Məhkəmə qərarları › İş №3(059)-147/2020

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-147/2020

26.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-147/2020 26.08.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş şəxs X1, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X2 iştirakları ilə xx xxxxxx 1993-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci, 206-cı və 211.2-ci maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsŞəxs xx xxxxxx 2020-ci il tarixdə saat 14:00 radələrində aralarında yaranmış mübahisə zamanı Siyəzən rayonu, Xətai küçəsində faktiki olaraq nikah münasibətlərində olduğu X3 qarşı zorakı hərəkət etməklə, sonuncuya qəsdən fiziki ağrı yetirmişdir. Bundan başqa, o, xx xxxxxx 2020-ci il tarixdə, saat 21:35 radələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri” barədə xx xxx 2020-ci il tarixli, 189 nömrəli qərarının tələbini pozaraq tibbi maskadan istifadə etməyərək, Siyəzən şəhərindəki marketə daxil olmuşdur. Bundan əlavə, o, xx xxxxxx 2020-ci il tarixdə saat 00:10 radələrində sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədilə aparıldığı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserində onun müayinəsi zamanı sidiyində narkotik vasitə olan marixuanadan istifadə etməsi aşkar edilmişdir. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X5 tərəfindən xx xxxxxx 2020ci il tarixli, MN seriyalı 0724011, ******* və MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(059)-147/2020 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-147/2020 saylı, 3(059)- 148/2020 saylı və 3(059)-149/2020 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-147/2020 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin polis sahə rəisi X5 tərtib etdiyi protokolların məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən tərtib edilmiş raportlar, eləcə də cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərar icraatına daxil olmuş və həmin raportlarla, habelə qərarla əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərəfindən materiallar toplanmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməllərində İXM-nin 157-ci, 206-cı və 211.2-ci maddələrinin tərkibi olduğundan protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı və 211.2-ci maddələri ilə təqsirli bilsə də, 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, X6 ilə 2013-cü ildə faktiki nikah münasibətlərinə daxil olmuş və bu münasibətlərdən onların bir uşaqları doğulmuşdur. Ruxsara Məmmədova ilə birgə yaşadıqları müddətdə onlar arasında bir neçə dəfə ailə münaqişəsi olmuş, Ruxsara hər dəfə ata evinə getsə də, onu gedib gətirmişdir. Bundan əlavə qeyd edir ki, o, Ruxsara ilə 3 aya yaxın olar, bir evdə yaşamır. xx xxxxxx 2020-ci il tarixdə, günorta saat 14:00 radələrində o, evinin qarşısında olan zaman Ruxsaranin küçələri ilə hərəkətdə olduğunu görüb dərhal sonuncuya yaxınlaşmış və ondan hara getdiyini soruşduqda, Ruxsara ona Sürmə xalasıgilə getdiyini bildirmişdir. O, Ruxsarayə qeyd olunan ünvana getməsinə icazə vermədiyini bildirib, geri qayıtmasını tələb etsə də, Ruxsara ona israrla geri qayıtmayacağını bildirdiyi üçün onların arasında söz mübahisəsi yaranmışdır. Bir qədər keçdikdən sonra Ruxsara arxadan atası İslamın gəldiyini görüb geri evə qayıtmışdır. O, xx xxxxxx 2020-ci il tarixdə Ruxsaranin Sürmə xalasıgilə getməsinə əngəl olan zaman onu vurmamışdır. Belə ki, bu Ruxsaranin ondan küsülü olduğu üçün ona qarşı atdığı şərdən başqa bir şey deyildir. Bu səbəbdən də o, barəsində İXMnin 157-ci maddəsi ilə tərtib edilmiş protokolu əsassız hesab edir, habelə özünü təqsirli bilmir. Bundan əlavə, o, xx xxxxxx 2020-ci il tarixdə saat 19:00 radələrində Siyəzən rayonu, Böyük Həmyə kəndində işləyib, evə gələn zaman körpünün üstündən keçərkən yolun sağ tərəfində yerdə 1 ədəd bükülü görmüş, onun içərisinə baxdığında orada olan maddənin qurudulmuş marixuananın olduğunu başa düşmüşdür. Bundan sonra, o, bükülünü üzərində daşıyaraq, yaşadığı ev gəlib, orada, həyətdə həmin narkotik maddəni istifadə etmişdir. Daha sonra, o, həmin gün axşam saat 21:35 radələrində evə ərzaq almaq məqsədilə yaxınlıqdakı marketə getmiş, ora tibbi maskadan istifadə etməyərək daxil olmuş, bu zaman ona yaxınlaşan Siyəzən RPŞ-nin əməkdaşları ona bunu irad tutaraq, barəsində inzibati tədbir görülməsi üçün onu RPŞ-yə gətirmişlər. O, Siyəzən RPŞ-də olarkən özünü şübhəli apardığı üçün sərxoş olubolmamasının müəyyənləşdirilməsi məqsədilə onu Sumqayıt şəhər Narkoloji Dispanserinə aparmışlar. Burada onun içkili olmadığı müəyyən edilsə də, sidiyindən götürülmüş analizdən narkotik vasitə olan marixuanadan istifadə etməsi aşkar edilmişdir. Odur ki, onun barəsində İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etsə də, İXM-nin 206-cı və 211.2-ci maddələri ilə törətmiş olduğu əməlindən səmimi peşmançılıq çəkməsinin nəzərə alınmasını və onun barəsində daha yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 izahatında göstərdi ki, o, Şəxs ilə 2013-cü ildə faktiki nikah münasibətlərinə daxil olmuş və bu münasibətlərdən onların bir uşaqları doğulmuşdur. Şəxslə birgə yaşadıqları müddətdə onlar arasında bir neçə dəfə ailə münaqişəsi olmuş, sonuncu onu təhqir edib, döymüş, o isə hər dəfə ata evinə getsə də, Rəşadla barışdıqdan sonra yaşadıqları ünvana geri qayıtmışdır. Rəşadla aralarında mütəmadi olaraq mübahisə və münaqişələri baş verdiyi üçün o, dəfələrlə Rəşad barəsində Siyəzən RPŞyə şikayətlər etmiş, bu səbəbdən də, ailələri münaqişəli ailə kimi qeydiyyata alınmışdır. Münasibətlərlərinin normal olmaması səbəbindən o, təxminən 3 ay bundan qabaq gəlin köçdüyü evdən çıxaraq ata evinə qayıtmış və hazırda da orada azyaşlı oğlu ilə bərabər Rəşaddan ayrı yaşayır. xx xxxxxx 2020-ci il tarixdə, günorta təxminən saat 14:00 radələrində o, yaşadığı ünvandan çıxaraq yaxınlıqda yaşayan bibisigilə qonaq gedən zaman evlərinin yaxınlığında Rəşad onu görüb, yaxınlaşmış və ondan hara getdiyini soruşmuş, o, isə cavabında bibisigilə getdiyini bildirmişdir. Bu zaman Rəşad ona icazə almadan evdən çıxmasına iradını bildirmiş, onu söyüb təhqir etməyə başlamışdır. Aralarında yaranmış mübahisə zamanı o, Rəşada heç kim olduğunu dediyi üçün sonuncu daha da əsəbləşərək sağ əli ilə onun başının arxa hissəsinə yumruqla vurmuş, bu səbəbdən də, o, müvazinətini itirib yerə yıxılmışdır. Bu vaxt Rəşad onun qolundan tutaraq yerdən qaldırdıqdan sonra o, ani şəkildə sonuncudan aralanaraq evləri tərəfə qaçmağa başlamış və ünvanlarına çatdıqdan sonra dərhal 102 xidmətinə zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermişdir. Belə ki, Rəşad əvvəllər də bir neçə dəfə onu döymüş, ona rahat yaşamağa imkan verməmişdir. Bundan başqa, baş vermiş hadisə qısa zaman kəsiyini əhatə etmiş və ətrafda kənar şəxslər olmamışdır. O, hazırda Şəxs şikayətçidir və onun barəsində daha sərt inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx xxxxxx 2020ci il tarixli, A/600 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyindən onun narkotik vasitə marixuanadan istifadə etməsi aşkar edilmişdir. İşdə olan Siyəzən rayon Polis Şöbəsinin təhqiqat qrupunun təhqiqatçısı Namiq İmanov tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərara əsasən məlum olur ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Siyəzən RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 xx xxxxxx 2020-ci il tarixli, 135 nömrəli rəyinə əsasən X1 bədəni üzərində başın ənsə nahiyəsinin yumşaq toxumalarının əziyi aşkar olunmuşdur. Həmin xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti bir günə qədər olub müayinə olunanın göstərdiyi xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir, yıxılmaya və öz-özünə yetirilən xəsarətlər üçün xarakterik deyil və sağlamlığa zərər vurmayan xəsarət olduğuna görə dərəcəsi təyin edilmir. İşdə olan zərərçəkmiş şəxs X6 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, o, Şəxs şikayətçidir və sonuncunu barəsində daha ciddi inzibati tənbeh tədbiri görülməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 157-ci maddəsi ilə özünü təqsirli bilməməsinə dair izahatına tənqidi yanaşaraq hesab edir ki, onun bu əmələ, yəni İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə münasibətdə təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə bu əməllə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, işdə olan sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 14:00 radələrində aralarında yaranmış mübahisə zamanı Siyəzən rayonu, Xətai küçəsində faktiki olaraq nikah münasibətlərində olduğu X3 qarşı zorakı hərəkət etməklə, sonuncuya qəsdən fiziki ağrı yetirmiş, bundan başqa, o, xx xxxxxx 2020-ci il tarixdə, saat 21:35 radələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri” barədə xx xxx 2020-ci il tarixli, 189 nömrəli qərarının tələbini pozaraq tibbi maskadan istifadə etməyərək, Siyəzən şəhərindəki marketə daxil olmuşdur. Bundan əlavə, o, xx xxxxxx 2020-ci il tarixdə saat 00:10 radələrində sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədilə aparıldığı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserində onun müayinəsi zamanı sidiyində narkotik vasitə olan marixuanadan istifadə etməsi aşkar edilmişdir. Beləliklə, inzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 157-ci, 206-cı və 211.2-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati məsuliyyətə səbəb olan əməldir. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Bu Məcəllənin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmaması inzibati məsuliyyətə səbəb olan əməldir. Yenə bu Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206– 208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 351-1, 353.5, 361, 363, 363-1, 363-2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İXM-nin yuxarıda qeyd edilən maddələrinin tələblərindən də göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinə aiddir. Belə olan halda, İXM-nin 211.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Odur ki, Şəxs İXM-nin 157-ci və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini, o cümlədən qısa müddət əvvəl də idarəçilik qaydaları əleyhinə olan inzibati xətalar törətməklə barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsinə baxmayaraq, öz təqsirli, hüquqazidd əməllərini davam etdirməsini, bununla da, tərbiyələnmək niyyətinin olmamasını, həmçinin əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona İXM-nin 157-ci və 206-cı maddələrinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 birindən az olmamaqla, təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda, qeyd edirəm ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 21:35 radələrindən faktiki saxlanılması və bundan sonra, xx xxxxxx 2020-ci il tarixdə saat 01:10-dan inzibati qaydada tutulması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. İXM-nin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 40, 43, 48-51, 110, 114-117, 128-130cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 206-cı maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 20 (iyirmi) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 21.35-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Siyəzən RPŞ-yə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar