Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-142/2023 03.08.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X2 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə Hüquqi ünvanı ünvan 1 X2 İdarəsi (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 347ci maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X2 İdarəsi mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Qeyd edilənlərlə bağlı Siyəzən RPŞ DYPB-nin əməkdaşı tərəfindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X2 İdarəsi barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə 04 mart 2023-cü il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X2 İdarəsinin nümayəndəsi Nümayəndə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə hüquqlarını təmsil etdiyi ASC-ni İXM-nin 347ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, 01 fevral 2023-cü il tarixdə, saat 11:48 radələrində “Vaz 21214” minik markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomaşının X3 tərəfindən idarə edilməsi barədə əvvəlcədən, yəni 29 dekabr 2022-ci il tarixdə Siyəzən RPŞ-yə məlumat verilmişdir. Bu mənada, RPŞ-yə əvvəlcədən məlumat verdikləri üçün 5 gün ərzində yenidən məlumat verməmişlər. Bundan əlavə, İXM-nin 346.1-ci maddəsi ilə inzibati qaydada tənbeh kimi tətbiq edilmiş cəriməni ödəmişlər. Odur ki, idarənin inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib edən şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib edən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan və əlavə olunmuş mötəbər sənədlərdən görünür ki, 01 fevral 2023-cü il tarixdə, saat 11:48 radələrində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X2 İdarəsinin mülkiyyətində olan “Vaz 21214” MİNİK markalı, ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən dayanma qaydaları pozulmuşdur. Bu barədə, RPŞ tərəfindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X2 İdarəsinə bildiriş məktubu göndərilmiş, habelə məktubda törədilmiş xətaya görə İXM-nin 346.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulması izah olunmaqla, inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın verilməsi xahiş olunmuşdur. İşdə olan DİN-in rəsmi internet səhifəsindən 28 mart 2023-cü il tarixli çıxarışın surətindən də göründüyü kimi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X2 İdarəsinin mülkiyyətində olan “Vaz 21214” MİNİK markalı, ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 01 fevral 2023-cü il tarixdə, saat 06:00-dan 23:59-a kimi X1 idarəçiliyində olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X2 İdarəsinin Siyəzən RPŞ-nin DYPB-yə ünvanlandığı 29 dekabr 2022-ci il tarixli, 162 nömrəli məktubunun surətindən görünür ki, DYPB-yə idarənin balansında olan avtonəqliyyat vasitələri haqqında göndərilmiş məlumatda “Vaz 21214” MİNİK markalı, ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin X1 idarəçiliyində olması göstərilmiş, habelə bu məktub DYPB-nin əməkdaşı İlkin İlyasov tərəfindən qəbul edilmişdir. Məhkəmə, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X2 İdarəsinin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, bu idarənin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tələblərindən də göründüyü kimi hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi inzibati xətaya səbəb olan əməldir. Bu mənada, belə bir sorğunun verilməsi hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın əldə edilməsi məqsədi daşıyır. Hazırda işin mühüm əhəmiyyət kəsb edən faktiki hallarından, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X2 İdarəsinin 29 dekabr 2022-ci il tarixli məktubunun, həmçinin DİN-in rəsmi internet səhifəsindən 28 mart 2023-cü il tarixli çıxarışın surətindən də göründüyü kimi idarənin mülkiyyətində olan “Vaz 21214” MİNİK markalı, ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin X1 idarəçiliyində olması 01 fevral 2023-cü il tarixdə başqa inzibati xəta hadisəsi baş verənədək Siyəzən RPŞ-nin DYPB-yə məlum olmuşdur. Yəni, 01 fevral 2023-cü il tarixədək inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarına artıq məlum olan hal barəsində əlavə sorğunun verilməsi əsaslı olmamaqla, lüzumsuz olmuş və buna real hüquqi əsaslar olmadığı halda, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün inzibati xətanı törətməsi təəssüratı yaradılmışdır. Eyni zamanda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin mülkiyyətindəki avtomobilin sürücüsünün kimliyinin 01 fevral 2023-cü il tarixədək artıq Siyəzən RPŞ-nin DYPB-yə məlum olması müasir dövrdə elektron texnologiyanın imkanlarından istifadə edilməklə, sonuncuya dair təfərrüatlı məlumatın əldə edilməsini də istisna etmir. Bununla da, aydın olur ki, Siyəzən RPŞ-nin DYPB-də hüquqi şəxs Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X2 İdarəsinin mülkiyyətində olan “Vaz 21214” MİNİK markalı, ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün kimliyi ilə bağlı məlumat olduğu halda hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 84-cü maddəsinin İ və İİ hissələrinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunan Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Sözügedən Məcəllənin 12-ci maddəsinin İ hissəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASCnin X2 İdarəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X2 İdarəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-142/2023
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-142/2023
03.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver