Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-159/2025 06.03.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Barəsində inzibati iş üzrə icraat aparılan şəxs X2, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat X8 İdarəsinin kiçik inspektoru Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən qəbul edilmiş 18 fevral 2025-ci il tarixli, EQ seriyalı, 26181140 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X2 şikayətinə və ona əlavə edilmiş materiala baxaraq, müəyyənetdi: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən qəbul edilmiş 18 fevral 2025-ci il tarixli, EQ seriyalı, 26181140 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv etməklə, barəsində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 18 fevral 2025-ci il tarixində Bakı şəhəri istiqamətində Şabran rayonu Mollakamallı kəndi ərazisində “DAF FT XF 105.460 Yük” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı Yəhərli dartıcı, özüboşaldan yarım qoşqu ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında (hərəkət halında çəki ölçmə nəzarət sistemi kistler 9835A) Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsi ilə barəsində 18 fevral 2025-ci il tarixli, EQ seriyalı, 26181140 saylı qərarlı elektron inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati qaydada cərimə olunmasi, habelə nəqliyyat vasitəsinin görüntülərini dair fotoşəkillər mobil telefonuna elə həmin tarixdə SMS vasitəsi ilə göndərilmişdir. Lakin, sözügedən qərarın əslini 20 fevral 2025-ci il tarixdə Quba rayon PŞ-nin DYPB-dən müraciəti əsaslında əldə etmişdir. Beləliklə, inzibati xəta haqqında elektron protokolun, qərarın məzmununa və video görüntülər ilə əsasən müəyyən olunur ki, idarə etdiyi nəqliyyat vasitəsində daşıdığı yükün çəkisi guya iddia olunana görə limit 40000 kq olduğu halda, çəki normadan artıq 42890 kq olmuş və bununla da ona Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsi ilə 1200 manat inzibati cərimə tətbiq edilmişdir. Barəsində tətbiq olunan inzibati xətanın əsasız olması və idarə etdiyi nəqliyyat vasitəsinin yük götürmə qabiliyyətinə münasibətdə nəqliyyat vasitələrinin icazə verilən çəki parametrlərini aşılmaması aşağıdakılar ilə müəyyən olunur. Belə ki, adəti üzrə yük avtomaşını Quba rayon ərazisində yerləşən karxanada yükləndikdən sonra, elə yerindəcə 18 fevral 2025-ci il tarixdə çəkilərək ona avtomaşının yükü (çəkisi) dolu halda 40.320 kq. olmasına dair 18 fevral 2025-ci il tarixli (saat 16:40:59) 15343 nömrəli qaimə verilmiş və daşıdığı yükün çəkisi Azərbaycan Respublikası İXM-nin 353-cü maddəsini tələbinə görə İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki parametrlərini icazə verilən ümumi kütlə üzrə 5 faiz və daha artıq aşmadığına görə Bakı şəhəri istiqamətində hərəkətə başlamışdır. Qeyd edildiyi kimi idarəçiliyində olan yük avtomobili ilə hərəkətdə olarkən mobil telefonuna məlum olmuşdur ki, guya iddia etdiklərinə görə limit 40000 kq olduğu halda, avtomaşının çəkisi normadan artıq 42950 kq olmuş və bununla da ona AR İXM-nin 343.5-ci maddəsi ilə 1200 manat inzibati cərimə tətbiq edilmişdir. Odur ki, o, yük avtomaşındakı yükü boşaltmadan məhkəmədə haqlı olduğunu, yəni inzibati xəta hadisəsini törətmədiyini sübut etmək üçün Bakı şəhərinin Nardaran kəndi ərazisində yerləşən Qoca adlı təşkilatın tərəzi postunda 18 fevral 2025-ci il tarixdə, saat 20.14:39 yükü çəkdirmiş və yük 39580 kq olmasına dair ona xx.xx.2025-ci il tarixli, 111663 nömrəli qaimə verilmişdir. Həmçinin qeyd edilmişdir ki, yük avtomobili etibarnamə əsasında onun sahibliyində olsa da, yük daşımaları məsafəsinə, habelə ağır və təhlükəli olduğuna görə X5 ilə hər reysdə birlikdə hərəkət edərək, növbəli şəkildə yük avtomobilini idarə etmişlər. Beləliklə yükləmə yerində 18 fevral 2025-ci il tarixdə çəkilərkən avtomaşının çəkisi (yükü) dolu halda 40.320 kq. olduğuna dair 18 fevral 2025-ci il tarixli 15343 nömrəli qaiməyə və elektron qaydada 18 fevral 2025-ci il tarixli (saat 17:17:54-də) EQ seriyalı, 26181140 nömrəli inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında elektron qərarın tərtib edildikdən sonra isə, Bakı şəhərinin Nardaran kəndi ərazisində yerləşən Qoca adlı təşkilatın tərəzi postunda 18 fevral 2025-ci il tarixdə, saat 20.14:39 avtomaşını çəkdirərkən yükün (çəkisi) 39580 kq olduğuna görə məlum olur ki, barəsində tətbiq edilən inzibati xəta haqqında qərar qanunsuz olmuşdur. Ona görə ki, guya baş vermiş inzibati xəta hadisəsinə tətbiq edilmiş AR İXM-nin 353-cü maddəsini tələbinə görə “İriqabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən çəki parametrlərini icazə verilən ümumi kütlə üzrə 5 faiz və daha artıq aşmaqla törədildikdə bu maddənin tərkibi yaranır. Lakin, qanuna görə habelə video görüntülərdə (limit :40000 kq) göstərildiyinə görə onun inzibati xəta törətməsi üçün avtomaşının çəkisi həqiqətən maraqlı şəxslərin video görüntüdə göstərdikəri 42890 kq həcmində olmalıdır. Başqa sözlə inzibati xəta tərkibinin yaranmasından ötrü onun idarə etdiyi yük avtomaşının müqayisədə 42000 kq və ya artıq olmalıdır. Avtomaşının yükləmə məntəqəsində çəkisinə görə verilən qaimədə qeyd edilən çəki 40.320 kq. və yük kütlə parametrlərini ölçən elektron tərəzilərin qeydindən sonra (inzibati protokol tərtib edildikdən sonra ölçülən çəki 39580 kq. olmasından məlum olur ki, o, iddia edilən inzibati xəta hadisəsi törətməmişdir. Belə ki, Azərbaycan Respublikası NK-nin 2009-cu il tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi” qaydalarına əsasən 3.X7 X14” X7 X14 (çəkisi) 2 nömrəli cədvəllə müəyyən edilmiş hədləri aşmamalıdır: 2 nömrəli cədvəl-ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə-40 ton. Azərbaycan Respublikası İXM-nin 353-cü maddəsini tələbinə görə “İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki parametrlərini icazə verilən ümumi kütlə üzrə 5 faiz və daha artıq aşmaqla törədildikdə bu maddənin tərkibi yaranır. Yəni, ona münasibətdə qanun qeyd olunur ki, əgər X7 X14 40 t x <5 % =40(+<2t ~ <42t) başqa sözlə onun idarə etdiyim avtomaşının kütləsi 42 tonu aşsaydı onda əməlim Azərbaycan Respublikası İXM-nin 353-cü maddəsi ilə tövsif olunub barəsində inzibati xəta tədbiri görülə bilərdi. Odur ki, işin yuxarıda qeyd edilən faktiki hallarına və aşağıda göstərilən hüquq normalarına əsasən onun barəsində elektron qaydada tərtib edilmiş 18 fevral 2025-ci il tarixli, EQ seriyalı, 26181140 nömrəli inzibati xəta haqqında protokol və eyni zamanda qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qərardan şikayətə baxılması vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, İXM-nin 133.2.4-cü maddəsinə əsasən qərardan şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən X1 şikayət ərizəsini müdafiə edərək, ona eyni məzmunlu izahat verməklə izahatında göstərdi ki, 18 fevral 2025-ci il tarixində Quba rayon ərazisində yerləşən karxanada yük avtomobilinə çınqıl yükləndikdən sonra, avtomobili çəkilərək 40320 kiloqram olması müəyyən edilmiş, habelə bu barədə ona qaimə təqdim edilmişdir. Beləliklə, həmin tarixdə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən avtomobili Şabran rayonu Mollakamallı kəndi ərazisində quraşdırmış elektron tərəzi vasitəsi ilə ölçülərkən çəkinin artıq olması müəyyən edilmişdir. O, həmin çəkinin düzgün olmadığını hesab edərək qeyd edir ki, iddia olunduğu kimi avtomobilində çəki artıq olmuş olsaydı, avtomobili Zarat kəndi və ya Saray qəsəbəsi ərazisində yerləşən stasionar postlarda saxlatdırılıb, artıq yükü boşaldılmalı idi, lakin belə bir hal baş verməmişdir. Bununla yanaşı, o, əvvəllər də 15 noyabr 2024-cü il tarixdə Yaşma qəsəbəsi ərazisində quraşdırılmış elektron tərəzidə avtomobili ölçülərək, artıq çəki olması müəyyən edilmiş və barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilmiş, avtomobilini texniki baxışdan keçirməsi zərurəti yarandığı üçün bu cəriməsini ödəmişdir. Bununla belə, Yaşma qəsəbəsi ərazisində quraşdırılmış elektron tərəzi yeni quraşdırılarkən bir çox sürücüyə inzibati cərimə növündə tənbeh tətbiq edilsə də, sonuncuların çoxsaylı şikayətlərdən sonra, tərəzi tənzimlənmişdir. Qeyd edir ki, Mollakamallı kəndi ərazisində olan elektron tərəzi də, yeni quraşdırılıb, habelə bu tərəzi tənzimlənməmişdir. Bundan başqa, yükü apardığı Bakı şəhəri Nardaran qəsəbəsi ərazisində avtomobili yük ilə birlikdə ölçülmüş, bu zaman çəkinin 39850 kiloqram olması müəyyən edilmişdir. Qeyd edir ki, yaş halda avtomobilinə yüklənmiş çınqılın məsafə qət etdikdən sonra, suyu azalmış və beləliklə, avtomobilinin cəmi çəkisi də azalmışdır. Hazırki, şikayəti ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etsə də, agentlikdən məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Odur ki, şikayətinin təmin edilməsi, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat X9 İdarəsinin kiçik inspektoru Nümayəndə izahatında bildirdi ki, elektron tərəzilər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən quraşdırılsa da, onlara təmsil etdiyi agentlik nəzarət edir. Mollakamallı kənd ərazisində olan elektron tərəzi 2025-ci ilin fevral ayının sonunda quraşdırılmışdır. Bundan başqa, elektron tərəzilər quraşdırılan dövrə qədər, avtomobili yükü icazə verilən parametrləri aşmaqla idarə olunarkən, avtomobil saxlatdırılaraq, artıq yükü boşaldılır, habelə bu barədə akt tərtib edilirdi. Lakin, hazırda avtomobildə daşınan yük icazə verilən çəkidən artıq olduğu təqdirdə, avtmobilin qət etdiyi yollarda quraşdırılmış hər bir elektron tərəzi vasitəsi ilə ölçüləcəkdir ki, bu da, eyni tarixdə bir neçə inzibati xəta haqqında protokolun tərtib olunması ilə nəticələnəcəkdir. Məhkəmə tərəflərin izahatlarını iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən 18 fevral 2025-ci il tarixdə tərtib edilmiş EQ seriyalı, 26181140 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən X4 18 fevral 2025-ci il tarixdə, saat 17:17də “DAF FT XF 105.460 Yük” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Şabran rayonu Mollakamallı kəndi ərazisindən keçən M-1 Bakı-Quba yolunun 129-ci kilometrliyi ilə hərəkətdə olarkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi qaydalarını pozduğuna görə İXM-in 353.5-ci maddəsi ilə təqsirli bilinib 1200 manat inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş “Tərəzi Qəbzi” başlıqlı 15343 saylı qaimədən görünür ki, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2025-ci il tarixdə saat 16:40:59-da Tara çəkisinin 14980 kiloqram, Netto çəkisinin 25340 kiloqram, Brutto çəkisinin 40320 kiloqram olması qeyd edilmiş və həmin qaimə adı və vəzifəsi qeyd edilməyən administrator tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş “Tərəzi çeki” başlıqlı 111663 saylı qaimədən görünür ki, giriş saatı 18:31:10-çıxış saat 20:14:39 qeyd olunan, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2025-ci il tarixdə Tara çəkisinin 15 520 kiloqram, Netto çəkisinin 24060 kiloqram, Brutto çəkisinin 39850 kiloqram olması qeyd edilmiş və həmin qaimə operator tərəfindən imzalanmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiihnisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Metrologiya İnstitutu” X13 “ölçmə vasitələrinin yoxlanılması haqqında” R№051039, ÖVY № 173380 olan şəhadətnaməsinin surətindən görünür ki, 9835A tipli ölçə vasitəsinin son yoxlama tarixi 28 dekabr 2024-cü il olmaqla, 28 dekabr 2025-ci il tarixədək istifadə oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 127-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. Həmin Məcəllənin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 353.5-ci maddəsinə əsasən Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 52-ci bəndinə əsasən iriqabaritli nəqliyyat vasitəsi - ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş qabarit parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci bəndlərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, 104 nömrəli qərarının ümumi müddəalarının 3-cü bəndinə əlavə edilmiş 2 nömrəli cədvələ əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşquya malik olan avtomobilin ümumi kütləsi 40 ton həddi aşmamalıdır. Məhkəmə iş materiallarını və yuxarıda göstərilən qanunvericilik normalarını qarşılıqlı şəkildə təhlil edərək qeyd edir ki, X3 18 fevral 2025-ci il tarixdə, saat 17:17-də “DAF FT XF 105.460 Yük” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Şabran rayonu Mollakamallı kəndi ərazisindən keçən M-1 Bakı-Quba yolunun 129-ci kilometrliyi ilə hərəkətdə olarkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən 40 ton kütlə parametrlərini 2890 kq aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi qaydalarını pozmuş və bu hal 9835A nömrəli, ölçmə vasitələrinin yoxlanılması haqqında qüvvədə olan şəhadətnaməsi olan hərəkət halında çəki ölçmə nəzarət sistemi vasitəsilə qeydə alınmış və həmin məlumatlar foto və videoçəkilişi ilə birlikdə DİN BDYP İdarəsinin elektron sisteminə inteqrasiya edilmişdir. Bundan sonra X3 barəsində mübahisəli inzibati xəta haqqında elektron qərar qəbul edilmişdir. İXM-nin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə məsuliyyət müəyyən edilməsi göstərilmişdir. Həmin Məcəllənin 353.5-ci maddəsinə əsasən Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir. İşin araşdırılan hallarından müəyyən edilir ki, X3 tərəfindən İXM ilə yol verilən 5 faiz artıq yük kütləsi il ərzində təkrarən aşılmış və onun çəkisi 42890 kq olmaqla, İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol vermişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Yalçın Məhərrəmov şikayət ərizəsinə sübut kimi yalnız yükün yola çıxmazdan əvvəl ölçülməsi ilə bağlı “Tərəzi Qəbzi” başlıqlı 15343 saylı qaimə və “Tərəzi çeki” başlıqlı 111663 saylı qaimə əlavə etmişdir ki, həmin qaimələrə nəzər saldıqda onlardan birinin ümumiyyətlə imzalanmadığı, digəri isə imzalansa da kim tərəfindən imzalandığı qeyd edilməmiş, ümumiyyətlə həmin qaimələrin kim tərəfindən və hansı əsasla verildiyi göstərilməmişdir. Məhkəmə iclasında Yalçın Məhərrəmov həmin qaimələrin onların şirkəti tərəfindən onlara məxsus tərəzidə çəkilərək verildiyi bildirilsə də, həmin tərəzilərin lisenziyasının olub-olmaması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, hətta həmin qaimələr sübut kimi qəbul edilsə belə, həmin qaimələrdə Yalçın Məhərrəmov tərəfindən avtomobilin yük yerindən çıxarkən 40320 kq, olmaqla qanunla yol verilən 40000 kq çəki həddinin aşıldığı müəyyən edilmiş və bu hal onun özü tərəfindən də etiraf edilmişdir. Məhkəmə şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, X2 şikayətində irəli sürdüyü dəlillər onun subyektiv mülahizələrinə əsaslanmaqla onun tərəfindən dəlillərini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bununla belə iş materiallarında olan mötəbər sübut və sənədlərə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Bu mənada, qeyd olunur ki, inzibati xəta haqqında qərarla gəlinmiş nəticənin şübhə altına alınaraq, qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən qəbul edilmiş 18 fevral 2025-ci il tarixli, EQ seriyalı, 26181140 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün əsas olmadığına və X1nun göstərdiyi xüsusatlar mötəbər sübutlara əsaslanmamaqla öz təsdiqini tapmadığına görə onun şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinin 18 fevral 2025ci il tarixli, EQ seriyalı, 26181140 saylı qərarının ləğv edilməsi barədə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X3 tərəfindən verilmiş şikayəti təmin edilməsin, qərar dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Quluzadə
Məhkəmə qərarları › İş №3(059)-159/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-159/2025
06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver