Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-155/2022 20.09.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X1 iştirakları ilə xx xxxxxx 1990-cı il tarixdə keçmiş Dəvəçi rayonu, Dağquşçu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən rayonu, Dağquşçu kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 232-1 və 510-cu maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Şəxs, sərxoş vəziyyətdə 31 avqust 2022-ci tarixdə, saat 14:00 radələrində Siyəzən rayonunun Dağ Quşçu kəndində Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında saxladığı “Mercedes 601 mikroavtobus” markalı, ** OK *** dövlət qeydiyyat nişanlı avtomaşının sol qapısını, eləcə də sol güzgünün şüşəsini daşla və təpiklə sındırmaqla, zərərçəkmiş şəxsə 150 manat məbləğində ziyan vurmuş, habelə həmin məqamda orada, eləcə də küçədə ictimai qaydanı pozub, sonuncunun ünvanına nalayiq ifadələr işlətmişdir. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən 20 sentyabr 2022-ci il tarixli, MN seriyalı ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 3(059)-155/2022 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-155/2022 saylı və 3(059)- 156/2022 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-155/2022 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin polis sahə rəisi X2 tərtib etdiyi protokolların məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Şəxs, sərxoş vəziyyətdə 31 avqust 2022-ci tarixdə, saat 14:00 radələrində Siyəzən rayonunun Dağ Quşçu kəndində Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında saxladığı “Mercedes 601 mikroavtobus” markalı, ** OK *** dövlət qeydiyyat nişanlı avtomaşının sol qapısını, eləcə də sol güzgünün şüşəsini daşla və təpiklə sındırmış, habelə həmin məqamda orada, eləcə də küçədə ictimai qaydanı pozub, zərərçəkmiş şəxsin ünvanına nalayiq ifadələr işlətmişdir. Eyni zamanda, Şəxs 20 sentyabr 2022-ci il tarixdə, saat 12:58-də inzibati qaydada tutmadan azad edilsə də, sonuncu məhkəmə iclasına gətirilənə kimi polis nəzarətində saxlanılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 232-1 və 510-cu maddələri ilə təqsirli bilərək izahatında bildirdi ki, o, 31 avqust 2022-ci tarixdə, günorta saatlarında Siyəzən şəhərində spirtli içki olan araq içmiş, habelə takis ilə sərxoş vəziyətdə yaşadığı Siyəzən rayonunun Dağ Quşçu kəndinə getmiş və orada sərxoş olduğundan qohumu və qonşusu Zərərçəkmiş şəxs evinin darvazasının qarşısındakı sonuncuya aid sarı rəngli, “Mercedes 601 mikroavtobus” markalı, ** OK *** dövlət qeydiyyat nişanlı avtomaşını yumruq və təpiklə vuraraq, avtomobilin sol qapısını, eləcə də sol güzgünün şüşəsini sındırmış, bununla da zərərçəkmiş şəxsə 150 manat zərər vurmuşdur. Eyni zamanda, baş vermiş səs-küyə Zərərçəkmiş şəxs yaşadığı ünvanın qarşısına çıxmış, bu zaman sonuncunu nalayiq ifadələrlə təhqir etmişdir. Bundan əlavə, hadisə yerinə gəlmiş anası Fəridə Kərimova onu evlərinə aparmışdır. Hazırda dəymiş zərəri ödəməsə də, gələcəkdə aradan qaldırmılmasını vəd edir. Odur ki, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun dayısı nəvəsidir. 31 avqust 2022-ci tarixdə, saat 14:00 radələrində Siyəzən rayonunun Dağ Quşçu kəndindəki evinə gəlmiş, habelə idarəçiliyində olan “Mercedes 601 mikroavtobus” markalı, ** OK *** dövlət qeydiyyat nişanlı avtomaşını evin qarşında saxlamışdır. Həmin vaxt evdə olarkən məhəllədən səs-küy gəldiyini eşitmiş, o cümlədən Şəxs anası Fəridə avtomaşınının parçalandığını bildirərək onu səsləmişdir. Bununla əlaqədar o, evdən bayıra çıxanda Hikmətin ona aid avtomaşına daşla və təpiklə zərbə vurduğunu görmüş, bunun səbəbini soruşduqda isə Hikmət onu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. O, Hikmətdən bir daha bu hərəkətlərinin səbəbini soruşmuş, sonuncu isə içkili olduğunu bildirmişdir. Hikmət avtomaşınının sol qapısını, eləcə də sol güzgünün şüşəsini sındırmış, dəymiş 150 manat zərəri ödəməmiş, barışıq olmamışdır. Hadisə baş verən gün o, Hikmətin, valideynləri ilə birgə onun yanına gəlib, barışıq üçün müraciət edəcəklərini düşünsə də, bu baş verməmiş, ona görə də növbəti gün polisə şikayət etmişdir. Şəxs yalnız barəsində polisdə araşdırma başladıqdan sonra ondan gəlib üzr istəmişdir. Hazırda, o, Şəxs şikayətçi olmaqla, sonuncunun barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Siyəzən rayon Polis Şöbəsinin təhqiqat qrupunun təhqiqatçısı Eldar Şükürov tərəfindən qəbul edilmiş 19 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Eyni zamanda, iş materiallarından görünür ki, Şəxs, sərxoş vəziyyətdə 31 avqust 2022-ci tarixdə, saat 14:00 radələrində Siyəzən rayonunun Dağ Quşçu kəndində Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında saxladığı “Mercedes 601 mikroavtobus” markalı, ** OK *** dövlət qeydiyyat nişanlı avtomaşının sol qapısını, eləcə də sol güzgünün şüşəsini daşla və təpiklə sındırmaqla, zərərçəkmiş şəxsə 150 manat məbləğində ziyan vurmuşdur. İşdə olan zərərçəkmiş şəxs tərəfindən 20 sentyabr 2022-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, o, Şəxs şikayətçi olmaqla, sonuncu barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Beləliklə, işdə olan sənədlərlə müəyyən olundu ki, Şəxs, sərxoş vəziyyətdə 31 avqust 2022-ci tarixdə, saat 14:00 radələrində Siyəzən rayonunun Dağ Quşçu kəndində Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında saxladığı “Mercedes 601 mikroavtobus” markalı, ** OK *** dövlət qeydiyyat nişanlı avtomaşının sol qapısını, eləcə də sol güzgünün şüşəsini daşla və təpiklə sındırmaqla, zərərçəkmiş şəxsə 150 manat məbləğində ziyan vurmuş, habelə həmin məqamda orada, eləcə də küçədə ictimai qaydanı pozub, sonuncunun ünvanına nalayiq ifadələr işlətmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 232-1 və 510-cu maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati məsuliyyət yaranır. Bu Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. Yenə bu Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, Şəxs İXM-nin 232-1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib ona daha ciddi xətaya görə inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İnzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Məsuliyyəti ağırlaşdıran və yüngülləşirən halların olmasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, eləcə də yaşadığı kənddə ictimai qaydanı pozaraq, özgənin əmlakını qəsdən az miqdarda zədələməsi, ötən müddət ərzində vurulmuş zərəri ödəməməsi, buna cəhd göstərməməsi, bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin əmlak vəziyyətini nəzərə alaraq, ona İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 birindən az olmamaqla, cəza təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 19 sentyabr 2022-ci il tarixdə, saat 20:25 radələrində inzibati qaydada tutulmuş, həmçinin 20 sentyabr 2022-ci il tarixdə, saat 12:58də azad edilsə də, məhkəməyə polisin nəzarəti altında gətirilməsi onun faktiki buraxılmamasına dəlalət edir ki, onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən bu hal nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 34.2, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 5 (beş) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli 19 sentyabr 2022-ci il tarixdən saat 20.25-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Zərərçəkmiş şəxs, Şəxs inzibati xətanı törətməsi nəticəsində ona dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-155/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-155/2022
20.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver