Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-161/2020 16.09.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1988-ci il tarixdə keçmiş Dəvəçi rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 272.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X5 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədilə xx xxxxxx 2020ci il tarixdə, saat 16:00-da Siyəzən rayonu, Kolanı kəndi istiqamətində Xəzər dənizinin sahilinə gəlib 1 ədəd taxta qayıq və 2 ədəd taxta avarlardan istifadə etməklə bir qədər dənizin içərisinə doğru hərəkət edib orada balıq ovunda istifadəsi qadağan edilmiş, jilka adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 35 metr, eni 2 metr, gözlərinin ölçüsü 50x50 mm. olan 2 ədəd tor quraraq xx xxxxxx 2020-ci il saat 15:00-dək olan müddət ərzində ayrı-ayrılıqda vurduğu ziyanın məbləği hər biri 11 manat təşkil edən 37 ədəd adi siyənək balıqlarını xeyli miqdarda, yəni 407 manat məbləğində ziyan vurmaqla qanunsuz tutmuş və həmin gün qanunsuz tutduğu balıqları qayığa yığıb sahilə çıxarkən X5 X6 Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb baxış keçirilən zaman ondan 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, balıq ovunda istifadəsi qadağan edilmiş, jılka adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 35 metr, eni 2 metr, gözlərinin ölçüsü 50x50 mm. olan 2 ədəd tor və həmin torların vasitəsi ilə Xəzər dənizindən qanunsuz tutduğu 37 ədəd adi siyənək balıqları aşkar edilərək götürülmüşdür. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X5 İdarəsinin Xaçmaz XPB-nin rəisi X3 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilərək izahatında bildirdi ki,o, xx xxxxxx 2020-ci il tarixdə saat 16:00-da balıq tutmaq məqsədilə Siyəzən rayonu, Kolanı kəndi istiqamətində Xəzər dənizinin sahilinə gəlmiş, 1 ədəd taxta qayıqdan və 2 ədəd taxta avarlardan istifadə edərək dənizə girib hər birinin uzunluğu 35 metr, eni 2 metr, gözlərinin ölçüsü 50x50 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd torları suda qurub yaşadığı evə getmişdir. Ertəsi gün, yəni xx xxxxxx 2020-ci il tarixdə saat 14:00-da Siyəzən rayonu, Kolanı kəndi istiqamətində Xəzər dənizində qurduğu torları yığmaq məqsədilə yenidən həmin 1 ədəd taxta qayıqdan və 2 ədəd taxta avarlardan istifadə edərək dənizə girmiş və torları qurduğu yerə gəlmişdir. Torları sudan çıxararkən çoxlu sayda adi siyənək balıqları tutduğunu görmüş, bundan sonra, saat 15:00-da torları tutduğu balıqlarla birlikdə qayığa yığıb sahilə çıxmışdır. Balıqları torlardan ayırarkən X5 X6 Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və sorğu zamanı polis əməkdaşlarına Siyəzən rayonu, Kolanı kəndi istiqamətində Xəzər dənizində torla balıq tutmaq üçün rəsmi icazəsinin, yəni balıqovlama biletinin olmadığını bildirmişdir. Polis əməkdaşları ona məxsus olan 1 ədəd taxta qayığa, 2 ədəd taxta avarlara, hər birinin uzunluğu 35 metr, eni 2 metr, gözlərinin ölçüsü 50x50 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd torlara və həmin torların vasitəsi ilə Xəzər dənizindən qanunsuz tutduğu adi siyənək balıqlarına hal şahidlərinin iştirakları ilə baxış keçirərkən tutduğu adi siyənək balıqlarının sayının 37 ədəd olması məlum olmuşdur. Bundan sonra, polis əməkdaşları bu barədə müvafiq protokol tərtib etmiş və aşkar edilmiş balıqları, eləcə də, balıqovlama vasitələrini maddi sübut kimi götürmüşlər. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməyinin, habelə himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasının nəzərə alınmasını xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X5 İdarəsinin Xaçmaz XPB-nin rəisi X2 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 16:00-dan xx xxxxxx 2020-ci il saat 15:00-dək olan müddət ərzində ov qaydalarını kobud şəkildə pozmuş, o cümlədən lazımi icazə olmadan, qadağan edilmiş alətlərləXəzər dənizindən qanunsuz olaraq balıq ovlamış, bununla da, balıqların mühafizəsinə və ov qaydalarına əməl etməmişdir. Bundan əlavə, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxx 2020-ci il tarixli, 1(059)-19/2020 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, əməlin cinayət və cəzalanmalı olmasını aradan qaldıran yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar xitam verilməklə, o, cinayət məsuliyyətindən azad edilmiş, həmçinin, balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulması ilə bağlı Şəxs əməlinin inzibati məsuliyyətə səbəb olması məsələsinin araşdırılması üçün məhkəmənin yekun qərarının surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Həmçinin, qərardan görünür ki, iş üzrə maddi sübut olan və X5 X6 Polis Bölməsinin rəisi X1 müvəqqəti saxlancına verilmiş, habelə xx xxxxxx 2020-ci il tarixdə Şəxs götürülmüş 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar və balıq ovunda istifadəsi qadağan edilmiş, jılka adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 35 metr, eni 2 metr, gözlərinin ölçüsü 50x50 mm. olan 2 ədəd torla, eləcə də iş üzrə maddi sübut kimi tanınmış və qaimə faktura ilə “xxxxxxxxxxx” ASC-yə təhvil verilmiş 37 ədəd adi siyənək balıqları ilə bağlı məsələnin Şəxs barəsində aparılacaq inzibati xəta haqqında iş üzrə icraatın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunarkən həll olunması qərara alınmışdır. İşdə olan şəxsi məlumatlardan görünür ki, Şəxs himayəsində xx xxx 2008-ci il təvəllüdlü Nazilə, xx xxxxxx 2010-cu il təvəllüdlü Əsəd və xx xxxxxx 2011-ci il təvəllüdlü Türkanə adında üç övladı vardır. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Eyni zamanda “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən ovçuluq fəaliyyəti bu Qanunda nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir. Ovçuluq fəaliyyəti ödənişlidir. Bu fəaliyyət ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilir. Həmin Qanunun 14-cü maddəsinə əsasən ov etmək üçün icazə ovçuluq fəaliyyətinin həyata keçirilməsinə icazə verən hüquqi sənəddir və ov obyektlərinin hər növünə ayrıca verilir. İcazə ov mövsümündə həvəskar və idman ovunu həyata keçirmək üçün fiziki və hüquqi şəxslərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilir. İcazədə ov obyektinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun vaxtı, icazənin müddəti və şərtləri göstərilir. Bu Qanununun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nəzərdə tutulmamış günlərdə, ovçuluq bileti və ov etmək üçün icazə olmadıqda, başqa şəxsə aid olan ovçuluq biletindən, ov etmək üçün icazədən və ov silahından istifadə edildikdə, ov etmək üçün verilmiş icazədə göstərilən yerdə ov edilmədikdə, ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmədikdə, ov etmək üçün icazədə göstərilmiş normadan (saydan) artıq ov edildikdə Azərbaycan Respublikasının ərazisində ov edilməsi qadağan edilir. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən ovçuluq haqqında qanunvericiliyi pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “X4 Haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təbiətdən istifadə sahəsində lisenziya və ya icazə tələb olunan müvafiq fəaliyyət növləri və ya hərəkətlər belə lisenziya və ya icazə alındıqdan sonra həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinin 2-ci bəndinə əsasən təbiətdən ümumi istifadə əhalinin həyatının zəruri tələbatının ödənilməsi üçün vətəndaşlara və təşkilatlara təbii resursların ödənişsiz istifadə etmək şərti ilə həyata keçirilir. Qanunvericilikdə nəzərdə tutulduğu hallarda, təbiətdən istifadəyə məhdudiyyətlər qoyulmasına yol verilir. Bu Qanunun 78-ci maddəsinə əsasən X4 haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər, o cümlədən vəzifəli şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Odur ki, Şəxs İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, eləcə də, əməlindən səmimi peşmançılıq çəkməsi, himayəsində üç yetkinlik yaşına çatmayan uşaqlarının olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan, inzibati xətanın törədilməsində alət olmuş predmet, o cümlədən X5 X6 Polis Bölməsinin rəisi X1 müvəqqəti saxlancına verilmiş 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar və balıq ovunda istifadəsi qadağan edilmiş, jılka adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 35 metr, eni 2 metr, gözlərinin ölçüsü 50x50 mm. olan 2 ədəd tor müsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Həmçinin, İXM-nin 115.4-cü maddəsinə əsasən hesab edirəm ki, Şəxs Xəzər dənizindən qanunsuz ovladığı 37 ədəd adi siyənək balıqları tez xarab olan ərzaq malı hesab edildiyi üçün ümumi qiyməti 3,25 manat müəyyən edilməklə xx xxxxxx 2020-ci il tarixli qaimə faktura ilə “xxxxxxxxxxx” ASC-yə təhvil verilməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinib ona inzibati xətanın törədilməsində alət olmuş predmet, o cümlədən X5 X6 Polis Bölməsinin rəisi X1 müvəqqəti saxlancına verilmiş 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar və balıq ovunda istifadəsi qadağan edilmiş, jılka adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 35 metr, eni 2 metr, gözlərinin ölçüsü 50x50 mm. olan 2 ədəd tor müsadirə edilməklə, 1000 (bir min) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs Xəzər dənizindən qanunsuz ovladığı 37 ədəd adi siyənək balıqları tez xarab olan ərzaq malı hesab edildiyi üçün ümumi qiyməti 3,25 manat müəyyən edilməklə xx xxxxxx 2020-ci il tarixli qaimə faktura ilə “xxxxxxxxxxx” ASC-yə təhvil verilməsi nəzərə alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-161/2020
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-161/2020
16.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver