Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-172/2020 02.10.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Naibov Nurlan Nizami oğlunun katibliyi, Şikayətçi – X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin Alayının polis polkovniki X7 xx xxxxxx 2020-ci il tarixli, XP seriyalı, ******* saylı inzibati xəta haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş pozuntu, yəni epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması ilə bağlı X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin YPXA-nın Xİİ tağımının Yol Patrul Xidmətinin inspektoru X4 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol əsasında başlanmış icraata elə həmin tarixdə XP seriyalı, ******* saylı qərarla xitam verilmişdir. Bundan sonra, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin Alayının polis polkovniki X7 xx xxxxxx 2020-ci il tarixli, XP seriyalı, ******* saylı inzibati xəta haqqında qərarından şikayət vermişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 izahatında bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə işlədiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma Bölümü tərəfindən ona karantin rejimində qalması üçün Bakı şəhəri, Nizami rayonundakı “Atletlər” kəndinə getmək tapşırılmışdır. Belə ki, o, dənizdə işlədiyi üçün bir müddət qeyd edilən ünvanda karantində saxlanılmalı, daha sonra isə iş yerinə göndərilməli idi. Bu məqsədlə xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 12:00 radələrində Siyəzən rayonundan Bakı şəhərinə hərəkətə başlamış, bu zaman Bakı-Quba yolunun 52-ci kilometrliyində stasionar postda karantin qaydalarının pozulması ilə əlaqədar barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi tətbiq edilməklə, 200 manat cərimə edilsə də, əvvəlcə aidiyyəti üzrə verdikləri şikayət baxılmasa da, elə həmin gün onunla bağlı başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Lakin, həmin vaxt qəbul edilmiş sonuncu qərarın mahiyyəti ona aydın olmadığından bu qərardan məhkəməyə şikayət vermişdir. Hazırda isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin Alayının polis polkovniki X7 xx xxxxxx 2020-ci il tarixli, XP seriyalı, ******* saylı inzibati xəta haqqında qərarının mahiyyəti ona aydındır. Ona görə də hazırda şikayətini müdafiə etmədiyini bildirib, xx xxxxxx 2020-ci il tarixli qərarın dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi. İnzibati xəta haqqında qərarı qəbul etmiş şəxs, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin Alayının polis polkovniki X8 inzibati xəta haqqında işə baxılması vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, o, məhkəməyə gəlməmiş, eləcə də işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, İXM-nin 133.2.4-cü maddəsinə əsasən inzibati xəta haqqında qərarı tərtib etmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyərək və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından da görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş pozuntu, yəni epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması ilə bağlı X3 barəsində xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* saylı protokol tərtib olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin Alayının polis polkovniki X7 xx xxxxxx 2020-ci il tarixli, XP seriyalı, ******* saylı inzibati xəta haqqında qərarının surətindən görünür ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə İXP seriyalı, ******* saylı protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilmişdir. İşdə olan X2 tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, barəsində xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin Alayının polis polkovniki X10 tərəfindən qəbul edilmiş qərarın mahiyyəti ona aydındır və onun heç bir şikayəti yoxdur. Odur ki, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, şikayət hazırda onu verən şəxs tərəfindən müdafiə edilməmiş, o cümlədən bu hal əvvəllər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin Alayının polis polkovniki X7 mahiyyəti başa düşülməmiş xx xxxxxx 2020-ci il tarixli, XP seriyalı, ******* saylı inzibati xəta haqqında qərarının mahiyyətinin hazırda aydınlaşdırılması ilə izah edilmişdir. Belə ki, həmin qərarla X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə İXP seriyalı, ******* saylı protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilmişdir. Bundan əlavə, şikayətçi Ramil Atakişiyev hazırda qərardan şikayətinin olmadığını bildirməklə də, hazırkı şikayətin araşdırılmasında maraqlı olmadığını nümayiş etdirmişdir. Bununla da, hazırkı şikayətin müdafiə edilməməsi onun araşdırılması zərurətini aradan qaldırmaqla, istisna edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Yenə bu Məcəllənin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması inzibati məsuliyyətə səbəb olan əməldir. Həmçinin, İXM-nin 101-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Bu Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Sözügedən Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə iş materiallarını araşdırıb təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, şikayətçi X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin Alayının polis polkovniki X7xx xxxxxx 2020-ci il tarixli, XP seriyalı, ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayətçi X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin Alayının polis polkovniki X7xx xxxxxx 2020-ci il tarixli, XP seriyalı, ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №3(059)-172/2020
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-172/2020
02.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver