Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-163/2023 22.08.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən X1, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, xx xxxx 1994-cü il tarixdə Siyəzən rayonu, Dağquşçu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Siyəzən rayonu, Dağquşçu kəndində qeydiyyatda olmaqla, yaşayan Siyəzən rayonu Dağquşçu bələdiyyəsinin sədri vəzifəsində işləyən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 549.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, Siyəzən rayonu Dağquşçu bələdiyyəsinin sədri Şəxs 25 iyun 2023-cü il tarixli, 06 saylı iclas protokolunu qanunla müəyyən edilmiş müddətdə inzibati nəzarəti həyata keçirən orqana göndərməmişdir. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsi tərəfindən 31 iyul 2023-cü il tarixdə Siyəzən rayonu Dağquşçu bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə inzibati xəta törətməsi barədə protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati xəta haqqında protokolu tərtib edən şəxslərə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Siyəzən rayonu Yuxarı Ələz bələdiyyəsinin sədri Şəxs İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, Siyəzən rayonu Dağquşçu bələdiyyəsinin sədri Şəxs “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin tələblərini pozaraq, 25 iyun 2023-cü il tarixli, 06 saylı iclas protokolunu bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq göndərməli olduğu halda, həmin müddətdən gec göndərmişdir. Belə ki, işdə olan sənədlərdən, o cümlədən Siyəzən rayonu Dağquşçu bələdiyyəsinin iclasının 25 iyun 2023-cü il tarixli, 06 saylı protokolundan, eləcə də bələdiyyənin sədri Şəxs 27 iyul 2023-cü il tarixli izahatından görünür ki, qeyd olunan protokol 25 iyun 2023-cü il tarixdən 5 iş günü keçdikdən sonra göndərilmiş, habelə Siyəzən rayonu Dağquşçu bələdiyyəsinin sədri Şəxs mövcud qanunvericiliyin tələblərini pozduğunu etiraf etmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində göstərilmişdir ki, bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin istifadəsi barədə aktların; bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların; yerli vergilərin və ödənişlərin tətbiqi barədə aktların; yerli rəy sorğusunun nəticələrini əks etdirən qərarların; bələdiyyələr üçün xərclər və maliyyə öhdəlikləri doğuran aktların; bələdiyyələrin birləşməsi və ayrılması ilə bağlı keçirilmiş yığıncağın (yığıncaqların) nəticələrinin rəsmiləşdirilməsinə dair qərarların; qanunçuluq prinsiplərinə riayət olunmasının təmin edilməsi ilə bağlı bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələrinin bələdiyyələrin iclaslarında müzakirəsi barədə qərarların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Bu maddənin qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Siyəzən rayonu Dağquşçu bələdiyyəsinin sədri işləyən Şəxs vəzifəli şəxs olaraq İXM-nin 549.2-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Siyəzən rayonu Dağquşçu bələdiyyəsinin sədri Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, vəzifəli şəxs Siyəzən rayonu Dağquşçu bələdiyyəsinin sədri Şəxs barəsində İXM-nin 549.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbehin aşağı həddə tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.2, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Vəzifəli şəxs Siyəzən rayonu Dağquşçu bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(059)-163/2023
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-163/2023
22.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver