Məhkəmə qərarları › İş №3(059)-145/2021

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-145/2021

13.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-145/2021 13.10.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş vəzifəli şəxs, Siyəzən rayon prokurorunun nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 1960-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, X17 Mərkəzi publik hüquqi şəxsin direktoru, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 410.3-cü maddəsi ilə Siyəzən rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: X17 Mərkəzi publik hüquqi şəxsin vəzifəli şəxsi, direktoru Şəxs publik hüquqi şəxsin maliyyə-təsərrüfat faəliyyətində maliyyə qaydalarını pozduğuna görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 410.3-cü maddəsində nəzərdə tutulmuş inzibati tənbehin tətbiq olunmasına dair Siyəzən rayon prokuroru Ramil Əliyev tərəfindən 29 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş, habelə baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon prokurorunun nümayəndəsi X7 tərtib edilmiş qərarın məzmununa uyğun, eyni məzmunlu izahat verərək, dövlət büdcəsindən və ya yerli büdcə, vəsaitlər və digər mənbələr hesabına maliyyələşən X17 Mərkəzi publik hüquqi şəxsin vəzifəli şəxsi, direktoru Şəxs tərəfindən publik hüquqi şəxsin maliyyətəsərrüfat faəliyyətində maliyyə qaydalarını pozulduğunun aşkar edildiyini bildirdi. Həmçinin, o, 20 sentyabr 2021-ci il tarixli qərarla Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanmasının rədd edildiyini, habelə Şəxs barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün 29 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edildiyini və bu qərarın toplanmış materiallarla birlikdə məhkəməyə təqdim edildiyini qeyd etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X17 Mərkəzi publik hüquqi şəxsin vəzifəli şəxsi, direktoru Şəxs özünü İXM-nin 410.3-cü maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun 06 may 2021-ci il tarixli, 04/1688 xid 2197 nömrəli məktubuna əsasən “X17 Mərkəzi” publik hüquqi şəxsin 01 yanvar 2018-ci il tarixdən 15 aprel 2021-ci il tarixə kimi olan dövrdə Siyəzən rayon prokurorunun 24 aprel 2021-ci il tarixli qərarına əsasən maliyyə-təsərrüfat fəaliyyəti və həmin qərarda göstərilmiş suallarla əlaqədar yoxlanılmış və maliyyə-təsərrüfat faəliyyətində maliyyə qaydalarını pozulduğu aşkar edilmişdir. O, baş vermiş pozuntunu etiraf etməklə, yanaşı gələcəkdə bu kimi halların baş verməyəcəyinə vəd verir. Odur ki, törətdiyi əməldən peşmançılıq hissi keçirməklə, barəsində yüngül inzibati tənbeh tədbiri görülməsini xahiş edir. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, X17 Mərkəzi publik hüquqi şəxsin vəzifəli şəxsi, direktoru Şəxs İXM-nin 410.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, 20 sentyabr 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X17 Mərkəzi publik hüquqi şəxsin direktoru Şəxs əməllərində araşdırma ilə müəyyən edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410.3-cü maddəsinin əlamətləri barədə Siyəzən rayon prokuroruna məlumat verilməsi qərara alınmışdır. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əlavə edilmiş 06 avqust 2021-ci il tarixli aktdan görünür ki, 224000 “Kommunal və kommunikasiya xidmətləri haqqının ödənilməsi” köməkçi bölməsi üzrə təqdim olunmuş elektron qaimə-fakturalarda göstərilmiş xidmət həcminin faktiki yerinə yetirilmiş xidmət həcmi ilə uyğunluğu yoxlanılarkən 224200 “Qaz haqqının ödənilməsi” paraqrafı üzrə, “Qazdan istifadə Qaydaları” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011 -ci il 12 may tarixli 80 nömrəli qərarının 5.4-cü bəndinin (qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır) tələblinə zidd olaraq, Mərkəzə təbii qazın müvəqqəti sayğacsız verilməsi barədə tərtib edilmiş aktlarda və təqdim olunmuş elektron qaiməfakturalarda sərfiyyatı rəsmiləşdirilmiş təbii qazın həcminin artıq göstərilməsi hesabına 2018-ci ildə 3309,72 manat, 2019-cu ildə 1673,35 manat, cəmi 4983,07 manat, 224600 (222290) “Digər kommunal xidmətləri haqqının ödənilməsi” paraqrafı üzrə bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsinə görə podratçılar tərəfindən təqdim olunmuş elektron qaimə-fakturalarda göstərilmiş xidmət həcminin düzgünlüyü 18 iyun 2021-ci il tarixdən 18 iyul 2021-ci il tarixə kimi olan dövrdə xronometraj qaydasında yoxlanılmış, Siyəzən rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən daşınan bərk məişət tullantılarının həcmi 18 iyun 2021-ci il tarixdən 24 iyun 2021-ci il tarixə kimi 2,0 m3 (iki kubmetr), 24 iyun 2021-ci il tarixdən 28 iyun 2021-ci il tarixə kimi 2,0 m3 (iki kubmetr), 28 iyun 2021-ci il tarixdən 01 iyul 2021-ci il tarixə kimi 2,0 m3 (iki kubmetr), 01 iyul 2021 -ci il tarixdən 07 iyul 2021-ci il tarixə kimi 2,0 m3 (iki kubmetr), 07 iyul 2021 -ci il tarixdən 14 iyul 2021-ci il tarixə kimi 2,0 m3 (iki kubmetr), 30 gün ərzində cəmi 10 m3 (on kubmetr), müəyyən riskləri nəzərə aldıqda orta hesabla 12 m3 (on iki kubmetr) bərk məişət 'tullantısının daşındığı, lakin, bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi üzrə podratçılar tərəfindən təqdim olunmuş elektron qaimə- fakturalarda göstərilmiş xidmət həcminin artıq göstərilməsi hesabına 2018-ci ildə Siyəzən rayon Kommunal Müəssisələri Kombinatına 4386,43 manat, 2019-cu ildə Siyəzən rayon Kommunal Müəssisələri Kombinatına 1096.80 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 2521,63 manat, 2020-ci ildə Siyəzən rayon Kommunal Müəssisələri Kombinatına 3278,71 manat, 2021 -ci ilin yanvar-aprel aylarında Siyəzən rayon Kommunal Müəssisələri Kombinatına 578,66 manat, cəmi 11862,69 manat vəsaitin əsassız olaraq artıq hesablanıb ödənildiyi, "Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 24 noyabr 2011 -ci il tarixli 05 nömrəli qərarının tələblərinə zidd olaraq tariflər (qiymətlər) əlavə dəyər vergisi ilə birlikdə təsdiq edildiyi halda bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinə görə təqdim olunmuş elektron qaimə-fakturalarda tədbiq edilmiş tariflərə (qiymətlərə) əsassız olaraq 2020-ci ildə 880,47 manat, 2021-ci ilin yanvaraprel aylarında 152,54 manat, cəmi 1033,01 manat əlavə dəyər vergisi hesablanıb ödənildiyi, 2020-2021-ci illər üzrə illər üçün xərc smetalarında 222430 “Mühafizə xərcləri” maddəsi üzrə xərc proqnozlaşdırılmış, əmlakın mühafizəsi haqqında aralarında bağlanılmış müqaviləyə və faktiki göstərilmiş mühafizə xidmətlərinə görə təqdim olunmuş elektron qaimələrə əsasən Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin X21 Şöbəsinin hesabına 2020-ci ildə 61750,00 manat, 2021-ci ilin yanvar-mart aylarında 19500,03 manat, cəmi 81250,03 manat vəsait köçürüldüyü halda, yoxlamanın əhatə etdiyi dövr ərzində «X17 Mərkəzi» publik hüquqi şəxsin (keçmiş X22 Diaqnostika Mərkəzi” publik hüquqi şəxsin) ştat cədvəllərində nəzərdə 'tutulmuş 7 ştat vahidi mühafizəçidən faktiki saxlanılmış 6 ştat vahidi mühafizəçiyə 2020-ci ildə 32441,44 manat əmək haqqı, 7137,12 manat məcburi dövlət sosial sığorta ayırması, 162,21 manat işsizlikdən sığorta haqqı, cəmi 39740,77 manat, 2021-ci ilin yanvar-mart aylarında 8063,53 manat əmək haqqı, 1773,98 manat məcburi dövlət sosial sığorta ayırması, 40,32 manat işsizlikdən sığorta haqqı, cəmi 9877,83 manat, 01 yanvar 2020-ci il tarixdən 15 aprel 2021-ci il tarixə kimi ümumilikdə 40504,97 manat əmək haqqı, 8911,10 manat məcburi dövlət sosial sığorta haqqı, 202,53 manat işsizlikdən sığorta haqqı hesablanıb ödənildiyi, “X17 Mərkəzi” publik hüquqi şəxsin 01 yanvar 2018-ci il tarixdən 15 aprel 2021-ci il tarixə kimi olan dövrdə tarifləşmə siyahılarında və ştat cədvəllərində həkim, orta tibb heyəti, kiçik tibb heyəti və digər işçilərin əmək haqlarının müəyyən edilməsinin müvafiq qanunvericiliyin tələblərinə uyğunluğunun düzgünlüyü yoxlanılmış, “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X12”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 19 iyun 2017-ci-il tarixli, 8 nömrəli qərarının tələblərinə görə əməyin ödəniş dərəcəsinin düzgün tarifləşdirilməməsi ilə əlaqədar olaraq 2018-ci ildə diaqnostika şöbəsinin tibb bacısı X8 49,91 manat, diaqnostika şöbəsinin tibb bacısı X13 103,85 manat, cəmi 153,76 manat, 2019-cu ildə diaqnostika şöbəsinin tibb bacısı X13 101,43 manat, qəbul şöbəsinin tibb bacısı X9 88,55 manat, cəmi 189,98 manat, yoxlamanın əhatə etdiyi dövr ərzində orta tibb heyəti işçilərinə 343,74 manat artıq əmək haqqının hesablanıb ödənildiyi, “Elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi dərəcəsi və elmi adı olan şəxslərin vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə ödənilən əlavələrin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2017-ci il tarixli, 259 nömrəli qərarının tələblərinə əməl edilməməsi ilə əlaqədar olaraq cərrahiyyə şöbəsində həkim-cərrah işləyən X2 əmək haqqına fəlsəfə doktoru elmi dərəcəsinə görə 2019-cu ildə 193,20 manat, 2020-ci ildə 193,20 manat, 2021-ci ilin yanvar-mart aylarında 48,30 manat, cəmi 434,70 manat, diaqnostika şöbəsinin həkim-travmotoloqu X14 əmək haqqına elmlər doktoru elmi dərəcəsinə görə 2020-ci ildə 193,20 manat, yoxlamanın əhatə etdiyi dövr ərzində elmi dərəcəsi və elmi adı olan şəxslərin vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə ödənilən əlavələrin məbləğinin düzgün müəyyən edilməməsi nəticəsində 627,90 manat artıq əlavənin ödənildiyi müəyyən edilmişdir. Bundan başqa, “Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2004-cü il tarixli, 2 nömrəli qərarının tələblərinə əməl edilməmiş və Səhiyyə Nazirliyi tərəfindən verilmiş “İxtisas dərəcəsinin verilməsi barədə" şəhadətnaməyə əsasən ixtisas dərəcəsinin müddəti başa çatmış diaqnostika şöbəsinin həkim-travmotoloqu X14 əmək haqqına 2019-cu ildə 615,02 manat, 2020-ci-ildə 708,40 manat, yoxlamanın əhatə etdiyi dövr ərzində ixtisas dərəcəsinin müddəti başa çatdığı halda 1323,42 manat əlavə hesablanıb ödənildiyi müəyyən edilmişdir. 16 iyun 2021-ci il tarixdə “X17 Mərkəzi” publik hüquqi şəxsin (keçmiş X22 Diaqnostika Mərkəzinin publik hüquqi şəxsin) əczaxana müdiri X10 öhdəsində olan aptekdə dərman, sarğı ləvazimatlarının və materiallarının faktiki qalığı yoxlanılmış, mühasibat uçotu üzrə hesabında olan dərman, sarğı ləvazimatlarının və materiallarının qalığı ilə üzləşdirilmiş, 17 adda 51,39 manat dəyərində dərman, sarğı ləvazimatları və materiallarının çatışmazlığı aşkar olunmuşdur. Bundan əlavə, 13 nəfər maddi məsul şəxsin hesabında olan dərman sarğı ləvazimatları və materiallarının qalığı yoxlanılmış, 6 nəfər maddi məsul şəxsin hesabında cəmi 83,74 manat, o cümlədən, cərrahiyyə şöbəsinin böyük tibb bacısı, maddi məsul şəxs X3 hesabında 3 adda 4,12 manat dəyərində dərman, sarğı ləvazimatları və materiallarının çatışmazlığı, terapiya şöbəsinin böyük tibb bacısı, maddi məsul şəxs X4 hesabında 13 adda 21,54 manat dəyərində dərman, sarğı ləvazimatları və materiallarının çatışmazlığı, doğum şöbəsinin böyük tibb bacısı, maddi məsul şəxs X11 hesabında 4 adda 17,41 manat dəyərində dərman, sarğı ləvazimatları və materiallarının çatışmazlığı, uşaq şöbəsinin böyük tibb bacısı, maddi məsul şəxs X5 hesabında 11 adda 5,14 manat dəyərində dərman, sarğı ləvazimatları və materiallarının çatışmazlığı, X18 Yardım bölməsinin böyük tibb bacısı, maddi məsul şəxs X6 hesabında 9 adda 8,42 manat dəyərində dərman, sarğı ləvazimatları və materiallarının çatışmazlığı, şüa diaqnostika şöbəsinin rentgen texniki, maddi məsul şəxs X19 hesabında 5 adda 27,11 manat dəyərində dərman, sarğı ləvazimatları və materiallarının çatışmazlığı aşkar edilmişdir. 21 iyun 2021-ci il tarixdə publik hüquqi şəxsin təsərrüfat bölməsinin müdiri, maddi məsul şəxs X16 öhdəsində olan anbarda mal-material qiymətlilərinin faktiki qalığı yoxlanılmış, mühasibat uçotu üzrə hesabında olan qalıqla üzləşdirilmiş, 2 adda 19,04 manat dəyərində mal-material qiymətlilərinin çatışmazlığı aşkar olunmuşdur. “Təhsil ocaqlarında, xəstəxanalarda və sosial sahənin digər ictimai müəsissələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 mart 1994-cü il tarixli, 103 nömrəli Qərarına əsasən müalicə-profilaktika müəssisələrində, doğum evləri (şöbələri) və uşaq xəstəxanalarında (şöbələrində) hər bir nəfərə düşən qida normaları üçün nəzərdə tutulmuş ərzaq məhsullarının çeşidlər üzrə qida normasından artıq sərfinə yol verilməsi faktiki yerinə yetirilmiş çarpayı günlərinə görə yoxlanılmış, 2018-ci ildə ümumi şöbələrdə 7 çeşid üzrə cəmi 733,36 manat, 297,14 manat dəyərində 503,635 kiloqram buğda unu üzrə normadan artıq sərfiyyatın çovdar çörəyi və buğda çörəyinin alınmaması, çörəyin publik hüquqi şəxsin mətbəxində bişirildiyini nəzərə aldıqda 6 çeşid üzrə 436,22 manat, doğum şöbəsində 10 çeşid üzrə cəmi 593,62 manat, 131,19 manat dəyərində 222,36 kiloqram buğda unu, 13,42 manat dəyərində 1,690 kiloqram maya üzrə normadan artıq sərfiyyatın çovdar çörəyi və buğda çörəyinin alınmaması, çörəyin publik hüquqi şəxsin mətbəxində bişirildiyini nəzərə aldıqda 8 çeşid üzrə 449,00 manat, uşaq şöbəsində 8 çeşid üzrə cəmi 258,67 manat, 85,00 manat dəyərində 144,06 kiloqram buğda unu, 8,67 manat dəyərində 1,07 kiloqram maya üzrə normadan artıq sərfiyyatın çovdar çörəyi və buğda çörəyinin alınmaması, çörəyin publik hüquqi şəxsin mətbəxində bişirildiyini nəzərə aldıqda 8 çeşid üzrə 165,01 manat, cəmi 1050,23 manat, 2019-cu ildə ümumi şöbələrdə 6 çeşid üzrə cəmi 884,86 manat, 394,22 manat dəyərində 657,03 kiloqram buğda unu üzrə normadan artıq sərfiyyatın çovdar çörəyi və buğda çörəyinin alınmaması, çörəyin publik hüquqi şəxsin mətbəxində bişirildiyini 160,86 manat dəyərində 18,858 kiloqram qablaşdırılmış südün təbii südün əvəzinə verildiyini nəzərə aldıqda 4 çeşid üzrə 329,79 manat, doğum şöbəsində 7 çeşid üzrə cəmi 441,53 manat, 152,30 manat dəyərində 253,84 kiloqram buğda unu üzrə normadan artıq sərfiyyatın çovdar çörəyi və buğda çörəyinin alınmaması, çörəyin publik hüquqi şəxsin mətbəxində bişirildiyini, 33,53 manat dəyərində 3,931 kiloqram qablaşdırılmış südün təbii südün əvəzinə verildiyini nəzərə aldıqda 5 çeşid üzrə 255,69 manat, uşaq şöbəsində 5 çeşid üzrə cəmi 190,92 manat, 83,30 manat dəyərində 143,62 kiloqram buğda unu üzrə normadan artıq sərfiyyatın çovdar çörəyi və buğda çörəyinin alınmaması, çörəyin publik hüquqi şəxsin mətbəxində bişirildiyini nəzərə aldıqda 4 çeşid üzrə 107,63 manat, cəmi 693,11 manat, 2020-ci ildə ümumi şöbələrdə 8 çeşid üzrə cəmi 589,02 manat, 130,94 manat dəyərində 225,750 kiloqram buğda unu üzrə normadan artıq sərfiyyatın çovdar çörəyi və buğda çörəyinin alınmaması, çörəyin publik hüquqi şəxsin mətbəxində bişirildiyini, 35,64 manat dəyərində 3,760 kiloqram qatılaşdırılmış südün təbii südün əvəzinə verildiyini nəzərə aldıqda 6 çeşid üzrə 422,45 manat, doğum şöbəsində 9 çeşid üzrə cəmi 341,01 manat, 127,65 manat dəyərində 223,96 kiloqram buğda unu üzrə, 16,66 manat dəyərində 1,61 kiloqram mayanın normadan artıq sərfiyyatın çovdar çörəyi və buğda çörəyinin alınmaması, çörəyin publik hüquqi şəxsin mətbəxində bişirildiyini, 32,40 manat dəyərində 3,420 kiloqram qatılaşdırılmış südün təbii südün əvəzinə verildiyini nəzərə aldıqda 6 çeşid üzrə 317,35 manat, uşaq şöbəsində 9 çeşid üzrə cəmi 199,06 manat, 49,80 manat dəyərində 84,40 kiloqram buğda unu, 5,94 manat dəyərində 0,59 kiloqram maya üzrə normadan artıq sərfiyyatın çovdar çörəyi və buğda çörəyinin alınmaması, çörəyin publik hüquqi şəxsin mətbəxində bişirildiyini, 3,96 manat dəyərində 0,420 kiloqram qatılaşdırılmış südün təbii südün əvəzinə verildiyini nəzərə aldıqda 6 çeşid üzrə 139,37 manat, cəmi 879,17 manat, 2021-ci ildə ümumi şöbələrdə 8 çeşid üzrə cəmi 365,11 manat, 76,73 manat dəyərində 132,300 kiloqram buğda unu üzrə normadan artıq sərfiyyatın çovdar çörəyi və buğda çörəyinin alınmaması, çörəyin publik hüquqi şəxsin mətbəxində bişirildiyini, 6,48 manat dəyərində 0,58 kiloqram mayanın normadan artıq sərfiyyatını nəzərə aldıqda 6 çeşid üzrə 281,90 manat, doğum şöbəsində 8 çeşid üzrə cəmi 218,22 manat, 28,58 manat dəyərində 48,44 kiloqram buğda unu, 4,27 manat dəyərində 0,37 kiloqram maya üzrə normadan artıq sərfiyyatın çovdar çörəyi və buğda çörəyinin alınmaması, çörəyin publik hüquqi şəxsin mətbəxində bişirildiyini nəzərə aldıqda 6 çeşid üzrə 185,36 manat, uşaq şöbəsində 8 çeşid üzrə cəmi 14,00 manat, 3,06 manat dəyərində 5,18 kiloqram buğda unu, 0,43 manat dəyərində 0,037 kiloqram maya üzrə normadan artıq sərfiyyatın çovdar çörəyi və buğda çörəyinin alınmaması, çörəyin publik hüquqi şəxsin mətbəxində bişirildiyini nəzərə aldıqda 6 çeşid üzrə 10,51 manat, hemodializ şöbəsində 4 çeşid üzrə cəmi 65,66 manat, 35,89 manat dəyərində 60,825 kiloqram buğda unu üzrə normadan artıq sərfiyyatın çovdar çörəyi və buğda çörəyinin alınmaması, çörəyin publik hüquqi şəxsin mətbəxində bişirildiyini nəzərə aldıqda 3 çeşid üzrə 29,77 manat, cəmi 507,54 manat, yoxlamanın əhatə etdiyi dövr ərzində ümumilikdə 3130,05 manat dəyərində ərzaq məhsullarının normadan artıq sərfinə yol verildiyi müəyyən olunmuşdur. 16 iyun 2021-ci il tarixdə publik hüquqi şəxsin anbardan, maddi məsul şəxs X15 öhdəsində olan anbarda ərzaq məhsullarının faktiki qalığı yoxlanılmış, mühasibat uçotu üzrə hesabında olan qalıqla üzləşdirilmiş, 12 adda 29,52 manat dəyərində ərzaq məhsullarının çatışmazlığı müəyyən edilmişdir. Satınalma prosedurunda qalib gəlmiş podratçı təşkilatlarla bağlanılmış müqavilələrdə bəzi mallar (işlər və ya xidmətlər) üzrə nəzərdə tutulduğu miqdardan çox mal (iş və ya xidmət) alınması nəticəsində xərc smetalarımda proqnozlaşdırılmış vəsait dairəsində 2018-ci ildə 2053,35 manat çox, 2019-cu ildə 386,33 manat çox, yoxlamanın əhatə etdiyi dövr ərzində cəmi 2439,68 manat çox vəsaitin məxaricə silindiyi müəyyən edilmişdir. İXM-nin 410-cu maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 410-cu maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 410.1-ci və 410.3-cü maddələrində müəyyən edilmişdir ki, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşdirilən təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması, o cümlədən dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından, həmçinin məqsədli büdcə fondlarından ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmaması, yaxud büdcə təşkilatlarının büdcədənkənar vəsaitinin maliyyə orqanları ilə razılaşdırılaraq təsdiq edilmiş smetaya uyğun xərclənməməsi, normativdən artıq ştat vahidinin saxlanılması, bu əməllər iki min manatadək məbləğdə törədildikdə - dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşdirilən təşkilatların vəzifəli şəxsləri dörd yüz manatdan səkkiz yüz manatadək məbləğdə və eyni əməllər dörd min manatdan yuxarı məbləğdə törədildikdə dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşdirilən təşkilatların vəzifəli şəxsləri dörd min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Vergilər Nazirliyində 29 aprel 2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyatdan keçmiş “X17 Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsinin 1.6-cı bəndinə əsasən publik hüquqi şəxsin saxlanılması xərcləri və fəaliyyəti, müvafiq olaraq, Azərbaycan Respublikasının dövlət büdcəsindən və ya yerli büdcə, büdcədəkənar vəsaitlər və digər mənbələr hesabına maliyyələşir. “X17 Mərkəzi” publik hüquqi şəxsin (bundan sonra Mərkəz) Nizamnaməsinin 5.6-cı bəndə əsasən publik hüquqi şəxsin direktoru: • mərkəzin işinin təşkil edir və ona rəhbərlik edir; • Mərkəzin iş planını təsdiq edir və onun vaxtında və keyfiyyətli icrasına nəzarəti həyata keçirir; • Mərkəzin və onun strukturuna daxil olan qurumların fəaliyyətinə, tabeliyində olan işçilərin vəzifələrinin yerinə yetirilməsinə, Mərkəzdə icra və əmək intizamına nəzarət edir; • Müəyyən edilmiş struktur, işçilərin say həddi və ayrılmış büdcə vəsaitləri daxilində Mərkəzin strukturuna daxil olan digər qrumların xərclər smetasına dair TƏBİB-ə təkliflər verir; • Səlahiyyətləri daxilində kadr məsələlərini həll edir; • “Azərbaycan Respublikasında icbari tibbi siğortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.7-ci bəndinə uyğun olaraq Agentlik tərəfindən müəyyən edilmiş qaydada işçilərin vəzifə maaşlarına əlavələrin, maddi yardımın və mükafatların verilməsini təmin edir; • Mərkəzin vəsaitləri və ştat sayı hüdudlarında tabeliyində olan qurumların yaradılması, yenidən təşkili və ləğv edilməsi, habelə yeni ştat vahidlərinin ayrılması barədə TƏBİB- ə təkliflər verir; • Müvafiq olaraq, dövlət büdcəsindən və ya yerli büdcədən ayrılmış vəsaitlərin təyinatı üzrə və səmərəli xərclənməsini təmin edir və s. İXM-nin 54.2. Bu Məcəllənin 191.1, 195.1, 197.3, 197.4, 197.5, 205, 253-1.1.1 (yaşıllıqların kadastrının aparılmamasına münasibətdə), 253-1.1.2 (yaşıllıqların kadastr məlumatlarının təhrif edilməsinə münasibətdə), 284.2, 339.2 - 339.5, 340.2, 341, 376, 399, 410.3, 440-1.1 (dövlət orqanlarına (qurumlarına) və bələdiyyələrə münasibətdə), 440-1.2, 440-1.3, 445-1, 516-1.2 (qəbiristanlıqların qorunması tələblərinin pozulmasına münasibətdə), 516-1.3 (dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə münasibətdə), 528-1.3, 531, 538-1.4 - 538-1.6, 540.5, 550.2-550.5, 558.2, 558.3, 559, 563.2, 567, 568, 569, 573, 594-1, 594-2, 595.2, 596, 601, 606.1 və 610-618-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir. Prokuror bu Məcəllənin 99.3-cü maddəsinə əsasən digər inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malikdir. Göstərilənlərə əsasən, hesab edirəm ki, X17 Mərkəzi publik hüquqi şəxsin vəzifəli şəxsi, direktoru Şəxs tərəfindən publik hüquqi şəxsin maliyyə-təsərrüfat faəliyyətində maliyyə qaydalarını pozması faktı məhkəmə araşdırılmasında tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-in 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Yenə bu Məcəllənin 17-ci maddəsinin qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyridövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Qanunun həmin normasına əsaslanaraq, belə qənaətə gəlirəm ki, hazırkı vəziyyətdə Şəxs publik hüquqi şəxsdə təşkilati-sərəncamverici funksiyasını həyata keçirən vəzifəli şəxs hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsin ilk dəfə inzibati xəta törətməsini, eləcə də əməlindən peşmançılıq çəkməsini, uzun illər səhiyyə sahəsində olan fəaliyyətini, habelə kifayət qədər yaşının olmasını onun inzibati məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsin Azərbaycan Respublikası İXM-in 33.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati xətanın xarakterini, inzibati xəta törədən vəzifəli şəxsin təqsirinin dərəcəsini, onun törədilmə halını və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, X17 Mərkəzi publik hüquqi şəxsin vəzifəli şəxsi, direktoru Şəxs İXM-nin 410.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 54, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X17 Mərkəzi publik hüquqi şəxsin vəzifəli şəxsi, direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona 4000 (dörd min) manat miqdarında inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar