Məhkəmə qərarları › İş №3(059)-152/2020

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-152/2020

28.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-152/2020 28.08.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxxx 1985-ci ildə X4 vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 19:25 radələrində yaşadığı ünvan 2 ünvanında və onun qarşısındakı küçədə ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq hadisə yerindən qaçmağa cəhd göstərmişdir. Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X8 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, təxminən bir ay bundan əvvəl, tanışı X5 175 manat borc pul vermiş, lakin, sonuncu ona olan borcunu qaytarmamışdır. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 17:30 radələrində Elçinlə Siyəzən şəhəri, Rəsulzadə küçəsində rastlaşmış, sonuncudan ona olan borcunu qaytarmasını tələb etdikdə, Elçin özünə məxsus, qiyməti təxminən 30 manat olan “Nokia” markalı mobil telefonunu pul əvəzi ona vermişdir. Evə gəldikdən təxminən 1 saat sonra polis əməkdaşları onun yaşadığı ünvan 2 ünvanına gəlmişlər. Bu zaman o, Elçinin ondan şikayət ərizəsi verməsi barədə məlumatlı olmuşdur. Polis əməkdaşları ondan Siyəzən RPŞ-yə getməsini tələb etdikdə, o, polis əməkdaşlarına ona yaxınlaşmamalarını, əks təqdirdə evdən əlində götürdüyü çəngəl ilə özünə xəsarət yetirəcəyini bildirmiş, lakin, polis əməkdaşlarının ünvanına və ya ünvansız heç bir nalayiq ifadələr işlətməmişdir. O, polis əməkdaşlarına “siz gedin mən özüm gələrəm” deyə bildirmiş, sonuncular onu şöbəyə getməsinin zəruri olduğunu bildirərək nizamintizama dəvət etsələr də, əsəbi olduğundan yenidən onların qanuni tələbinə məhəl qoymamış, nəticədə polis əməkdaşlarından ikisi ona yaxınlaşaraq çəngəli əlindən almış və onu Siyəzən RPŞ-yə gətirmişlər. Hazırda, törətmiş olduğu əməli məqsədyönlü şəkildə etməməsinin və əməlindən səmimi peşmançılıq çəkməsinin nəzərə alınmasını, bununla da, barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid, Siyəzən rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili X9 izahatında göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 19:25 radələrində Siyəzən şəhər sakini X3 şikayəti əsasında ünvan 1 ünvanında yaşayan Şəxs yaşadığı evə getmişlər. Bu zaman Şəxs şikayət əsasında gəldiklərini və onlarla şöbəyə getməli olduğunu bildirdikdə, Mehdi heç yerə getməyəcəyini, sonuncu ona yaxınlaşacaqları təqdirdə əlində olan çəngəl ilə özünə xəsarət yetirəcəyini bildirmişdir. Onlar Şəxs nizam-intizama dəvət edərək profilaktik söhbətlər aparsalar da, sonuncu onların qanuni tələblərinə məhəl qoymamış, polisin ünvanına sözlə ifadə edilməyəcək nalayiq ifadələr işlətmiş və nəticədə tabesizlik göstərmişdir. Belə olan halda, onlar Şəxslə fikir dağıdıcı söhbətlər edərkən məsafə baxımından sonuncuya yaxın olan digər polis əməkdaşları İkraməddin Tağıyev və Teyyub Əbdürrəhmanov cəld Mehdinin əlindən çəngəli alaraq onu saxlamış, hətta bu zaman da, Mehdi onların ünvanına nalayiq ifadələr işlətməklə polis əməkdaşlarının əlindən çıxaraq qaçmağa cəhd göstərmişdir. Bütün bunlara baxmayaraq, həmin gün saat 19:40 radələrində Şəxs tərəflərindən saxlanılaraq Siyəzən RPŞ-yə gətirilib növbətçi hissəyə təhvil verilmişdir. Məhkəmə iclasında iştirak edən digər şahidlər Siyəzən RPŞ-nin MP-nin operatoru X6 və RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X1 şahid Cavad Hümbətovun izahatına uyğun, eyni məzmunlu izahat verərək sonuncunun izahatını bir daha təsdiqləmişlər. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X7 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 19:25 radələrində yaşadığı ünvan 2 ünvanında və onun qarşısındakı küçədə ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq hadisə yerindən qaçmağa cəhd göstərmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Odur ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Eyni zamanda, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməməsi ilə bağlı izahatına tənqidi yanaşaraq hesab edir ki, onun bu şəkildə izahat verməsi özünü müdafiə xarakteri daşımaqla, şəxsiyyətinin qeyri-səmimiliyinə dəlalət edir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini, əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini, o cümlədən polisin qanuni tələbinə qəsdən tabe olmayaraq qaçmağa cəhd göstərməsini və bu cür qanunsuz hərəkətlərini davam etdirməsini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, nəzərə alaraq, ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Eyni zamanda qeyd edirəm ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 19.40 radələrindən faktiki saxlanılması və bundan sonra həmin tarixdə saat 20:00-dan inzibati qaydada tutulması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4, 40, 43, 48-51, 110, 114-117, 128-130-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 25 (iyirmi beş) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 19.40-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar