Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-147/2022 02.09.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən X6, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X4 iştirakları ilə xx xxxxxx 1988-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, şəhərin 20 Yanvar küçəsindəki 1 saylı evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510cu maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Şəxs 03 avqust 2022-ci il tarixdə, saat 11:35 radələrində Siyəzən şəhərinin Heydər Əliyev prospektində X2 ucadan nalayiq söyüşlərlə söyməklə, təhqir etmiş, ictimai qaydanı pozmuşdur. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X7 tərəfindən 02 sentyabr 2022-ci il tarixdə, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin polis sahə rəisi X7 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Şəxs avtomobillərin təmiri ilə məşğul olur, habelə X3 məxsus avtomobili 40 manat məbləğində pulun müqabilində təmir etmişdir. Bundan sonra, Xanəhməd Rzayev avtombilinin təmir olunmadığını bildirmiş, habelə avtomobilinə yeni detal almaq üçün Şəxs ilə birlikdə Siyəzən şəhəri, H. Əliyev prospektində yerləşən Əsgər adlı şəxsin ehtiyat hissələri olan mağazasına gəlmişlər. Lakin, lazım olan detal həmin mağazada olmadığından, X10 Heydərovdan pulunu tələb etmiş, sonuncu həmin pulun zəhmət haqqısı olduğunu bildirdik də isə, aralarında sözlə mübahisə yaranmağa başlamış və bir-birilərini nalayiq ifadələrlə təhqir etməyə başlamışlar. Bununla da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 510-cu maddəsi ilə təqsirli bilərək izahatında bildirdi ki, o, avtomobillərin təmiri ilə məşğul olur, habelə zərərçəkmiş şəxs X3 məxsus avtomobili 40 manat məbləğində pulun müqabilində təmir etmiş, bundan sonra isə sonuncuya avtomobilində yararsız detal olduğunu, həmin detalı dəyişdirilmədiyi təqdirdə avtomobilinin yenidən təmirə ehtiyacı olacağını bildirmişdir. Onlar Siyəzən şəhəri, H. Əliyev prospektində yerləşən Əsgər adlı şəxsin ehtiyat hissələri olan mağazasına gəlmişlər, orada Xanəhməd Rzayev detalın qiymətini bildikdən sonra, ondan pulunu tələb etmiş, sonuncuya həmin pulun zəhmət haqqısı olduğunu bildirdik də isə, aralarına sözlü mübahisə yaranmağa başlamış və bir-birirlərini nalayiq ifadələrlə təhqir etmişlər. Hazırda zərərçəkmiş şəxlə barışmışdır, odur ki, bütün bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında göstərdi ki, o, idarəçiliyində olan avtomobilini təmir etdirmək üçün Şəxs işlədiyi sexə aparmış, habelə sonuncuya zəhmət haqqısının müqabilində 40 manat məbləğində pul vermişdir. Bunan sonra, onlar avtomobilə yeni detal almaq üçün Siyəzən şəhəri, H. Əliyev prospektində yerləşən Əsgər adlı şəxsin ehtiyat hissələri olan mağazasına gəlmişlər, orada həmin detal olmadığından, o, Şəxs pulunu geri istəmiş və avtomobilini digər ustaya düzəltdirəcəyini bildirmişdir. Şəxs həmin pulun zəhmət haqqısı olduğunu bildirdikdən sonra, aralarında sözlü mübahisə yaranmağa başlamış və bir-birirlərini nalayiq ifadələrlə təhqir etmişlər. Hazırda Şəxsla barışmışdır, ondan şikayətçi deyildir. İşdə olan sənədlərdən görünür ki, Şəxs 03 avqust 2022-ci il tarixdə, saat 11:35 radələrində Siyəzən şəhərinin Heydər Əliyev prospektində X2 ucadan nalayiq söyüşlərlə söyməklə, təhqir etmiş, ictimai qaydanı pozmuşdur. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. Odur ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, eləcə də, əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsi, gəncliyi, zərərçəkmiş şəxslə barışması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məsuliyyəti ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halların olmasını, eləcə də inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun törətdiyi xəta əməlində bilavasitə ümumilikdə cəmiyyətin mənəvi-əxlaqi, ictimai dəyərlərinə, o cümlədən heysiyyətinə toxunulduğunu, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, onun İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 50 (əlli) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(059)-147/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-147/2022
02.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver