Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-146/2021 07.10.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X2 iştirakları ilə xx xxxxxx 1998-ci il tarixdə Siyəzən rayonu, Zarat kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Siyəzən rayonu Zarat kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.4-cü maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Siyəzən rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X1 Elxan Eldəniz oğlunun İXM-nin 529.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs Siyəzən Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 3(059)-127/2021 saylı qərarına əsasən inzibati tənbeh olaraq təyin olunmuş 200 saat ictimai işlər cəzasını yerinə yetirməkdən və elektron nəzarət vasitəsini gəzdirməkdən imtina edir. Bu barədə Siyəzən rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X4tərəfindən 07 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X4 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 3(059)-127/2021 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinmiş və ona 200 saat ictimai iş inzibati tənbehi tətbiq edilmişdir. Siyəzən rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş icra sənədi üzrə icraata başlanmış və borcluya tələbin icrası haqqında bildiriş və qərar göndərilmiş, lakin, Şəxs səhhətində problem olduğunu, yüngül işlərdə işləyə biləcəyini qeyd etməklə, qərarın icrasından məqsədli şəkildə boyun qaçırmışdır. Odur ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsinə əsasən inzibati protokol tərtib etməklə, müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 529.4-cü maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərdi ki, Siyəzən Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinmiş və ona 200 saat ictimai iş inzibati tənbehi tətbiq edilmişdir. Lakin, o, ictimai işlərdə işləməkdən imtina etməklə, yanaşı işləmək, habelə elektron nəzarət vasitəsini gəzdirmək istəmir. Belə ki, o, səhhəti ilə əlaqədar ağır işlərdə işləmək istəmir. Odur ki, qeyd olunanların nəzərə alınmaqla barəsində qanunamüvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İşdə olan sənədlərin surətlərindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 3(059)-127/2021 saylı qərarı qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün 20 avqust 2021-ci il tarixdə Siyəzən rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında həmin tarixdə qərar qəbul edilmiş və elə həmin tarixdə də bu barədə Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlandıqdan sonra qeyd edilən bildiriş sonuncu tərəfindən 26 avqust 2021-ci il tarixdə şəxsən imzalanmaqla götürülməsinə baxmayaraq, o, təhkim edildiyi iş yeri üzrə üzrsüz səbəbdən 2 dəfədən çox işə çıxmamaqla, habelə elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etməklə, ictimai işlər inzibati tənbehini icra etməkdən boyun qaçırmışdır. Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 529-cu maddəsinin “Qeyd” hissəsinə əsasən Bu Məcəllənin 529.4cü maddəsində “inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq” dedikdə, üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmamaq; elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etmək, onu zədələmək və ya digər üsulla yararsız vəziyyətə salmaq, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməmək başa düşülür. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən əməyə, ictimai işə mənfi münasibətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alaraq, onun İXM-nin 529.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4-cü və 110-115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 30 (otuz) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbs etmənin əvvəli 07 oktyabr 2021-ci il tarixdən saat 16.00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-146/2021
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-146/2021
07.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver