Məhkəmə qərarları › İş №3(059)-162/2021

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-162/2021

13.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-162/2021 13.10.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X1 iştirakları ilə xx xxxxxx 1989-cu il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs, 07 oktyabr 2021-ci il tarixdə, təxminən saat 15:00 radələrində Siyəzən şəhəri, H. Əliyev küçəsindəki 88 saylı binanın İV girişinə daxil olub, İİ mərtəbədəki 38 saylı mənzilin qarşısından taxta materialdan olan 1 ədəd 1 laylı qapını oğurlamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 30 manat məbləğində ziyan vurmuşdur. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən 12 oktyabr 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, Şəxs 07 oktyabr 2021-ci il tarixdə, təxminən saat 15:00 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsindəki 88 saylı binanın İV girişinə daxil olub, İİ mərtəbədəki 38 saylı mənzilin qarşısından taxta materialdan olan 1 ədəd 1 laylı qapını oğurlamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 30 manat məbləğində ziyan vurduğunu bildirdi. Həmçinin, o, 11 oktyabr 2021-ci il tarixli qərarla Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanmasının rədd edildiyini, barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etdiyini qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, Zərərçəkmiş şəxs qiyabi olaraq Siyəzən şəhər sakini kimi tanımaqla, sonuncu ilə aralarında düşmənçilik və ədavət olmamışdır. O, 07 oktyabr 2021-ci il tarixdə, saat 15:00 radələrində pulu olmadığına görə oğurluq etmək məqsədilə Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən 88 saylı binanın İV girişinə təsadüfən daxil olub, oğurlamaq üçün əşya axtarmağa başlamış, bu zaman pilləkənlərlə ikinci mərtəbəyə qalxdıqda, orada 3 ədəd taxta materialdan olan qapının olduğunu görmüş və həmin qapılardan birini oğurlamaq qərarına gəlmişdir. Beləliklə, o, bu qapılardan birini götürüb yaşadığı evə apararaq həyətyanı sahədə gizlətmiş, 08 oktyabr 2021-ci il tarixdə, saat 13:00 radələrində Dəyanətin qapısının oğurlanması ilə bağlı polisə müraciət etdiyini eşidib, qapını apararaq oğurladığı yerə qoymuşdur. Qeyd etdiyi oğurluq hadisəsini tək törətmiş, həmin vaxt onun yanında heç kim olmamışdır. Hazırda, törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyinə, eləcə də dəymiş zərəri ödəməklə, qapını qaytardığına görə ona daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, 18 sentyabr 2021-ci il tarixdə yaşadığı Siyəzən şəhəri, H.Əliyev küçəsindəki 88 saylı binanın 38-ci mənzilində təmir işləri görüb yeni qapılar qoyduğu üçün köhnə 3 ədəd qapını evindən çıxarıb binanın İİ mərtəbəsindəki bu mənzilin qarşısında pəncərə olan yerə söykəyib qoymuş, 07 oktyabr 2021-ci il tarixdə, saat 14:00 radələrində evə gəlmiş, saat 16:00 radələrində nahar yeməyini yeyib evdən çıxanda həmin 3 ədəd taxta qapıdan birinin yerində olmadığını, yəni oğurlandığını müəyyən etmişdir. Bu səbəbdən də 08 oktyabr 2021-ci il tarixdə Siyəzən RPŞ-yə gedərək ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 30 manat məbləğində maddi zərər dəysə də, oğurlanmış qapı qaytarılmış, habelə dəymiş zərər ödənilmişdir. Bununla belə, o, Şəxs şikayətçi olmaqla, sonuncu ilə barışmamışdır. İş materiallarında olan 11 oktyabr 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi barədə materiallar aidiyyəti üzrə göndərilmişdir. Həmçinin, həmin qərardan və işin faktiki hallarından görünür ki, Şəxs, 07 oktyabr 2021-ci il tarixdə, təxminən saat 15:00 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsindəki 88 saylı binanın İV girişinə daxil olub, İİ mərtəbədəki 38 saylı mənzilin qarşısından taxta materialdan olan 1 ədəd 1 laylı qapını oğurlamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 30 manat məbləğində ziyan vurmuşdur. İş materiallarında olan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs 13 oktyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş zərər ödənilsə də, o, Şəxs şikayətçidir və sonuncu ilə barışmamışdır. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 227-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama inzibati məsuliyyətə səbəb olan əməldir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq hissi çəkməsi, həmçinin dəymiş zərərin ödənilməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş eyni xətanı inzibati tənbeh vermə haqqında Siyəzən Rayon Məhkəməsinin sonuncu 29 yanvar 2021-ci il tarixli, 3(059)-27/2021 saylı qərarı qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən bir il ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, mülkiyyət, eləcə də idarəçilik qaydaları əleyhinə inzibati xətalar törətməsinə görə müvafiq olaraq inzibati tənbeh edilməsinə baxmayaraq, öz təqsirli, hüquqazidd əməllərini davam etdirməsini, bununla da, tərbiyələnmək niyyətinin olmamasını, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, narkotik vasitələrin təsiri altında digər həyat və sağlamlıq, tamah-zorakı və mülkiyyət əleyhinə olan hüquqazidd əməllər törədə bilmə ehtimalını, əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini, həmçinin yüngülləşdirici halı, o cümlədən dəymiş zərərin ödənilməsini nəzərə alaraq, ona İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbehin təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 11 oktyabr 2021-ci il tarixdə, saat 14:30-dan inzibati qaydada tutulmuş, daha sonra azad olunmamışdır. Hazırda, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edildiyindən Şəxs barəsində tutma da ləğv edilməli və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilməklə, onun barəsində tətbiq ediləcək ictimai işlər cəzası bu inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28.3-1, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinib, İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh olaraq 180 (bir yüz səksən) saat ictimai işlər təyin olunsun. Şəxs barəsində tutma ləğv edilsin və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilsin. İnzibati tənbehin müddəti Şəxs ictimai işlərin yerinə yetirilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Siyəzən rayon icra və probasiya şöbəsinə tapşırılsın. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar