Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-172/2022 03.11.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs3 iştirakları ilə 08 avqust 1983-cü il tarixdə Ağdam rayonunun Əhmədavar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdam rayonunun Əhmədavar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında (Qaçqınlar şəhərciyi) yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 23 iyun 2022-ci il tarixdə, saat 11:00-da Bakı-Quba- Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 78.5-ci kilometrliyində Quba istiqamətində hərəkətdə olarkən onun etibarnamə əsasında idarə etdiyi “Donfeng DFL3310A14 yük” markalı, ** OB *** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi “Vaz 21043” markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə sonuncu, Zərərçəkmiş şəxs2 az ağır və Zərərçəkmiş şəxs3 isə yüngül bədən xəsarətləri almışlar. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 327.2 və 327.8-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, o, 23 iyun 2022-ci il tarixdə, təxminən saat 11:00 radələrində 30 aprel 2009-cu il tarixdə aldığı sürücülük vəsiqəsi əsasında 28 dekabr 2021-ci il tarixli etibarnamə ilə idarə etdiyi “Donfeng DFL3310A14 yük” markalı, ** OB *** dövlət qeydiyyat nişanlı yük avtomobil ilə Abşeron rayonunun Hökməli qəsəbəsindən Siyəzən şəhərinə yolun təmir edilməsinə görə gətirdiyi kubik qırıntılarını boşaltmaq üçün təmir olunan hissəyə doğru yolun sol çiyni istiqamətində xəbərdarlıq siqnalını yandıraraq dönmə manevri etməyə başlamış, lakin qarşıdan gələn avtomaşını görmədiyindən qəza hadisəsi baş vermişdir. Nəticədə, idarə etdiyi yük avtomaşının sol qabaq hissəsi Zərərçəkmiş şəxs1 idarə etdiyi “Vaz 21043” markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomaşının sol qabaq hissəsi ilə toqquşmuş, beləliklə hər iki maşın deformasiyaya uğrasa da, “Vaz 21043” markalı avtomaşının ön hissəsinə ciddi zərər dəymişdir. “Vaz 21043” markalı avtomaşında sürücü qismində Ramin, sərnişinin qismində isə Firudin və Əli adlı şəxslər olmuşdur. O, hadisə zamanı heç bir xəsarət almasa da, digər avtomaşında olan şəxslər hadisə nəticəsində yüngül bədən xəsarətləri almışlar. Daha sonra, hadisə yerinə yol patrul xidmətinin əməkdaşları və təcili tibbi yardım maşını gəlmiş, həmçinin “Vaz 21043” markalı avtomaşında xəsarət almış şəxslər xəstəxanaya aparılmışlar. Hadisədən sonra, yalnız Zərərçəkmiş şəxs2 dəyərini dəqiq bilmədiyi iynə və dərman preparatlarının alınmasında tanışları tərəfindən köməklik göstərilmiş, digər zərərçəkmiş Zərərçəkmiş şəxs1 isə heç bir maddi dəstək olmasa da, sonuncunun idarə etdiyi avtomaşına dəymiş zərər sığorta şirkəti tərəfindən qarşılanmışdır. Bundan əlavə, sürücülük vəsiqəsini əvvəlcə yol patrul xidmətinin əməkdaşlarına təqdim etsə də, sonradan özünə qaytarılmış, həmçinin sürücülük vəsiqəsi hazırda əvvəl işlədiyi şirkətdə saxlanılmaqdadır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs3 izahatında göstərdi ki, o, 23 iyun 2022-ci il tarixdə, saat 11:00 radələrində uzaq qohumu Zərərçəkmiş şəxs1 idarə etdiyi “Vaz 21043” markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Zərərçəkmiş şəxs2la birlikdə sonuncunun “Vaz 2121” markalı avtomobilinə ehtiyat hissəsi almaq məqsədilə Sumqayıt şəhərinə gedərkən Şəxs, idarə etdiyi “Dongfeng” markalı, ** OB *** dövlət qeydiyyat nişanlı yük avtomobilini anidən onların qarşısına çıxarmış, bununla da, Siyəzən rayonunun Zarat kəndi ərazisində onun yüngül, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 isə az ağır xəsarət alması ilə nəticələnən qəza hadisəsi baş vermişdir. Daha sonra, onlar təcili tibbi yardım avtomobili ilə X2 Diaqnostika Mərkəzinə gətirilmiş, tibbi müayinələrdən sonra o, ciddi xəsarət olmadığı üçün həmin gün evə buraxılsa da, Zərərçəkmiş şəxs2 bir gün, Zərərçəkmiş şəxs1 isə iki gün sonra buraxılmışdır. Belə ki, onun üz nahiyəsində kiçik çapıq olmuş bu səbəbdən də, evdə ilkin tibbi yardımları edildiyinə görə müalicəsi üçün heç bir xərc çəkməmişdir. Bundan əlavə, Zərərçəkmiş şəxs1 idarə etdiyi “Vaz 21043” markalı avtomaşının qabaq sol hissəsi deformasiyaya uğradığına görə həmin avtomobilə təxminən 1200 manat məbləğində zərər dəymişdir. Ona aldığı xəsarətlə əlaqədar Şəxs tərəfindən heç bir köməklik edilməsə də, sonuncuya qarşı hər hansı bir formada şikayəti yoxdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayına, eləcə də digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, bu zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmiş, habelə sonuncular ərizə ilə məhkəməyə müraciət edib, Şəxs qarşı şikayət və tələblərinin olmadığını göstərməklə, məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini xahiş etsələr də, Alay nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin, eləcə də digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 23 iyul 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.8-ci maddələri ilə tədbir görülməsi üçün qərarın surəti BDYPİ-nin YPX alayına göndərilmişdir. Həmçinin, qərarın, eləcə də sürücülük vəsiqəsinin və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, etibarnamənin surətlərindən görünür ki, X3 məxsus “Donfeng DFL3310A14 yük” markalı, ** OB *** dövlət qeydiyyat nişanlı avtomobil 28 dekabr 2021-ci il tarixdən 31 may 2029-cu il tarixədək Şəxs etibarnaməli idarəçiliyində olmuş, həmçinin sonuncu 31 may 2019-cu il tarixdən 31 may 2029-cu il tarixədək etibarlılıq müddəti olan “BC” kateqoriyalı sürücülük hüququna malik olmaqla, avtomobilini ayıq vəziyyətdə idarə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X4 04 iyul 2022-ci il tarixli, 128 saylı rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində sol budun travmatik çıxığı, burun sümüyünün yerini dəyişmiş sınığı və üzün əzilmiş yarası aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərildiyi şəraitdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində yarana bilər, yaranma müddəti 23 iyun 2022-ci il tarixə uyğun gəlir və səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X4 04 iyul 2022-ci il tarixli, 129 saylı rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində üzün əzilmiş yarası, döş qəfəsinin və qarın divarının qançırları, sol dirsəyin sıyrığı aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərildiyi şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilər, yaranma müddəti 23 iyun 2022-ci il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X4 11 iyul 2022-ci il tarixli, 134 saylı rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində sol 3,4,5-ci qabırğaların sınıqları, sirkə kasasının dibinin sınığı, alnın, üzün və hər iki yuxarı ətrafların çoxlu sayda sıyrılmış yaraları aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərildiyi şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilər, yaranma müddəti 23 iyun 2022-ci il tarixə uyğun gəlir və səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. Bundan əlavə, yuxarıda qeyd edilən qərarın, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2022-ci il tarixli, 8/1814 saylı ekspert rəyinin surətlərindən görünür ki, Şəxs öz hərəkəti ilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuşdur. İş materiallarına əlavə edilmiş, 23 iyun 2022-ci il tarixli yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, Şəxs 23 iyun 2022-ci il tarixdə, saat 11:00-da Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 78.5-ci kilometrliyində idarə etdiyi “Donfeng DFL3310A14 yük” markalı, ** OB *** dövlət qeydiyyat nişanlı avtomobillə Quba istiqamətində hərəkətdə olarkən yol nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 351-1, 353.5, 361, 363, 363-1, 363- 2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602- 1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İXM-nin yuxarıda qeyd edilən maddələrinin tələblərindən də göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinə aiddir. Belə olan halda, İXM-nin 327.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinə müvafiq olaraq cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsindən sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsindən irəli gələn eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipinin tətbiqi sahəsinə daxil edilmədiyindən, bu prinsipin pozulmasına gətirib çıxarmır. Şəxsin həm az ağır zərər, həm də yüngül bədən xəsarəti yetirdiyi zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət məsuliyyətindən azad edilməsindən sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi həmin Məcəllənin 9.1-ci maddəsində ifadə olunan ümumhüquqi ədalətlilik prinsipinin pozulması kimi qəbul edilməlidir. Bu mənada qeyd olunmalıdır ki, 23 iyul 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarında az ağır xəsarətlər almış zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxslə barışması, həmçinin sonuncu tərəfindən qeyd olunan zərərçəkmiş şəxslərə dəymiş zərərin tam ödənildiyi, bu əsasla da, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263cü maddəsi ilə cinayət işinin başlanmasının rədd edildiyi göstərilsə də, Şəxs yol-nəqliyyat hadisəsi zamanı yüngül xəsarət almış Zərərçəkmiş şəxs3la barışması və ya sonuncuya dəymiş ziyanı ödəməsi ilə bağlı hər hansı bir araşdırma aparılmamış, bu hal ibtidai araşdırma ilə müəyyən edilməmiş, habelə cinayət işinin başlanmasının rədd edilməsi əməldə cinayət tərkibi olmaması əsası ilə icra edilməmişdir. Bu səbəbdən də, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsindən irəli gələn eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipinin pozulmasına gətirib çıxarmır. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinə əsasən üfiqi nişanlanma zamanı 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hal kimi zərərçəkmiş şəxslərin ona qarşı şikayətlərinin və tələblərinin olmaması nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsini nəzərdə tutan xəta əməlini törətməsinə baxmayaraq, sürücülük vəsiqəsini təqdim etməməklə, onu əvvəllər işlədiyi müəssisədə saxlanıldığı bildirməsini, bununla da qeyri-səmimilik nümayiş etdirməklə, inzibati məsuliyyətindən yayınmağa cəhd etməsini, həmçinin həmin şəxslərə şəxsən özü tərəfindən zərərin ödənilməsi istiqamətində əməli tədbirlər görməməsini, təqsirinin dərəcəsini, o cümlədən yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olan hərəkətə başladığı andan yol hərəkəti iştirakçılarının həyat və sağlamlığına ciddi təhlükə yaradaraq çox sayda şəxsin müxtəlif dərəcəli xəsarətlər almasını, eləcə də əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halın mövcudluğunu nəzərə alaraq, hesab edirəm ki, Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: 1) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, ona inzibati tənbeh olaraq 6 (altı) ay müddətində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması təyin edilsin. 2) Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayına göndərilsin. 2) Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-172/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-172/2022
03.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver