Məhkəmə qərarları › İş №3(059)-159/2020

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-159/2020

16.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-159/2020 16.09.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1990-cı il tarixdə keçmiş Dəvəçi rayonu, Çandahar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Siyəzən rayonu, Çandahar kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 272.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X9 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2020-ci il tarixdə, saat 10:00 radələrində Siyəzən rayonu Çandahar kəndi istiqamətində Xəzər dənizinin sahilinə gələrək bort nömrəsi AŞA 8207 olan 1 ədəd rezin qayıqdan istifadə etməklə dənizə girmiş, orada uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 50x50 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş, balıq ovunda istifadəsi qadağan edilmiş 1 ədəd toru suya səpərək sahilə qayıtmış və xx xxxxxx 2020-ci il saat 12:00-dək olan müddət ərzində vurduqları ziyanın məbləği ayrı-ayrılıqda hər biri 11 manat olmaqla ümumi dəyəri 154 manat təşkil edən 14 ədəd adi siyənək balıqları, biri 220 manat olmaqla ümumi dəyəri 220 manat təşkil edən 1 ədəd nərə və biri 33 manat olmaqla ümumi dəyəri 33 manat təşkil edən 1 ədəd kütüm balıqlarını xeyli miqdarda, yəni 407 manat məbləğində ziyan vurmaqla qanunsuz tutmuş, həmin gün qanunsuz tutduqları balıqları sahilə çıxararkən X9 İdarəsinin Sumqayıt xətt polis məntəqəsinin, habelə X5 və X2 Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb baxış keçirilən zaman onlardan bort nömrəsi AŞA 8207 olan 1 ədəd rezin qayıq, 2 ədəd taxta avar, uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 50x50 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş, balıq ovunda istifadəsi qadağan edilmiş 1 ədəd tor, habelə həmin balıqovlama vasitələri ilə Xəzər dənizindən qanunsuz tutduqları 14 ədəd adi siyənək, 1 ədəd kütüm və 1 ədəd nərə balıqları aşkar edilərək götürülmüşdür. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X9 İdarəsinin Sumqayıt XPM-nin rəisi Əliyev Azad Zöhrab oğlu tərəfindən xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilərək izahatında bildirdi ki, o, balıq tutmağa Siyəzən şəhərində yaşayan tanışı X3 ilə gedir. Belə ki, o, X3 ilə əvvəlcədən danışıb razılaşaraq xx xxxxxx 2020-ci il tarixdə saat 10:00 radələrində Bəysultan Muxtarova məxsus olan bort nömrəsi AŞA 8207 olan 1 ədəd rezin qayıq, 2 ədəd taxta avar, uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 50x50 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş 1 ədəd tordan ibarət balıqovlama vasitələrini götürərək Siyəzən rayonu, Çandahar kəndi istiqamətində Xəzər dənizinin sahilinə gəlmişlər. Orada bort nömrəsi AŞA 8207 olan 1 ədəd rezin qayıq və 2 ədəd taxta avarlardan istifadə edərək Xəzər dənizinə girərək sahildən xeyli aralanmış, və qayıqda olan uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 50x50 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş 1 ədəd toru suya səpərək yaşadıqları evlərə qayıtmışlar. xx xxxxxx 2020-ci il tarixdə saat 11:00 radələrində X3 ilə birlikdə səpdikləri torları yığmaq məqsədi ilə Siyəzən rayonu, Çandahar kəndi istiqamətində Xəzər dənizinin sahilinə gəlmişlər və yenidən bort nömrəsi 8207 olan 1 ədəd rezin qayıq, eləcə də 2 ədəd taxta avarlardan istifadə edərək Xəzər dənizinə girmişlər. Orada səpdikləri toru qayığa yığan zaman xeyli sayda balıqlar tutduqları məlum olmuşdur. Həmin gün saat 12:00 radələrində onlar qayıqla sahilə çıxmaq istəyərkən X9 idarəsinin əməkdaşları onları saxlamışlar. Bu zaman onlar polis əməkdaşlarına Xəzər dənizindən balıq tutmaq üçün rəsmi icazələrinin olmadığını bildirmişlər. Yoxlama zamanı həmin əməkdaşlar istifadə etdikləri bort nömrəsi AŞA 8207 olan 1 ədəd rezin qayıq, 2 ədəd taxta avar, uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 50x50 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş 1 ədəd tor, 14 ədəd adi siyənək, 1 ədəd kütüm və 1 ədəd nərə balıqlarını aşkar edib maddi sübut kimi götürmüşlər. Sorğu zamanı həmçinin izah etmişlər ki, maddi vəziyyətləri ağır olduğu üçün məcburiyyət qarşısında qalıb özlərinə qida əldə etməkdən ötrü həmin balıqları aşkar edilmiş balıqovlama vasitələri ilə Xəzər dənizindən qanunsuz tutmuşlar. Həmçinin qeyd edir ki, həmin vaxt onun balıq tutmağa rəsmi icazəsi olmamışdır. Lakin, başqa çıxış yolu olmadığına görə, özünə qazanc əldə etməkdən ötrü həmin əməli törətməyə məcbur olmuşdur. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X9 İdarəsinin Sumqayıt XPM-nin rəisi Əliyev Azad Zöhrab oğluna inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 10:00 radələrindən xx xxxxxx 2020-ci il saat 12:00-dək olan müddət ərzində ov qaydalarını kobud şəkildə pozmuş, o cümlədən lazımi icazə olmadan, qadağan edilmiş alətlərləXəzər dənizindən qanunsuz olaraq balıq ovlamış, bununla da, balıqların mühafizəsinə və ov qaydalarına əməl etməmişdir. Bundan əlavə, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxx 2020-ci il tarixli, 1(059)-36/2020 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, əməlin cinayət və cəzalanmalı olmasını aradan qaldıran yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar xitam verilməklə, o, cinayət məsuliyyətindən azad edilmiş, həmçinin, balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulması ilə bağlı Şəxs əməlinin inzibati məsuliyyətə səbəb olması məsələsinin araşdırılması üçün məhkəmənin yekun qərarının surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Həmçinin, qərardan görünür ki, iş üzrə maddi sübut olan və X9 idarəsinin Sumqayıt xətt polis məntəqəsinin rəisi X6 müvəqqəti saxlancına verilmiş, habelə xx xxxxxx 2020-ci il tarixdə X1 və Şəxs götürülmüş bort nömrəsi AŞA 8207 olan 1 ədəd rezin qayıq, 2 ədəd taxta avar, uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 50x50 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş 1 ədəd tordan ibarət balıqovlama vasitələri ilə, eləcə də iş üzrə maddi sübut kimi tanınmış və fiziki şəxs X4 təhvil verilmiş 14 ədəd adi siyənək, 1 ədəd kütüm və 1 ədəd nərə balıqları ilə bağlı məsələnin Şəxs barəsində aparılacaq inzibati xəta haqqında iş üzrə icraatın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunarkən həll olunması qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Eyni zamanda “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən ovçuluq fəaliyyəti bu Qanunda nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir. Ovçuluq fəaliyyəti ödənişlidir. Bu fəaliyyət ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilir. Həmin Qanunun 14-cü maddəsinə əsasən ov etmək üçün icazə ovçuluq fəaliyyətinin həyata keçirilməsinə icazə verən hüquqi sənəddir və ov obyektlərinin hər növünə ayrıca verilir. İcazə ov mövsümündə həvəskar və idman ovunu həyata keçirmək üçün fiziki və hüquqi şəxslərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilir. İcazədə ov obyektinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun vaxtı, icazənin müddəti və şərtləri göstərilir. Bu Qanununun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nəzərdə tutulmamış günlərdə, ovçuluq bileti və ov etmək üçün icazə olmadıqda, başqa şəxsə aid olan ovçuluq biletindən, ov etmək üçün icazədən və ov silahından istifadə edildikdə, ov etmək üçün verilmiş icazədə göstərilən yerdə ov edilmədikdə, ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmədikdə, ov etmək üçün icazədə göstərilmiş normadan (saydan) artıq ov edildikdə Azərbaycan Respublikasının ərazisində ov edilməsi qadağan edilir. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən ovçuluq haqqında qanunvericiliyi pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “X8 Haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təbiətdən istifadə sahəsində lisenziya və ya icazə tələb olunan müvafiq fəaliyyət növləri və ya hərəkətlər belə lisenziya və ya icazə alındıqdan sonra həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinin 2-ci bəndinə əsasən təbiətdən ümumi istifadə əhalinin həyatının zəruri tələbatının ödənilməsi üçün vətəndaşlara və təşkilatlara təbii resursların ödənişsiz istifadə etmək şərti ilə həyata keçirilir. Qanunvericilikdə nəzərdə tutulduğu hallarda, təbiətdən istifadəyə məhdudiyyətlər qoyulmasına yol verilir. Bu Qanunun 78-ci maddəsinə əsasən X8 haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər, o cümlədən vəzifəli şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Odur ki, Şəxs İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. İnzibati xətaya inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.5-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, Şəxs məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq, Şəxs İXM-nin 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan, inzibati xətanın törədilməsində alət olmuş predmet, o cümlədən X9 idarəsinin Sumqayıt xətt polis məntəqəsinin rəisi X6 müvəqqəti saxlancına verilmiş, habelə xx xxxxxx 2020-ci il tarixdə götürülmüş bort nömrəsi AŞA 8207 olan 1 ədəd rezin qayıq, 2 ədəd taxta avar, uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 50x50 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş 1 ədəd tordan ibarət balıqovlama vasitələrimüsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Həmçinin, İXM-nin 115.4-cü maddəsinə əsasən hesab edirəm ki, iş üzrə maddi sübut kimi tanınmış 14 ədəd adi siyənəyin, 1 ədəd kütümün və 1 ədəd nərə balıqlarının fiziki şəxs X4 təhvil verilməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinib ona inzibati xətanın törədilməsində alət olmuş predmet, o cümlədən X9 idarəsinin Sumqayıt xətt polis məntəqəsinin rəisi X6 müvəqqəti saxlancına verilmiş, habelə xx xxxxxx 2020-ci il tarixdə götürülmüş bort nömrəsi AŞA 8207 olan 1 ədəd rezin qayıq, 2 ədəd taxta avar, uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 50x50 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş 1 ədəd tordan ibarət balıqovlama vasitələri müsadirə edilməklə, 1000 (bir min) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə maddi sübut kimi tanınmış 14 ədəd adi siyənəyin, 1 ədəd kütümün və 1 ədəd nərə balıqlarının fiziki şəxs X4 təhvil verilməsi nəzərə alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar