Məhkəmə qərarları › İş №3(059)-171/2024

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-171/2024

12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-171/2024 12.07.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisifərdi qaydada fəaliyyət göstərən Vəkil, Zərərçəkmiş şəxs, Siyəzən rayon Polis Şöbəsinin nümayəndəsi- İTB-nin polis sahə rəisi X1 iştirakları ilə, 10 avqust 1988-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Siyəzən Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 2(059)-14/2024 saylı qətnaməsinə əsasən nikahı pozulmuş, "xxxx" ASC-də yuyulma üzrə aparatçı vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, bu şəhərin eyni küçəsindəki 30 A saylı fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 04 iyun 2024-cü il tarixdə, saat 18:00 radələrində aralarında yaranmış mübahisə zamanı Siyəzən şəhərinin Şəhriyar küçəsində, birgə yaşadıqları 30 A saylı fərdi yaşayış evində keçmiş arvadı Zərərçəkmiş şəxs ayaq zərbəsi ilə sol ayağına, habelə yumruqla sinəsinə vuraraq, sonuncuya qəsdən fiziki ağrı yetirmişdir. Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən 12 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin nümayəndəsi- İTBnin polis sahə rəisi X5, RPŞ-nin polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş protokolu müdafiə etməklə, onun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, 04 iyul 2024-cü il tarixdə, saat 18:00 radələrində ünvan 2 ünvanında Zərərçəkmiş şəxs keçmiş əri Şəxs tərəfindən döyülməsi barədə Siyəzən RPŞ-nə edilmiş, müraciət əsasında onlardan izahat alınmış, habelə təhqiqatçının qəbul etdiyi cinayət təqibinin başlanmasının rədd olunması haqqında qərar əsasında Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə qismən təqsirli bilərək izahatında göstərdi ki, 04 iyun 2024-cü il tarixdə Siyəzən Rayon Məhkəməsində onunla Zərərçəkmiş şəxs arasında nikahın pozulması barədə qətnamə qəbul edilmiş, habelə əvvəlcə o, qızı Nuray Güləliyeva ilə, sonra isə Zərərçəkmiş şəxs oğlu Hüseyn Güləliyev ilə birlikdə yaşadıqları ünvan 3 ünvanına getmişlər. Həmin tarixdə, saat 18:00 radələrində yaşadıqları evdə olarkən Zərərçəkmiş şəxs qızları Nuraya atasının himayəsində qalmaq istəməsi ilə bağlı iradını bildirməklə, yanaşı sonuncunun üzərinə gedərək, üstünə qışqırmışdır. Bu zaman, o, Nüşabədən həmin evdən çıxmasını tələb etməklə, sonuncuya evdən istifadə hüququnun tanınması üçün məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs onu təhqir etməyə, habelə ayaq nahiyəsinə təpiklə zərbələr endirməyə başlamış, o isə, özünü müdafiə etmək üçün Nüşabənin ayaq nahiyəsinə təpiklə zərbələr endirsə də, sonucunu sinə nahiyəsindən vurmamışdır. Eyni zamanda, təxminən 15-20 dəqiqə davam edən münaqişədən sonra o, DİN-nin 102 xidmətinə hadisə barədə məlumat vermişdir. Odur ki, əməlindən peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, 04 iyul 2024-cü il tarixdə Siyəzən Rayon Məhkəməsindən çıxaraq, həmin vaxt oğlu Hüseyn ilə yaşadığı ünvan 3 ünvanına getmiş, habelə saat 18:00 radələrində sözügedən evə çatarkən Şəxs və sonuncunun anası Kəmalə Güləliyevanın evin giriş qapısının önündə əyləşdiyini görmüşdür. Bu zaman, Şəxs anası Kəmalə ilə söhbət edərkən, onları evdən çıxaracağını bildirmiş, habelə onu nalayiq ifadələr ilə təhqir etmiş, o da, həmin formada Şəxs cavab qaytarmışdır. Bundan sonra isə, evin içərisində olarkən oğlu Hüseyn Güləliyevin ağlamaq səsini eşidərək, çölə çıxmış, habelə sonuncudan ağlamasının səbəbini soruşduqda, oğlu, velosiped sürərkən atasının saxladığı göyərçinlərin uçduğunu, məhz buna görə atasının qolunu nərdivana vurduğunu bildirmişdir. Buna görə Şəxs ilə itələşmiş, hətta qolu sonuncunun gözünə dəymişdir. Daha sonra, sözügedən evə qayıdıb oğlu Hüseynə şam yeməyi hazırlayarkən Şəxs içəri daxil olaraq, ayağındakı ayaqqabını soyunmadan, siqaret kötüyünü yerə atmaqla, onun əlindəki çaynik alıb döşəməyə dağıtmış, məhz bu səbəbdən o, divana əyləşib ağlamışdır. Bu zaman Şəxs qəflətən onun sol ayaq nahiyəsinə təpiklə, həmçinin sinə nahiyəsinə yumruqla zərbə endirmişdir. Daha sonra o, yaşadığı evdən çıxaraq, əvvəl DİN-nin 102 xidmətinə zəng etməklə, sonra isə, Siyəzən RPŞ-yə ərizə yazmaqla, hadisə barədə məlumat vermişdir. Hazırda Şəxs ilə barışmaq fikri yoxdur, sonuncudan şikayətçi olmaqla, ona inzibati tənbeh təyin edilməsini xahiş edir. İş materiallarında olan 04 iyul 2024-cü il tarixli cinayət təqibinin başlanmasının rədd olunması haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs və Şəxs müraciətləri əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət təqibinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Siyəzən RPŞ-nin İTB-nə göndərilmişdir. Həmçinin, həmin qərardan və işin faktiki hallarından görünür ki, Şəxs 04 iyun 2024cü il tarixdə, saat 18:00 radələrində aralarında yaranmış mübahisə zamanı Siyəzən şəhərinin Şəhriyar küçəsində, birgə yaşadıqları 30 A saylı fərdi yaşayış evində keçmiş arvadı Zərərçəkmiş şəxs ayaq zərbəsi ilə sol ayağına, habelə yumruqla sinəsinə vuraraq, sonuncuya qəsdən fiziki ağrı yetirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 05 iyun 2024-cü il tarixli, 94 nömrəli rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol baldırın yumşaq toxumalarının əziyi və döş qəfəsinin sol yarısının qançırı aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, boyu hündürlüyündən yıxılmaya və öz-özünə yetirilən xəsarətlərə xarakterik deyil, yaranma müddəti bir günə qədər olub 04 iyun 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarına görə dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 12 iyul 2024-cü il tarixli ərizəsindən görünür ki, o, Şəxs ilə barışmamış və sonuncu barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İnzibati xəta haqqında materiala əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemində olan şəxs barədə məlumatlardan, eləcə də, Siyəzən Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 2(059)-14/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Şəxs ilə cavabdeh Zərərçəkmiş şəxs arasında Siyəzən rayon qeydiyyat şöbəsində 11 sentyabr 2012-ci il tarixdə 133 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, habelə tərəflərin birgə nikahından doğulmuş 28 dekabr 2012ci il təvəllüdlü X3 atası, iddiaçı Şəxs, 30 aprel 2014-cü il təvəllüdlü X4 isə anası, cavabdeh Zərərçəkmiş şəxs himayəsində və yanında saxlanılmışdır. Həmçinin, himayəsində 28 dekabr 2012-ci il təvəllüdlü Nuray adında bir yetkinlik yaşına çatmayan uşağı olan Şəxs "xxxx" ASC-də yuyulma üzrə aparatçı vəzifəsində işləyir. İşdə olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 05 oktyabr 2023-cü il tarixli, 3(059)-249/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona 450 (dörd yüz əlli) manat inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi qismən etirafedici izahatına tənqidi yanaşaraq hesab edir ki, onun təqsirini qismən etiraf etməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Beləliklə, işdə olan sübutlarla müəyyən olundu ki, Şəxs 04 iyun 2024-cü il tarixdə, saat 18:00 radələrində aralarında yaranmış mübahisə zamanı Siyəzən şəhərinin Şəhriyar küçəsində, birgə yaşadıqları 30 A saylı fərdi yaşayış evində keçmiş arvadı Zərərçəkmiş şəxs ayaq zərbəsi ilə sol ayağına, habelə yumruqla sinəsinə vuraraq, sonuncuya qəsdən fiziki ağrı yetirmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati məsuliyyətə səbəb olan əməldir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olmaqla, faydalı əmək fəaliyyəti ilə məşğul olması və əməlindən səmimi peşmançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Bundan başqa, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş eyni xətanı inzibati tənbeh vermə haqqında Siyəzən Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 3(059)-249/2023 saylı qərarı qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınır. Məsuliyyəti ağırlaşdıran halın və yüngülləşirən halların olmasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olmaqla, faydalı əmək fəaliyyəti ilə məşğul olmasını, əməlindən səmimi peşmançılıq hissi keçirməsini nəzərə alaraq, Şəxs İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 500 (beş yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar