Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-173/2022 06.10.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X1 iştirakları ilə xx xxxxxx 1984-cü il tarixdə keçmiş Dəvəçi rayonunun Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhərinin St.Sumqayıt qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X2 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, Xaçmaz Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(067)-370/2022 saylı icra vərəqəsinə əsasən cəmi 2840 manat aliment borcunu Aslanova (Bağırova) Bikə Miryaqub qızına ödəməkdən yayınır. Bu barədə Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X2 tərəfindən 06 oktyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Şəxs borclu qismində keçdiyi icra sənədi Xaçmaz Rayon Məhkəməsi tərəfindən 28 mart 2022-ci il tarixdə şöbəyə daxil olmuş, habelə aparılmış icra tədbirləri nəticəsində borclunun həmin dövrdə "xxxx" MMC-də işlədiyi məlum olmuşdur. Bu səbəbdən də, alimentin tutulması məqsədilə tərəflərindən borclu Şəxs işlədiyi MMC-yə müraciət edilmiş, həmçinin bu müraciətdən sonra borclunun əmək haqqından bir dəfə, 230 manat məbləğində tutulma aparılmışdır. Sonradan borclunun "xxxx" MMC-də işləməməsi ilə bağlı məlumat daxil olmuş, bununla bağlı 30 iyul 2022-ci il tarixdə sistemdən çıxarış edilmiş, məhz bundan sonra, borclunun əmək haqqından tutulmaların aparılması mümkün olmamışdır. Bundan əlavə, borclu Şəxs işdən çıxarıldıqdan sonra əlavə olaraq daha 230 manat aliment ödənişi etmiş, habelə ödənişi dayandırmışdır. Beləliklə, borclu tərəfindən ümumilikdə 460 manat aliment ödənişi icra edilmişdir. Eyni zamanda, borclu Şəxs yaşayış yerini müəyyən etmək mümkün olmadığından, həmçinin sonuncunun (055) *** ** ** saylı mobil nömrəsi ilə əlaqə saxlanılsa da, çağırışlara gəlmədiyindən onun barəsində 26 sentyabr 2022-ci il tarixdə axtarışla bağlı qərar qəbul edilərək, icra olunması üçün Siyəzən RPŞ-yə göndərilmişdir. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik borclu tərəfindən lazımınca icra olunmadığına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, Xaçmaz Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli icra vərəqəsinə əsasən tələbkara 2840 manat aliment borcu vardır. O, əvvəllər plastik boru operatoru kimi "xxxx" MMC-də işləsə də, işlər dayandığından çalışdığı müəssisədən işdən çıxmağa məcbur olmuşdur. Bu səbəbdən də hazırda maddi imkanı yaxşı deyildir. Digər tərəfdən özü işləməməklə, yanaşı xəstə atasına baxır, habelə evdə yalnız anası işləyir. Bundan başqa, Siyəzən rayon icra və probasiya şöbəsinin sonrakı çağırışlardan məlumatı olmamış, ödənişləri hansı qaydada edəcəyini bilməmişdir. Eyni zamanda, o, Siyəzən RPŞ-nin əməkdaşının zəngi əsasında bu gün Siyəzən rayonuna gəlmiş, habelə saat 14:00 radələrindən saxlanılaraq, sərbəst buraxılmamış, oradan rayon icra və probasiya şöbəsinə, daha sonra məhkəməyə gətirilmişdir. Bundan əlavə, o, aliment borcunu ödəmək niyyətində olsa da, həm işləməməsi, həm də maddi imkanının hazırda yaxşı olmaması səbəbindən bunu edə bilmir. Odur ki, törətdiyi əməli məqsədyönlü şəkildə etməməsinin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 528.1-ci maddəsi ilə özünü qismən təqsirli bilməsinə dair izahatına tənqidi yanaşaraq hesab edir ki, onun bu əmələ, yəni İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə münasibətdə təqsirini tam etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə bu əməllə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Zərərçəkmiş şəxs Aslanova (Bağırova) Bikə Miryaqub qızına inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, o, məhkəmə iclasına gəlməmiş, bununla belə Siyəzən rayon icra və probasiya şöbəsinə ərizə ünvanlayaraq borclu Şəxs 3000 manatdan çox aliment borcunun yarandığını, sonuncunun uşaqları ilə maraqlanmadığını göstərib, bu borcun ödətdirilməsi üçün onun həbs edilməsini xahiş etmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan sənədlərin surətlərindən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(067)-370/2022 saylı icra vərəqəsi icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Eyni zamanda, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar 26 sentyabr 2022-ci il tarixdə borclu barədə axtarış elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmişin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən aliment borcunun miqdarının kifayət qədər olmasını, uzun müddət ödənilməməsini, əməlinə münasibətdə qeyri-səmimilik nümayiş etdirməsini, icra sənədinin mövcudluğundan məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirməsini, barəsində axtarış elan edilməklə, müəyyən müddətdə axtarışda olmasını, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Eyni zamanda qeyd edirəm ki, Şəxs 06 oktyabr 2022-ci il tarixdə, saat 14.00 radələrindən faktiki saxlanılması və bundan sonra sərbəst buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110- 115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 12 (on iki) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 06 oktyabr 2022-ci il tarixdən saat 14:00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-173/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-173/2022
06.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver