Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-167/2022 29.09.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və X1, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X2 iştirakları ilə 07 avqust 1986-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "X10" MMC-də ictimai işlər üzrə sosial işçi, Siyəzən şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Şəxs 07 mart 2022-ci il tarixdə, təxminən saat 12:00 radələrində Siyəzən şəhəri, Z.Əliyeva küçəsində yerləşən yolun kənarında olan inşaat materialları dükanının arxasındakı açıq sahəlikdən 15 ədəd hər birinin uzunluğu 4 metr olan dəmir boruları oğurlamaqla zərərçəkmiş şəxs X4 450 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa, o, 16 avqust 2022-ci il tarixdə, təxminən saat 19:30 radələrində Zərərçəkmiş şəxs yaşadığı Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 13 saylı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən saxlanc yerindən 1 ədəd alüminium qazanı və 5 ədəd hər biri 2 metr uzunluğunda dəmir boruları oğurlamaqla, Zərərçəkmiş şəxs cəmi 90 manat məbləğində ziyan vurmuşdur. Həmçinin, o, 01 sentyabr 2022-ci il tarixdə, təxminən saat 22:00 radələrində Siyəzən şəhəri, M.Müşfiq küçəsindəki 83 saylı fərdi yaşayış evinin həyətindən 1 ədəd “Meiredi” markalı velosipedi oğurlamaqla, zərərçəkmiş şəxs X3 100 manat məbləğində ziyan vurmuşdur. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X6 tərəfindən 29 sentyabr 2022-ci il tarixli, MN seriyalı, 1344736, ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 3(059)-167/2022 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-167/2022 saylı, 3(059)- 168/2022 saylı və 3(059)-169/2022 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)- 167/2022 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X6 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, Şəxs 07 mart 2022-ci il tarixdə, təxminən saat 12:00 radələrində Siyəzən şəhəri, Z.Əliyeva küçəsində yerləşən yolun kənarında olan inşaat materialları dükanının arxasındakı açıq sahəlikdən 15 ədəd hər birinin uzunluğu 4 metr olan dəmir boruları oğurlaması nəticəsində zərərçəkmiş şəxs X4 450 manat, 14 avqust 2022-ci il tarixdən 21 avqust 2022-ci il tarixə kimi olan müddət ərzində Zərərçəkmiş şəxs yaşadığı Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 13 saylı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən saxlanc yerindən 1 ədəd alüminium qazanı və 5 ədəd hər biri 2 metr uzunluğunda dəmir boruları oğurlaması nəticəsində Zərərçəkmiş şəxs cəmi 90 manat, 01 sentyabr 2022-ci il tarixdə, gecə vaxtı Siyəzən şəhəri, M.Müşfiq küçəsindəki 83 saylı fərdi yaşayış evinin həyətindən 1 ədəd “Meiredi” markalı velosipedi oğurlaması nəticəsində zərərçəkmiş şəxs X3 100 manat məbləğində ziyan vurduğunu bildirdi. Həmçinin, o, 25 may, 01 və 14 sentyabr 2022-ci il tarixli qərarlarla Şəxs əməllərində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işlərinin başlanmasının rədd edildiyini, barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etdiyini qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, 07 mart 2022-ci il tarixdə, təxminən saat 12:00 radələrində Siyəzən şəhəri, Z.Əliyeva küçəsində yerləşən yolun kənarında olan zərərçəkmiş şəxs X4 aid inşaat materialları dükanının arxasındakı açıq sahəlikdən 15 ədəd hər birinin uzunluğu 4 metr olan dəmir boruları oğurlamış, habelə bu boruları dəmir alan avtomaşının tanımadığı sahibinə cəmi 45 manata satmışdır. Bundan əlavə, o, 16 avqust 2022-ci il tarixdə, təxminən saat 19:30 radələrində Zərərçəkmiş şəxs yaşadığı Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 13 saylı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən saxlanc yerindən 1 ədəd alüminium qazanı və 5 ədəd hər biri 2 metr uzunluğunda dəmir boruları oğurlamış, bu əşyaları da dəmir alan avtomaşının tanımadığı sahibinə 24 manata satmışdır. Həmçinin, o, 01 sentyabr 2022-ci il tarixdə, təxminən saat 22:00 radələrində Siyəzən şəhəri, M.Müşfiq küçəsindəki 83 saylı fərdi yaşayış evinin həyətindən zərərçəkmiş şəxs X3 məxsus 1 ədəd “Meiredi” markalı velosipedi oğurlamış, habelə bu velosipedi “Pirin altı” deyilən ərazidə tanımadığı şəxsə 15 manata satmışdır. Zərərçəkmiş şəxslərə vurduğu zərərləri ödəməmiş, habelə zərərçəkmiş şəxslərlə barışmamışdır. Bununla belə, əməlindən səmimi peşmançılıq çəkməsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, 14 avqust 2022-ci il tarixdə Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 13 saylı fərdi yaşayış evinə getmiş, həmin vaxt orada hər şey qaydasında olsa da, 20 avqust 2022-ci il tarixdə gedərkən evin həyətyanı sahəsində yerləşən saxlanc yerindən 1 ədəd alüminium qazanın və 5 ədəd hər biri 2 metr uzunluğunda dəmir boruların yerində olmadığını müəyyən etmişdir. Elə həmin məqamda DİN-nin 102 xidmətinə zəng edib, baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona cəmi 90 manat məbləğində ziyan dəymiş, lakin ödənilməmişdir. Hazırda Şəxs tərəfindən ona vurulmuş ziyanın əvəzi ödənilmədiyindən ondan şikayətçidir və qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında göstərdi ki, 31 avqust 2022-ci il tarixdən 01 sentyabr 2022-ci il tarixə keçən gecə yaşadığı Siyəzən şəhəri, M.Müşfiq küçəsindəki 83 saylı fərdi yaşayış evinin həyətindən, habelə evin eyvanından bir il əvvəl 300 manata oğluna aldığı 1 ədəd “Meiredi” markalı velosiped oğurlanmış, nəticədə ona 100 manat məbləğində ziyan dəymiş, lakin ödənilməmişdir. Hazırda Şəxs tərəfindən ona vurulmuş ziyanın əvəzi ödənilmədiyindən ondan şikayətçidir və qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs X4 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxs Turqay Dəmirovun iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan 25 may, 01 və 14 sentyabr 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarlardan görünür ki, naməlum şəxsin (şəxslərin) əməllərində cinayət tərkibinin əlamətləri olmadığından barəsində (barələrində) cinayət işlərinin başlanması rədd edilmiş və barəsində (barələrində) inzibati qaydada müvafiq tədbirin görülməsi barədə materiallar Siyəzən RPŞ-nin İTB-yə göndərilmişdir. Həmçinin, həmin qərarlardan və işin faktiki hallarından görünür ki, Şəxs 07 mart 2022-ci il tarixdə, təxminən saat 12:00 radələrində Siyəzən şəhəri, Z.Əliyeva küçəsində yerləşən yolun kənarında olan inşaat materialları dükanının arxasındakı açıq sahəlikdən 15 ədəd hər birinin uzunluğu 4 metr olan dəmir boruları oğurlamaqla zərərçəkmiş şəxs X4 450 manat, 16 avqust 2022-ci il tarixdə, təxminən saat 19:30 radələrində Zərərçəkmiş şəxs yaşadığı Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 13 saylı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən saxlanc yerindən 1 ədəd alüminium qazanı və 5 ədəd hər biri 2 metr uzunluğunda dəmir boruları oğurlamaqla, Zərərçəkmiş şəxs cəmi 90 manat, 01 sentyabr 2022-ci il tarixdə, təxminən saat 22:00 radələrində Siyəzən şəhəri, M.Müşfiq küçəsindəki 83 saylı fərdi yaşayış evinin həyətindən 1 ədəd “Meiredi” markalı velosipedi oğurlamaqla, zərərçəkmiş şəxs X3 100 manat məbləğində ziyan vurmuşdur. Eyni zamanda, Turqay Dəmirovun müraciəti əsasında aparılmış araşdırma üzrə qəbul edilmiş 25 may 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərar əsasında başlanılmış inzibati araşdırma ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunla müəyyən edilmiş iki ay müddətində xırda talamanı törətmiş şəxsləri müəyyən etmək mümkün olmadığından inzibati xəta haqqında iş üzrə icraat 25 iyul 2022ci il tarixdə dayandırılmış, 29 sentyabr 2022-ci tarixdə keçirilən əməliyyat tədbirləri zamanı qeyd olunan hadisənin Şəxs tərəfindən törədildiyi müəyyən edildiyindən sonuncu RPŞ-yə aparılmış, habelə sözügedən tarixdə inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. İşdə olan 29 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs və X5 tərəfindən tərtib edilmiş ərizələrdən görünür ki, onlar dəymiş zərərləri ödənilmədiyindən Şəxs şikayətçidirlər və sonuncu barəsində qanunamüvafiq tədbir görülməsini xahiş edirlər. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən görünür ki, himayəsində 09 sentyabr 2011-ci il təvəllüdlü Məleykə və 28 iyul 2014-cü il təvəllüdlü Aylin adından iki yetkinlik yaşına çatmayan uşağı olan Şəxs "X10" MMC-də ictimai işlər üzrə sosial işçidir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 227-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama inzibati məsuliyyətə səbəb olan əməldir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq hissi çəkməsi, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olmaqla, faydalı əmək fəaliyyəti ilə məşğul olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs əməllərində, onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məsuliyyəti ağırlaşdıran halların olmamasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən törədilmiş inzibati xəta əməlləri nəticəsində vurduğu zərərləri ödəməməsini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini, həmçinin yüngülləşdirici halları nəzərə alaraq, ona İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 34.2, 40, 43, 48-51, 110, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 30 (otuz) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbs etmənin əvvəli 29 sentyabr 2022-ci il tarixdən saat 16.00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, X3, eləcə də X4 Şəxs inzibati xətanı törətməsi nəticəsində onlara dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüquqlarının olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-167/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-167/2022
29.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver