Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-151/2021 24.11.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi Qasımov Kənan Güloğlan oğlunun katibliyi ilə Şəxs nəqliyyat vasitələrini idarəetmə hüququnun məhdudlaşdırılması barədə inzibati xəta haqqında qərara xitam verilməsinə dair ərizəsinə Siyəzən Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdim: Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi üçün Siyəzən Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Siyəzən Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qərarı ilə sürücülük hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmış, həmin qərarın qəbul edilməsinə əsas olmuş cəriməni ödəmişdir. Odur ki, bərəsində olan inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. Ərizəyə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Şəxs və Siyəzən rayon Polis Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə, inzibati xəta haqqında işlər üzrə icraatın iştirakçılarının iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 15 noyabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, Şəxs EQ ******* saylı qərar üzrə inzibati cəriməni ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Məhkəmə Şəxs ona təyin olunmuş cəriməni ödəməsini nəzərə alaraq hesab edir ki, Şəxs nəqliyyat vasitələrini idarəetmə hüququnun 06 ay müddətinə məhdudlaşdırılması barədə Siyəzən Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 3(059)-151/2021 saylı inzibati tənbeh tətbiq etmək haqqında qərarına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq qərara aldım: Ərizə təmin edilsin. Şəxs nəqliyyat vasitələrini idarəetmə hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılması barədə Siyəzən Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 3(059)-151/2021 saylı inzibati tənbeh tətbiq etmək haqqında qərarına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-151/2021
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-151/2021
24.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver