Məhkəmə qərarları › İş №3(059)-153/2020

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-153/2020

31.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-153/2020 31.08.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X1 iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Siyəzən Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 12:00 radələrində yaşadığı Siyəzən şəhəri, Nizami küçəsində anası X2 şikayəti əsasında saxlanılaraq Siyəzən RPŞ-yə gətirilmiş, orada növbətçi hissədə keçirilən şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, müayinəsi zamanı sidiyində narkotik vasitə olan heroindən (kokosdan) istifadə etməsi aşkar edilmişdir. Bu əməli ilə o, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 12:00 radələrində yaşadığı Siyəzən şəhəri, Nizami küçəsində anası X2 şikayəti əsasında saxlanılaraq Siyəzən RPŞ-yə gətirilmiş, orada növbətçi hissədə keçirilən şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, müayinəsi zamanı sidiyində narkotik vasitə olan heroindən (kokosdan) istifadə etməsi aşkar edildiyini bildirdi. Odur ki, Şəxs barəsində inzibati qaydada müvafiq inzibati tənbeh tədbirinin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati protokol tərtib etməklə məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, təxminən 5 il olar, narkotik vasitə olan heroindən istifadə edir. Belə ki, sonuncu dəfə saxlanılmamışdan 7 gün əvvəl, yəni xx xxxxxx 2020-ci il tarixdə səhər saat 10 radələrində yaşadığı küçə ilə hərəkətdə olarkən yerdən qızılı bükülüdə tapdığı narkotik vasitə heroini şəxsi istifadəsi məqsədilə götürmüş və həmin narkotik vasitəni yaşadığı evdə elə həmin gün ineksiya yolu ilə qəbul etmişdir. xx xxxxxx 2020-ci il tarixdə narkotik vasitə almaq məqsədilə anası Gülsüm Həşimovadan pul istəmiş, sonuncu ona pul verməmiş, bu hal onu əsəbləşdirdiyindən anasını söyərək sonuncuya qarşı nalayiq ifadələr işlətmişdir. Anası da öz növbəsində oğlunun etdiyi nalayiq hərəkətdən hiddətlənərək baş vermiş xoşagəlməz hadisə ilə bağlı polis orqanına yazılı müraciət etmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 12:00 radələrində yaşadığı Siyəzən şəhəri, Nizami küçəsində olarkən Siyəzən RPŞ-nin əməkdaşları gəlmiş və anasının onun barəsində etdiyi şikayətin araşdırılması zəruriliyini, eləcə də üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirməklə, onu şəxsi axtarış aparılmasından ötrü Siyəzən RPŞ-yə aparmışlar. Siyəzən RPŞ-nin növbətçi hissəsində üzərində şəxsi axtarış keçirilmiş, bu zaman onun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra, onun sidiyindən analiz götürülmüş və həqiqətən də, narkotik vasitə, o cümlədən heroindən (kokosdan) istifadə etməsi öz təsdiqini tapmışdır. Qeyd olunanların, eləcə də əməlindən səmimi peşmançılıq çəkməsinin nəzərə alınaraq barəsində daha yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 12:00 radələrində yaşadığı Siyəzən şəhəri, Nizami küçəsində anası X2 şikayəti əsasında saxlanılaraq Siyəzən RPŞ-yə gətirilmiş, orada növbətçi hissədə keçirilən şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, müayinəsi zamanı sidiyində narkotik vasitə olan heroindən (kokosdan) istifadə etməsi aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Rayonlararası Narkoloji Dispanserinin Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx xxxxxx 2020-ci il tarixli, A/607 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyindən onun narkotik vasitə olan heroindən (kokosdan) istifadə etməsi aşkar edilmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, eləcə də, gənc olmaqla, əməlindən səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən əməlindən səmimi peşmançılıq çəkməsini, eləcə də, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 300 (üç yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar