Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-154/2020 31.08.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Allahverdiyev Oktay Səfərbəy oğlunun iştirakları ilə xx xxxx 1967-ci ildə, keçmiş Dəvəçi rayonu, Tağay kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən rayonu, Tağay kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Allahverdiyev Oktay Səfərbəy oğlu icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(059)-298/2016 saylı və xx xxxxxx 2020-ci il tarixli, 2(059)- 78/2020 saylı icra vərəqələrinə əsasən cəmi 5757 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməkdən yayınır. Bu barədə Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Allahverdiyev Oktay Səfərbəy oğlu tərəfindən xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Allahverdiyev Oktay Səfərbəy oğlu tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(059)-298/2016 saylı və xx xxxxxx 2020-ci il tarixli, 2(059)-78/2020 saylı icra vərəqələri rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra müvafiq qərarlarla icraata başlanılmış, borcluya icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, yuxarıda qeyd olunan icra sənədləri ümumiyyətlə, üzrsüz səbəbdən icra edilməmiş, habelə borclu aliment borcunu ödəməkdən yayınmışdır. Hazırkı vaxta sözügedən icra sənədləri üzrə Şəxs cəmi 5757 manat məbləğində aliment borcu vardır və hazırda sonuncu həmin borcu ödəməkdən imtina edir. Bundan başqa, qeyd edilən icra sənədləri xx xxxx 2020-ci il tarixli qərarla bir icraatda birləşdirilmişdir. Həmçinin, Şəxs borcunun ödənilməsi istiqamətində hər hansı bir əməli tədbir görmədən, uzun müddət icradan yayındığından barəsində axtarış elan edilmiş, habelə, sonuncu xx xxxxxx 2020-ci il tarixdə, saat 09:10-da karantin qaydalarını pozduğu üçün Bakı şəhəri Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saxlanılmış, habelə axtarışda olduğundan Siyəzən RPŞ-yə, oradan isə bu gün təxminən saat 15:00 radələrində rayon icra və probasiya şöbəsinə təhvil verilmişdir. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik borclu tərəfindən lazımınca icra olunmadığına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli və xx xxxxxx 2020-ci il tarixli icra vərəqələri üzrə olancəmi 5757 manat məbləğində aliment borcunu ödəməmişdir. Belə ki, o, Abşeron rayonu ərazisində daş karxanasında fəhlə işləməklə, hər ay 400-500 manat gəlir əldə etməsinə baxmayaraq, tələbkara ödəniş etmək fikrində deyildir. Çünki, aliment ödənişlərini uşağı hər şeyi dərk edəndə icra etmək niyyətindədir. Yəni, imkanı olsa belə, tələbkara hər hansı bir məbləğdə pulu qəti şəkildə ödəməyəcəkdir. Bundan əlavə, o, xx xxxxxx 2020-ci il tarixdə, saat 09:10-da karantin qaydalarını pozduğu üçün Bakı şəhəri ərazisində Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saxlanılmış, habelə axtarışda olduğundan Siyəzən RPŞ-yə, oradan isə bu gün təxminən saat 15:00 radələrində saxlanılaraq rayon icra və probasiya şöbəsinə təhvil verilmiş, o cümlədən buraxılmamışdır. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, borclu Şəxs Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli və xx xxxxxx 2020-ci il tarixli icra vərəqələri üzrə mövcud olan 5757 manat aliment borcunu ödəməkdən qəsdən yayınmış və həmin icra sənədləri üzrə ümumiyyətlə, heç bir ödəniş etməmişdir. Belə ki, Şəxs yetkinlik yaşına çatmayan uşağına görə dəfələrlə mövcud olan borcunu tələb etsə də, sonuncu müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmaqla uzun müddət olar məhkəmə qərarını icra etmir. Ona görə də Şəxs şikayətçi olmaqla, barəsində inzibati həbs növündə tənbeh tədbiri görülməsini xahiş edir. İşdə olan sənədlərin surətlərindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(059)-298/2016 saylı və xx xxxxxx 2020-ci il tarixli, 2(059)- 78/2020 saylı icra sənədləri icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və bu barədə borclu Şəxs tələblərin könüllü icrası haqqında bildirişlər ünvanlanmışdır. Qeyd edilən icra sənədləri xx xxxx 2020-ci il tarixli qərarla bir icraatda birləşdirilmişdir. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, o, Şəxs şikayətçi olmaqla, barəsində inzibati həbs növündə tənbeh tədbiri görülməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmişin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən onun xx xxx 2019-cu il tarixdən axtarışdaolmasını, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 birindən az olmamaqla, təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 09.10 radələrindən faktiki saxlanılması və bundan sonra sərbəst buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110- 115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 15 (on beş) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 09:10-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-154/2020
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-154/2020
31.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver