Məhkəmə qərarları › İş №3(059)-168/2020

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-168/2020

23.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-168/2020 23.09.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Naibov Nurlan Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Naxçıvan MR-in, Babək rayonu, Nehrəm kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada sürücülük fəaliyyəti ilə məşğul olan, Naxçıvan MR-in, Babək rayonu, Nehrəm kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 22:00 radələrində Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən DİN-in BDYPİ-nin YPXA-nın 707 saylı Stasionar xidməti postunun nəzarət dairəsində ictimai qaydanı mühafizə edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmayaraq X3 ilə birlikdə hadisə yerindən qaçmağa cəhd göstərmişdir. Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X4 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X4 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, Şəxs xx xxxxxxxx 2020ci il tarixdə, saat 22:00 radələrində Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən DİN-in BDYPİ-nin YPXA-nın 707 saylı Stasionar xidməti postunun nəzarət dairəsində ictimai qaydanı mühafizə edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmayaraq X3 ilə birlikdə hadisə yerindən qaçmağa cəhd göstərdiyini bildirdi. Eyni zamanda, xx xxxxxxxx 2020-ci il tarixli qərarda Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanmasının rədd edildiyini, barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etdiyini qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, özünə məxsus ** MU *** dövlət qeydiyyat nişanlı, “Ford” markalı yük avtomobili ilə Quba şəhərindən Bakı şəhərinə yük daşımaqla məşğul olur. xx xxxxxxxx 2020-ci il tarixdə təxminən saat 19:40 radələrində o, idarə etdiyi yük avtomobili ilə Quba şəhərindən çıxıb Bakı şəhərinə yük apararkən təxminən saat 22:00 radələrində Quba-Bakı yolunun Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən DİN-in BDYPİ-nin YPXA-nın 707 saylı Stasionar xidməti postunda YPXnin əməkdaşı ona saxla işarəsi verib, saxlatdırmış, bu zaman postla onun arasında təxminən 150-200 metr məsafə olmuşdur. Qeyd etdiyi məqamda, onun kimi həmin postda YPX-nin baş inspektoru Elvin Xankişiyev tərəfindən saxlanılmış şəriki Mahmud Nəcəfov yoxlanılıb, postdan ayrıldıqdan sonra, idarə etdiyi ** DT *** dövlət qeydiyyat nişanlı, “Daf” markalı yük avtomobili ilə onun avtomobilinə yaxınlaşaraq, arxa tərəfində saxlamışdır. Həmin vaxt Mahmudun avtomaşınını saxlatdırmış Elvin Xankişiyev onlara yaxınlaşmış, onun idarə etdiyi avtomaşına əyləşərək, geri posta qayıtmasını tələb etmiş, bu zaman Mahmud Elvinə onları buraxmasını xahiş etməyə başladıqda, o, polis əməkdaşlarının fikrinin yayınmasından istifadə edərək əvvəlcə avtomaşını ilə oradan uzaqlaşmaq istəmiş, həmin vaxt Elvinlə Mahmudun arasında mübahisə düşdüyündən bu fikrindən daşınmış, sonuncu, baş verənlərdən əsəbləşib söyüşlər söyməyə başladıqda, Elvin Mahmuddan sakitləşməsini tələb etmiş, habelə sonuncunu saxlamaq istədikdə o, geri çəkilmiş və Elvinə çox yaxın olduğu üçün arxaya çevrilib qaçmaq istədikdə, əlini hərəkət etdirən zaman əli istəmədən sərt bir şəkildə Elvinin üzünə dəymiş və ehtiyatsızlıqdan sonuncuya xəsarət yetirmişdir. Bundan sonra, Elvin xəsarət aldığı üçün yanlarında olan adını bilmədiyi yol patrul xidmətinin iki əməkdaşı Mahmudla Elvini ayırmışdır. Daha sonra, o və Mahmud qorxduqlarından hadisə yerindən qaçaraq uzaqlaşmış, lakin, polis əməkdaşları onların arxaları ilə qaçaraq onları saxlayıb Siyəzən RPŞ-yə gətirmişlər. Hazırda, törətmiş olduğu əməli məqsədyönlü şəkildə etməməsinin və əməlindən səmimi peşmançılıq çəkməsinin nəzərə alınmasını, bununla da, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İşdə olan sənədlərdən görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 22:00 radələrində Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən DİN-in BDYPİ-nin YPXA-nın 707 saylı Stasionar xidməti postunun nəzarət dairəsində ictimai qaydanı mühafizə edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmayaraq X3 ilə birlikdə hadisə yerindən qaçmağa cəhd göstərmişdir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi barədə materiallar aidiyyəti üzrə İTB-yə göndərilmişdir. Həmçinin, qərarda göstərilmiş Siyəzən MTE-nin xx xxxxxxxx 2020-ci il tarixli, 157 saylı rəyindən görünür ki, X1 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində sol qaş qövsü nahiyəsinin əzilmiş-cırılmış yarası, sol üst göz qapağı toxumalarının əziyi və baş beyin silkələnməsi aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi şəraitdə əl ilə yetirilə bilər, yetirilmə müddəti 1 günə qədər olub, xx xxxxxxxx 2020-ci il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Həmçinin, Elvin Xankişiyevin bədəni üzərində aşkar edilmiş və yuxarıda qeyd edilmiş bədən xəsarətləri öz boyu hündürlüyündən yıxılma zamanı yaranan xəsarətlər üçün xarakterik deyildir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Odur ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. İnzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.5-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini, əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini, o cümlədən polisin qanuni tələbinə qəsdən tabe olmayaraq qaçmağa cəhd göstərməsini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq, nəzərə alaraq, ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Eyni zamanda qeyd edirəm ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 22.10 radələrindən inzibati qaydada tutulması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 30 (otuz) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən saat 22.10-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar