Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-167/2021 25.10.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakları ilə xx xxxx 1992-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X2 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, Siyəzən Rayon Məhkəməsinin 22 iyun 2016-cı il tarixli, 2(059)-652/2016 saylı, 10 noyabr 2017-ci il tarixli, 2(059)-939/2017 saylı, 07 iyun 2019-cu il tarixli, 2(059)-251/2019 saylı və 06 aprel 2020-ci il tarixli, 2(059)- 160/2020 saylı icra sənədlərini icra etmir. Bu barədə Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X2 tərəfindən 25 oktyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən Rayon Məhkəməsinin 22 iyun 2016-cı il tarixli, 2(059)-652/2016 saylı, 10 noyabr 2017-ci il tarixli, 2(059)-939/2017 saylı, 07 iyun 2019-cu il tarixli, 2(059)- 251/2019 saylı və 06 aprel 2020-ci il tarixli, 2(059)-160/2020 saylı icra sənədləri rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra müvafiq qərarlarla icraata başlanılmış, borcluya icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, yuxarıda qeyd olunan icra sənədləri, borclu tərəfindən üzrsüz səbəbdən tam şəkildə icra edilməmiş, o cümlədən yalnız zərərçəkmiş şəxs "xxxx" KB ASC-yə 22 iyun 2016-cı il tarixli icra sənədi üzrə cüzi ödənişlər edilməklə, borcun 286,75 ABŞ dolları hissəsi ödənilməmiş qalmışdır. Hazırkı vaxta digər icra sənədləri üzrə Şəxs cəmi 2664 manat məbləğində borcu vardır və hazırda sonuncu həmin borcu ödəməkdən imtina edərək, bunu maddi imkanının olmaması, eləcə də daimi işləməməsi ilə izah edir. Eyni zamanda, Şəxs borclarının ödənilməsi istiqamətində hər hansı bir əməli tədbir görmədən, uzun müddət icradan yayındığından barəsində bir çox məcburi icra tədbirləri görülməklə, axtarış elan edilmiş, habelə, sonuncu axtarışda olan şəxs kimi gətirilib icra və probasiya şöbəsinə təhvil verilmişdir. Bundan əlavə, tələbkarlar hazırda şikayətçi olmaqla, borclarının ödənilməsini kəskin şəkildə tələb edirlər. Qeyd edilən icra sənədləri 21 may 2020-ci il tarixli qərarla bir icraatda birləşdirilmişdir. Odur ki, icra sənədləri üzrə üzərinə düşən öhdəlik borclu tərəfindən lazımınca icra olunmadığına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Siyəzən Rayon Məhkəməsinin 22 iyun 2016-cı il tarixli, 2(059)-652/2016 saylı, 10 noyabr 2017-ci il tarixli, 2(059)-939/2017 saylı, 07 iyun 2019-cu il tarixli, 2(059)-251/2019 saylı və 06 aprel 2020-ci il tarixli, 2(059)-160/2020 saylı icra sənədləri üzrə olan borclarından, yalnız zərərçəkmiş şəxs "xxxx" KB ASC-yə 22 iyun 2016-cı il tarixli icra sənədi üzrə cüzi ödənişlər etməklə, borcun 286,75 ABŞ dolları hissəsi ödənilməmiş qalmışdır. Hazırkı vaxta digər icra sənədləri üzrə onun ödənilməmiş cəmi 2664 manat məbləğində vardır. Hazırda işləmədiyinə görə maddi imkanı ilə bağlı borclarını bir dəfəyə ödəyə bilmir. Gələcəkdə imkanı olarsa, borclarını ödəyəcəkdir. Odur ki, törətdiyi əməli məqsədyönlü şəkildə etmədiyindən, həmçinin etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınaraq, barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Zərərçəkmiş şəxslər "xxxx" KB ASC-yə, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və "xxxx" MMC-yə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, onlar məhkəmə iclasına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş) və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmiş, Zərərçəkmiş şəxs1 isə məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və bu halın nəzərə alınmasını xahiş etmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxslərin, o cümlədən nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan sənədlərin surətlərindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 22 iyun 2016-cı il tarixli, 2(059)-652/2016 saylı, 10 noyabr 2017-ci il tarixli, 2(059)-939/2017 saylı, 07 iyun 2019-cu il tarixli, 2(059)-251/2019 saylı və 06 aprel 2020-ci il tarixli, 2(059)- 160/2020 saylı icra sənədləri icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və bu barədə borclu Şəxs tələblərin könüllü icrası haqqında bildirişlər ünvanlanmışdır. Qeyd edilən icra sənədləri 21 may 2020-ci il tarixli qərarla bir icraatda birləşdirilmiş, habelə 27 avqust 2021-ci il tarixdə borclu barədə axtarış elan edilmişdir. İşdə olan tələbkarlar tərəfindən tərtib edilmiş ərizələrin surətlərindən görünür ki, onlar borclunun Siyəzən Rayon Məhkəməsinin 22 iyun 2016-cı il tarixli, 2(059)-652/2016 saylı, 10 noyabr 2017-ci il tarixli, 2(059)-939/2017 saylı, 07 iyun 2019-cu il tarixli, 2(059)- 251/2019 saylı və 06 aprel 2020-ci il tarixli, 2(059)-160/2020 saylı icra sənədləri üzrə borcların ödənilməsindən yayındığını göstərmiş, habelə bununla bağlı tədbir görülməsini xahiş etmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, barəsində icra olunmayan məcburi gətirmə qərarı olmaqla, uzun müddət axtarışda olmasını, təqsirinin dərəcəsini, o cümlədən aliment borcunun miqdarının kifayət qədər çox olmasını, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Eyni zamanda qeyd edirəm ki, Şəxs 25 oktyabr 2021-ci il tarixdə saat 09.00-da tutulması (faktiki saxlanması) və buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110- 115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 12 (on iki) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 25 oktyabr 2021-ci il tarixdən saat 09:00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-167/2021
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-167/2021
25.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver