Məhkəmə qərarları › İş №3(059)-16/2023

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-16/2023

13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-16/2023 13.02.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X2 iştirakları ilə xx xxxxxx 1977-ci ildə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, deməsinə görə fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Siyəzən Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs satış məqsədi olmadan qanunsuz olaraq saxlanılmamışdan 2-3 gün əvvəl Sumqayıt şəhərində əldə etdiyi (tapdığı) təmiz çəkisi 0,12 qram təşkil edən narkotik vasitə marixuananı üzərində həmin şəhərdən Siyəzən şəhərinə daşımış, habelə 22 sentyabr 2022-ci il tarixdə, saat 17:00 radələrində həmin narkotik vasitəni birlikdə istifadə etmək məqsədi ilə əvəzsiz olaraq, X5 vermiş, daha sonra həmin gün saat 18:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanmasında şübhəli olduqları üçün Rafiq Nəcəfovla birgə saxlanılıb, gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində keçirilən şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, müayinəsi zamanı sidiyində narkotik vasitədən qanunsuz olaraq istifadə etməsi aşkar edilmişdir. Bu əməli ilə o, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar 13 fevral 2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, 22 sentyabr 2022-ci il tarixdə, saat 18:00 radələrində Şəxs və X8 birlikdə saxlanılaraq Siyəzən RPŞnin növbətçi hissəsinə gətirilməklə, üzərilərinə şəxsi axtarış keçirilmiş, bu zaman X10 Rəcəbovun ona verdiyi bir büküm narkotik vasitə marixuana aşkar edilmişdir. Bundan başqa, Şəxs həmin narkotik vasitəni Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmamışdan 2-3 gün əvvəl Sumqayıt şəhərində tapmaqla, üzərində Siyəzən şəhərinə daşımış, bu səbəbdən də, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati icraat başlanılmışdır. Eyni zamanda, Şəxs müayinəsi zamanı onun sidiyində narkotik vasitədən qanunsuz olaraq istifadə etməsi də təsbit edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, narkotik vasitə istifadəçisi olmasa da, Rafiq Nəcəfovun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə marixuananı saxlanılmamışdan 2-3 gün əvvəl Sumqayıt şəhərində tapmış, habelə üzərində Siyəzən şəhərinə gətirərək, 22 sentyabr 2022-ci il tarixdə, saat 17:00 radələrində Siyəzən şəhərinin T.İsmayılov küçəsində rastlaşdığı Rafiq Nəcəfova sonuncunun razılığı əsasında istifadəsi üçün vermişdir. Bundan əlavə, o, narkotik vasitəni satış məqsədilə üzərində saxlamamış, həmçinin 22 sentyabr 2022-ci il tarixdə Rafiq Nəcəfovla birlikdə istifadə etmək niyyəti olsa da, buna nail ola bilməmişdir. Odur ki, törətdiyi əməldən peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs satış məqsədi olmadan qanunsuz olaraq saxlanılmamışdan 2-3 gün əvvəl Sumqayıt şəhərində əldə etdiyi (tapdığı) təmiz çəkisi 0,12 qram təşkil edən narkotik vasitə marixuananı üzərində həmin şəhərdən Siyəzən şəhərinə daşımış, habelə 22 sentyabr 2022-ci il tarixdə, saat 17:00 radələrində həmin narkotik vasitəni birlikdə istifadə etmək məqsədi ilə əvəzsiz olaraq, X5 vermiş, daha sonra həmin gün saat 18:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanmasında şübhəli olduqları üçün Rafiq Nəcəfovla birlikdə saxlanılıb, gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində keçirilən şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, müayinəsi zamanı sidiyində narkotik vasitədən qanunsuz olaraq istifadə etməsi aşkar edilmişdir. İş materiallarında olan 20 noyabr 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və o, barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün RPŞ-nin İTB-yə göndərilmişdir. Həmçinin, qərarın surətindən görünür ki, toplanmış material üzrə aparılan araşdırma zamanı X4 üzərindən aşkar edilərək götürülmüş, qalıq çəkisi 0,1 qram olan narkotik vasitə qurudulmuş marixuana kütləsi maddi sübut kimi tanınmış və saxlanması üçün RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin Rafiq Nəcəfovun və Şəxs üzərində 22 sentyabr 2022-ci il tarixdə videoçəkiliş ilə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt Disk maddi sübut kimi tanınmaqla, materiala əlavə edilmişdir. Bundan əlavə, qərarın, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/1114 saylı ekspert rəyinin surətlərindən görünür ki, X4 üzərindən götürülmüş təmiz çəkisi 0,12 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana bir obyekt olduğu üçün müqayisəli tədqiqat aparılmamışdır. Təqdim edilmiş bir ədəd siqaretdə narkotik maddələrin izləri yoxdur. Tədqiqata 0,02 qram sərf edildikdən sonra narkotik vasitə marixuananın qalıq çəkisi 0,1 qram təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 02 noyabr 2022-ci il tarixdə verilmiş 6534 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinin surətindən görünür ki, Şəxs kannabioidlərdən istifadə etmə halları olsa da, müayinəsi zamanı onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Hal-hazırda müayinə zamanı Şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmçinin, rəyin surətindən görünür ki, Şəxs sidiyindən onun narkotik vasitədən istifadə etməsi aşkar edilmişdir. Eyni zamanda, 20 noyabr 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərar əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xəta hadisəsi barədə başlanılmış inzibati araşdırma ilə əlaqədar Şəxs yerini müəyyən etmək mümkün olmadığından inzibati xəta haqqında iş üzrə icraat 02 fevral 2023-cü il tarixdə dayandırılmış, 13 fevral 2023-cü il tarixdə, saat 15:00 radələrində (işin faktiki hallarına əsasən) isə Şəxs Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən tapılaraq RPŞ-yə gətirildiyindən sözügedən tarixdə inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. İnzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.5-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, X4 məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən halların olmamasını, ağırlaşdıran halların isə olmasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun törətdiyi xəta əməlində bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, əvvəllər idarəçilik qaydaları əleyhinə olan (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə) inzibati xəta əməlini törətməsi ilə əlaqədar tənbeh olunmasına baxmayaraq, öz təqsirli, hüquqazidd əməllərini davam etdirməsini, tərbiyələnmək niyyətinin olmamasını, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, narkotik vasitələrin təsiri altında digər həyat və sağlamlıq, tamah-zorakı və mülkiyyət əleyhinə olan hüquqazidd əməllər törədə bilmə ehtimalını, qrup şəklində narkotik vasitənin təbliğində iştirakını (narkotik vasitənin istehlakı, eləcə də əldə edilib, saxlanılması, daşınması, başqa şəxsə ötürülməsi), habelə əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, ona İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/2 hissəsində inzibati həbs təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Həmçinin Şəxs üzərində videoçəkiliş ilə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt Disk maddi sübut kimi tanınmaqla, təhqiqat materialına əlavə edilməsi, eləcə də iş üzrə digər maddi sübut X4 üzərindən aşkar edilərək götürülmüş, qalıq çəkisi 0,1 qram olan narkotik vasitə qurudulmuş marixuana kütləsinin sonuncu barəsində inzibati xəta haqqında materiala baxılmasının nəticəsi kimi qəbul edilmiş Siyəzən Rayon Məhkəməsinin 13 fevral 2022-ci il tarixli, 3(059)-15/2023 saylı qərarı ilə məhv edilməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 30 (otuz) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbs etmənin əvvəli 13 fevral 2023-cü il tarixdən saat 15.00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. İş üzrə maddi sübut olan və X4 üzərindən aşkar edilərək götürülmüş, qalıq çəkisi 0,1 qram olan narkotik vasitə qurudulmuş marixuana kütləsinin sonuncu barəsində inzibati xəta haqqında materiala baxılmasının nəticəsi kimi qəbul edilmiş Siyəzən Rayon Məhkəməsinin 13 fevral 2022-ci il tarixli, 3(059)-15/2023 saylı qərarı ilə məhv edilməsi nəzərə alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar