Məhkəmə qərarları › İş №3(059)-161/2022

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-161/2022

23.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-161/2022 23.09.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X6 iştirakları ilə xx xxxxxx 1985-ci il tarixdə Kürdəmir rayonu, Türkədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Siyəzən Rayon İcra Hakimiyyəti Siyəzən Rayon yaşıllaşdırma idarəsində bağban işləyən, Kürdəmir rayonu, Türkədi kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510cu maddəsi ilə Siyəzən rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 01 iyul 2022-ci il tarixdə, saat 10:30 radələrində Siyəzən şəhəri, H. Əliyev küçəsində yerləşən X5rşısında X2 ucadan nalayiq ifadələrlə təhqir etmiş, ictimai qaydanı pozmuşdur. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X10 tərəfindən 23 sentyabr 2022-ci il tarixdə, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin polis sahə rəisi X10 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, 01 iyul 2022-ci il tarixdə, 10:30 radələrində Siyəzən şəhəri H. Əliyev küçəsində yerləşən X5rşısında Şəxs əri zərərçəkmiş şəxs X3 yaxınlaşaraq, boşanmaq istədiyini bildirmiş, bu zaman sonuncu Şəxs ünvanına nalayiq ifadələr işlətməklə, ona fiziki ağrı yetirmişdir. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs da ucadan nalayiq ifadələrlə Rövşən Bayramovu təhqir etmiş, ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 510-cu maddəsi ilə təqsirli bilməyərək izahatında bildirdi ki, 01 iyul 2022-ci il tarixdə, 10:30 radələrində yaşadığı ünvandan bağban kimi işlədiyi Siyəzən şəhəri, H. Əliyev küçəsindəki X9 gedərkən Rövşən Bayramovun sözügedən mərkəzin qarşısında əyləşdiyini görmüş, habelə sonuncuya yaxınlaşaraq, boşanmaq istədiyini bildirdikdə, işlədiyi yaşıllaşdırma idarəsinin sahə rəisi Fariz onlara yaxınlaşıb, məsələlərini heç kimin olmadığı bir yerdə həll etmələrini təklif etmiş, bu zaman onlar Gənclər Mərkəzinin arxa tərəfinə keçmişlər. Orada olarkən Rövşən Bayramov onu nalayiq ifadələrlə təhqir etməyə başlayıb, şərəf və ləyaqətini alçaltmış, həmçinin yumruq zərbələri ilə onun sağ üz və baş nahiyəsindən fiziki ağrı da yetirmişdir. Belə ki, Rövşən Bayramov sanki idman hərəkətləri edərmiş kimi ona 10 dəfədən çox yumruq zərbəsi vurduğu üçün onun üz nahiyəsində şişlər əmələ gəlmiş, habelə üzü qan olduğundan yaşıllaşdırma idarəsinin sahə rəisi Farizdən icazə alaraq, əvvəlcə DİN-in 102 xidmətinə zəng etməklə, şikayətini şifahi formada bildirmiş, daha sonra, Siyəzən RPŞ-yə ərizə ilə müraciət etmişdir. Eyni zamanda, o, həmin vaxt Rövşən Bayramovu təhqir etməmişdir. Belə ki, hadisə işlədiyi yerdə baş verdiyindən Fariz ona yaxınlaşaraq, sakit olmasını, heç bir nalayiq ifadə işlətməməsini bildirmişdir. Odur ki, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, 01 iyul 2022-ci il tarixdə, 10:30 radələrində Siyəzən şəhəri, H. Əliyev küçəsindəki X5rşısında arvadı Şəxs işlədiyi yaşıllaşdırma idarəsinin sahə rəisi Farizlə əyləşib çay içərkən, qəflətən Şəxs ona yaxınlaşaraq, orada olan şəxslər arasında ünvanına “oğraş”, “şərəfsiz” kimi nalayiq ifadələr işlətmiş, mobil nömrəsini kimə verdiyini soruşmuşdur. O, Şəxs heç bir pis niyyətinin olmadığını, habelə mobil nömrəni verdiyi şəxsin, yəni şəhid atası Şahların onları barışdırmaq niyyətinin olduğunu, həmçinin ailədə mehribançılıq olması, eləcə də, yaşamalarından ötrü kirayə mənzilə vəsait xərcləməmələri üçün onları ev ilə təmin etmək fikrinin olduğunu bildirmişdir. Daha sonra, Fariz onlara yaxınlaşaraq, heç kimin olmadığı bir yerə keçmələrini tələb etmişdir. Bundan sonra, onlar Gənclər Mərkəzinin arxa tərəfinə keçmişlər. Orada olarkən Şəxs yenidən onun, həmçinin bacısının ünvanına nalayiq ifadələr işlətmiş, bu zaman o, Cəmalənin sağ üz nahiyəsindən iki dəfə sillə ilə vurmuş, sonuncu da öz növbəsində ona təpik zərbələri ilə qarşılıq vermişdir. Bundan əlavə, o, da Şəxs ünvanına sonuncunun əxlaqsız biri olması ilə əlaqədar nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin işin faktiki halları ilə bağlı verdikləri izahatları dinləyib, eləcə də tədqiq olunmuş mötəbər sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Siyəzən RPŞ-nin TQ-nun təhqiqatçısı Eldar Şükürov tərəfindən qəbul edilmiş 29 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və qərar Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün RPŞ-nin İTB-yə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221 -ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması özözlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi (hazırda İXM-nin 510-cu maddəsi) ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi Şəxs barəsində həmin maddə ilə protokol tərtib edilməsi üçün onun tərəfindən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verildiyi halda sonuncu məsuliyyətə cəlb oluna bilərdi. Lakin, məhkəmə iclasında iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatlardan, eləcədə tədqiq edilən digər sübutlardan belə qənaətə gəlinir ki, protokolda göstərilən hərəkətlər cəmiyyətə açıq formada deyil, kənarda şəxsi münasibətlərlə bağlı ailə-məişət zəminində mübahisə zamanı baş vermiş, məhz şəxsi münasibətlərlə bağlı mübahisə zəminində nalayiq ifadələr işlədilmiş, Şəxs qəsdi ictimai qaydanın pozulmasına yönəlməmişdir. Bu hal isə Şəxs əməlində inzibati xəta tərkibinin olmasını bilavasitə istisna edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 76-cı maddəsinin İ və İİ hissələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Sözügedən Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 53-cü maddəsinin İ hissəsinin 1-ci və 2-ci bəndlərinə əsasən inzibati xəta hadisəsi, eləcə də inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, tərtib edilmiş protokolda qeyd olunan dispozitiv şərt göstərilməmiş, inzibati xəta hadisəsi kimi sadəcə olaraq, nalayiq söyüşlərin ifadə edilməsi öz əksini tapmış, aparılan inzibati araşdırma zamanı protokolda qeyd edilən inzibati xəta təfərrüatlı araşdırılmamış, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə olan halda Şəxs əməlində inzibati xəta tərkibinin olması ilə əlaqədar ziddiyyətli vəziyyətin yaranması səbəbindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 53, 114-cü maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar