yerdə 4 ədəd, bir qədər aralıda isə daha 4 ədəd olmaqla, ümumilikdə 8 ədəd azbis materialdan hazırlanmış yarı hissəyə bölünmüş şiferlərin olması aşkar edilmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 65 manat maddi ziyan dəymiş, lakin ödənilməmişdir. Hazırda Şəxs tərəfindən ona vurulmuş ziyanın əvəzi ödənilmədiyindən ondan şikayətçidir və qanunamüvafiq tədbir görülməsini xahiş edir. Zərərçəkmiş şəxs X4 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxs Gülnar Kərimovanın iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan 25 sentyabr 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi barədə materiallar aidiyyəti üzrə göndərilmişdir. Həmçinin, həmin qərardan və işin faktiki hallarından görünür ki, Şəxs, 18 sentyabr 2021-ci il tarixdə, təxminən saat 18:00 radələrində Siyəzən şəhəri, Xətai küçəsindəki 143 saylı fərdi yaşayış evinin həyətindən 1 ədəd dəmir borunu oğurlamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 30 manat, 21 sentyabr 2021-ci il tarixdə, təxminən saat 07:00 radələrində Siyəzən şəhəri, Xətai küçəsindəki 42 saylı fərdi yaşayış evinin həyətindən 2 metr olmaqla, 3 ədəd dəmir borunu, eləcə də 1x0,7 metr ölçülərdə pəncərə üçün nəzərdə tutulmuş dəmir barmaqlıqları oğurlamaqla zərər çəkmiş şəxs X4 cəmi 60 manat, 24 sentyabr 2021-ci il tarixdə, təxminən saat 19:00 radələrində Siyəzən şəhəri, Xətai küçəsindəki 143 saylı fərdi yaşayış evinin həyətindən 2 ədəd bütöv, 8 ədəd yarıbölünmüş dam örtüyünü oğurlamaqla zərər çəkmiş şəxs X5 isə 65 manat məbləğində ziyan vurmuşdur. İşdə olan 27 sentyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs və X7 tərəfindən tərtib edilmiş ərizələrdən görünür ki, onlar dəymiş zərərləri ödənilmədiyindən Şəxs şikayətçidirlər və sonuncu barəsində qanunamüvafiq tədbir görülməsini xahiş edirlər. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 227-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama inzibati məsuliyyətə səbəb olan əməldir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq hissi çəkməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs əməlində, onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məsuliyyəti ağırlaşdıran halların olmamasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən barəsində bu məhkəmənin icraatında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, eləcə də mülkiyyət əleyhinə cinayət törətməsi ilə əlaqədar cinayət işinin olmasına baxmayaraq, öz təqsirli, hüquqazidd əməllərini davam etdirməsini, bununla da, tərbiyələnmək (islah olunmaq) niyyətinin olmamasını, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, narkotik vasitələrin təsiri altında digər həyat və sağlamlıq, tamah-zorakı və mülkiyyət əleyhinə olan hüquqazidd əməllər törədə bilmə ehtimalını, əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini, həmçinin yüngülləşdirici halı nəzərə alaraq, ona İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 hissəsindən az olmamaqla inzibati həbs təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 25 sentyabr 2021-ci il tarixdə, saat 02:00 radələrindən faktiki saxlanılması və bundan sonra, həmin gün saat 18:00-dan inzibati qaydada tutulması, bundan sonra azad edilməyərək məhkəməyə gətirilməsi onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 34.2, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 24 (iyirmi dörd) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli 25 sentyabr 2021-ci il tarixdən saat 02.00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Zərərçəkmiş şəxslər X5, Zərərçəkmiş şəxs, eləcə də X4 Şəxs inzibati xətanı törətməsi nəticəsində ona dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-142/2021
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-142/2021
27.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver