Məhkəmə qərarları › İş №3(059)-169/2020

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-169/2020

25.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-169/2020 25.09.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Naibov Nurlan Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X1 iştirakları ilə xx xxxxxx 1992-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, deməsinə görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərlandşaft ASC 9 saylı Yaşıllaşdırma İdarəsində fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Siyəzən Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 21:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Siyəzən şəhəri, Babək Bayramov küçəsində saxlanılaraq üzərində şəxsi axrarış keçirilməsindən ötrü gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən gümüşü rəngli siqaret kağızına bükülü vəziyyətdə təmiz çəkisi 0,049 qram olmaqla kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu əməli ilə o, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 21:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Siyəzən şəhəri, Babək Bayramov küçəsində saxlanılaraq üzərində şəxsi axrarış keçirilməsindən ötrü gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən gümüşü rəngli siqaret kağızına bükülü vəziyyətdə təmiz çəkisi 0,049 qram olmaqla kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar edildiyini bildirdi. Eyni zamanda, xx xxxxxxxx 2020-ci il tarixli qərarda Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanmasının rədd edildiyini, barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati protokol tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etdiyini qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında bildirdi ki, təxminən 1 aydan çox olar psixotrop maddə “şüşə”ni, yəni metamfetamini çəkmək yolu ilə qəbul edir. O, xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhərinə getmiş, orada Sabunçu rayonu, Maştağa kəndində qohumlarının evində bir neçə gün qalmış, xx xxxxxxxx 2020-ci il tarixdə, səhər saatlarında Maştağa kəndində tanımadığı şəxsdən psixotrop maddə “şüşə”, yəni metamfetamin əldə etmiş, həmin psixotrop maddəni qəbul etməyi düşünmüş, lakin, imkan tapıb qəbul edə bilməmişdir. Bundan sonra, xx xxxxxxxx 2020-ci il tarixdə Siyəzən şəhərinə gəlmiş, həmin vaxtdan psixotrop maddə metamfetamin üzərində qalmış və imkan edib istifadə edə bilməmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə, təxminən saat 21:00 radələrində isə Siyəzən şəhəri, Babək Bayramov küçəsindən keçərkən mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə gəzdirmək şübhəli olduğunu bildirmiş və bununla əlaqədar olaraq, o, Siyəzən RPŞ-yə dəvət edilmiş, habelə orada növbətçi hissədə müdafiəçi Arif Həbibzadənin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman üzərində olan həmin 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsünü təqdim etmiş, həmin bükülü 1 ədəd ağ rəngli zərfə qoyulmuş və zərfin üzəri möhürlənmişdir. Daha sonra, bu barədə tərtib olunmuş protokol doğru olduğu üçün imzalanmışdır. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, eləcə də gənc olmaqla, daimi iş yerinə malik olmasının nəzərə alınaraq ona daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi barədə materiallar aidiyyəti üzrə göndərilmişdir. Həmçinin, sənədlərdən görünür ki, Şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,027 qram olan psixotrop maddə metafetamin maddi sübut kimi tanınmış və saxlanması üçün RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 6/1971 nömrəli ekspert rəyinin surətindən görünür ki, üzərində AR DİN “Zərflər üçün № 96” möhür əksi, “...Şəxs...” və s. yazılar, imzalar (05 imza) olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,049 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Metafetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Tədqiqata 0,022 qram istifadə olunduqdan sonra metafetaminin qalıq çəkisi 0,027 qram təşkil etmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, eləcə də, gənc olmaqla, əməlindən səmimi peşmançılıq çəkməsi, daimi iş yerinin olması, yəni Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərlandşaft ASC 9 saylı Yaşıllaşdırma İdarəsində fəhlə işləməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 19:10-dan inzibati qaydada tutulmuş, daha sonra azad olunmamışdır. Hazırda, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edildiyindən Şəxs barəsində tutma da ləğv edilməli və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilməklə, onun barəsində tətbiq ediləcək inzibati cərimə cəzası bu inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4-1-ci 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə o, 300 (üç yüz) manat inzibati cərimə tətbiq edilsin. Şəxs barəsində tutma ləğv edilsin və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilsin. xx xxxxxxxx 2020-ci il tarixdə Şəxs üzərindən aşkar edilərək götürülmüş, qalıq çəkisi 0,027 qram olan psixotrop maddə metafetamin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar