Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-170/2021 30.10.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında iş üzrə protokolları tərtib etmiş vəzifəli şəxs X3 iştirakları ilə xx xxxxx 1969-cu il tarixdə keçmiş Dəvəçi rayonun Böyük Həmyə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə subay, orta təhsilli, işləməyən, İİİ dərəcəli əlil, Siyəzən rayonu, Həmyə Ərazi Dairəsi, Böyük Həmyə kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510cu və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs sərxoş vəziyyətdə 29 oktyabr 2021-ci il tarixdə, saat 17:10 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində rayon İcra Hakmiyyətinin qarşısında ucadan ünvanlı və ünvansız nalayiq sözlər işlədərək ictimai qaydanı pozmuş, habelə həmin gün saat 17:45 radələrində gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində öz hərəkətlərini davam etdirməklə, oranın iş fəaliyyətini pozaraq polisin qanuni tələblərinə tabe olmamışdır. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X6 tərəfindən 30 oktyabr 2021-ci il tarixli, MN seriyalı ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin 30 oktyabr 2021-ci il tarixli, 3(059)-170/2021 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-170/2021 saylı və 3(059)- 171/2021 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-170/2021 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin polis sahə rəisi X6 tərtib etdiyi protokolların məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, icraatına daxil olmuş raportlar əsasında Şəxs barəsində inzibati xəta haqqında materiallar toplanmışdır. Belə ki, Şəxs sərxoş vəziyyətdə 29 oktyabr 2021-ci il tarixdə, saat 17:10 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində Siyəzən RİH-nin qarşısında ucadan ünvanlı və ünvansız nalayiq sözlər işlədərək ictimai qaydanı pozmuş, habelə onu nizam-intizama dəvət etmək istəyən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq, sonuncuları da nalayiq ifadələrlə təhqir etmiş, həmçinin polis əməkdaşları tərəfindən Siyəzən RPŞ-yə gətirildikdən sonra öz əməllərini davam etdirməklə, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq növbətçi hissənin iş fəaliyyətinə maneçilik törətmişdir. Ona görə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməllərində İXM-nin 510-cu və 535.1-ci maddələrinin tərkibi olduğundan protokollar tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, o, 29 oktyabr 2021-ci il tarixdə, nahar vaxtı 0.5 litr spirtli içki qəbul edərək təxminən saat 17:10 radələrində yaşadığı evdən Siyəzən şəhərinə çıxmış, çox sərxoş olduğu üçün şəhərin H.Əliyev küçəsində rayon İcra Hakmiyyətinin qarşısında əsəbindən ucadan ünvanlı və ünvansız nalayiq sözlər işlətməyə başlamış, bu zaman Siyəzən RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq, bu hərəkətinə irad tutub, onu nizam-intizama dəvət etmişlər. O, isə əsəbi olduğundan öz hərəkətlərini davam etdirmiş, bu səbəbdən də həmin gün, saat 17:45 radələrində Siyəzən RPŞ-nin əməkdaşları onu Polis Şöbəsinə aparıb, növbətçi hissəyə təhvil vermişlər. Orada isə çox sərxoş olduğundan yenidən öz hərəkətlərini idarə edə bilməmiş, habelə nizam-intizama dəvət olunmasına baxmayaraq, buna əhəmiyyət vermədən polisin qanun tələblərinə tabe olmayaraq RPŞ-nin növbətçi hissəsinin iş fəaliyyətini pozmuşdur. Odur ki, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, İİİ dərəcəli əlil olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid X1 izahatında göstərdi ki, 29 oktyabr 2021-ci il tarixdə, saat 17:10 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində post yoldaşı Elməddin Hüseynzadə ilə xidmətdə olarkən rayon İcra Hakmiyyətinin qarşısında bir nəfər şəxsin ucadan ünvanlı və ünvansız nalayiq ifadələr işlətdiyini eşidib, ona yaxınlaşaraq özlərini təqdim edib, sonuncunu nizam-intizama dəvət etsələr də, buna nail ola bilməmiş, əksinə adını sonradan öyrəndikləri Şəxs onları da təhqir edərək ünvanlarına nalayiq ifadələr işlətmişdir. Bu zaman onlar Şəxs barəsində qanuni tədbir görülməsi üçün sonuncunu RPŞ-yə aparmaq istəsələr də, Əfqan polisin qanuni tələbinə tabe olmamış, avtopatrul avtomobilinə ayaqla zərbə vurmuşdur. Daha sonra, Şəxs avtopatrul maşınına əyləşdirib, saat 17:45-də RPŞ-yə aparmışlar. Siyəzən RPŞ-nin inzibati binasına daxil olan zaman Əfqan nalayiq hərəkətlərini davam etdirmişdir. Bu hərəkətindən sonra, Şəxs növbətçi hissəyə təhvil verilməsi mümkün olmuş, habelə orada onun şəxsiyyəti müəyyənləşdirilmişdir. Bundan başqa, Əfqan Ağamaliyev RPŞ-nin növbətçi hissəsinin iş fəaliyyətini də pozmuş, habelə onu özünə gəlməsi məqsədilə şöbənin inzibati binasının qarşısına havaya çıxartsalar da, orada da sonuncu öz hərəkətlərini davam etdirmiş polisin qanuni tələbinə tabe olmamış və polisin ünvanına nalayiq ifadələr işlədərək xuliqanlıq hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında iştirak edən digər şahidlər, Siyəzən RPŞ-nin PPXT-nın manqa komandiri X7 və RPŞ-nin PPXT-nın polis nəfəri X2 şahid Bəhman İbrahimovun izahatına uyğun, eyni məzmunlu izahatlar verərək yuxarıda göstərilənləri bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid Siyəzən RPŞ-nin növbətçi hissəsinin növbətçi köməkçisi X4 izahatında göstərdi ki, 29 oktyabr 2021-ci il tarixdə, saat 17:45 radələrində növbətçi hissədə xidmətdə olarkən Şəxs sərxoş vəziyyətdə 29 oktyabr 2021-ci il tarixdə, saat 17:10 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində rayon İcra Hakmiyyətinin qarşısında ucadan ünvanlı və ünvansız nalayiq sözlər işlədərək ictimai qaydanı pozduğu üçün RPŞnin PPXT-nin polis nəfərləri Bəhman İbrahimov və Elməddin Hüseynzadə tərəfindən növbətçi hissəyə gətirilmişdir. Şəxs RPŞ-nin inzibati binasında, eləcə də növbətçi hissəsinin daxilində hərəkətlərinə davam edərək, başını divara vurub, özünə xəsarət yetirmiş və bu hərəkətləri ilə növbətçi hissənin iş fəaliyyətinə maneçilik törətmişdir. Tərəflərindən Şəxs RPŞ-nin inzibati binasının qarşısına çıxarılmış, lakin, o, öz hərəkətlərini davam etdirərək polisin ünvanına nalayiq ifadələr işlədib, xuliqanlıq hərəkətlərini davam etdirmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs sərxoş vəziyyətdə 29 oktyabr 2021-ci il tarixdə, saat 17:10 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində rayon İcra Hakmiyyətinin qarşısında ucadan ünvanlı və ünvansız nalayiq sözlər işlədərək ictimai qaydanı pozmuş, habelə həmin gün saat 17:45 radələrində gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində öz hərəkətlərini davam etdirməklə, oranın iş fəaliyyətini pozaraq polisin qanuni tələblərinə tabe olmamışdır. İşdə olan 29 oktyabr 2021-ci il tarixli, 00361 nömrəli protokollaşdırmadan görünür ki, Şəxs alkoqol sərxoşluğu olmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30 oktyabr 2021-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatından görünür ki, Şəxs 13 sentyabr 2021-ci il tarixdən 13 sentyabr 2026-cı il tarixədək bazu kələfinin zədələnməsi, elektrotravma nəticəsind çoxsaylı sinirlərin sol tərəfli zədələnməsi. Sol bazu pleksopatiyası davamlı qalıq əlamətləri. Sol yuxarı ətrafın parezi diaqnozu əsasında 3-cü dərəcəli əlillik verilmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. Bu Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Yenə bu Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Odur ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsi və İİİ dərəcəli əlil olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. İnzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Məsuliyyəti ağırlaşdıran halın və yüngülləşirən halların olmasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, eləcə də küçədə ünvansız nalayiq ifadələr işlədərkən xidməti vəzifəsini yerinə yetirməklə, onu nizam-intizama dəvət edən Siyəzən RPŞ-nin əməkdaşlarının tələblərinə məhəl qoymayaraq, hərəkətlərini davam etdirməsini, bundan sonra, gətirildiyi RPŞ-nin növbətçi hissəsində bu cür hərəkətlərini davam etdirməklə, polisin nizam-intizamla bağlı digər qanuni tələblərinə əməl etməyib, polisin iş fəaliyyətini pozmasını, bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin əmlak vəziyyətini nəzərə alaraq, ona İXM-nin 510-cu və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 birindən az olmamaqla, cəza təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 29 oktyabr 2021-ci il tarixdə, saat 17:10 radələrindən faktiki saxlanılması və bundan sonra, həmin gün saat 22:35-dən inzibati qaydada tutulması, bundan sonra azad edilməyərək məhkəməyə gətirilməsi onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 34.2, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 15 (on beş) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli 29 oktyabr 2021-ci il tarixdən saat 17.10-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-170/2021
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-170/2021
30.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver