Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-175/2020 30.09.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Naibov Nurlan Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X5 iştirakları ilə xx xxxxxx 1976-cı il tarixdə keçmiş Dəvəçi rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Siyəzən Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxxxx 2020ci il tarixdə, saat 14:00 radələrində yaşadığı Siyəzən rayonu, Yenikənd kəndində yerləşən fərdi yaşayış sahəsində narkotik vasitə olan marixuanadan istifadə etmiş, bundan sonra, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 12:00 radələrində X4 şikayəti əsasında Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 və CAB-ın baş əməliyyat müvəkkili X6 çağırışı ilə gəldiyi RPŞ-nin növbətçi hissəsində keçirilən şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, müayinəsi zamanı sidiyində narkotik vasitə olan marixuanadan qanunsuz olaraq istifadə etməsi aşkar edilmişdir. Bu əməli ilə o, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X10 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 14:00 radələrində yaşadığı Siyəzən rayonu, Yenikənd kəndində yerləşən fərdi yaşayış sahəsində narkotik vasitə olan marixuanadan istifadə etdiyini, bundan sonra, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 12:00 radələrində yaşadığı ünvanda X4 şikayəti əsasında Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 və CABın baş əməliyyat müvəkkili X6 çağırışı ilə gəldiyi RPŞ-nin növbətçi hissəsində keçirilən şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, müayinəsi zamanı sidiyində narkotik vasitə olan marixuanadan qanunsuz olaraq istifadə etməsinin aşkar edildiyini bildirdi. Eyni zamanda, barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati protokol tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etdiyini qeyd etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında övladı yaşadıqları Siyəzən rayonu, Yenikənd kəndində yerləşən fərdi yaşayış evinin qarşısında velosiped sürərkən həmkəndlisi və qonşusu X8 avtomaşınını məhəllədə yüksək idarə etdiyindən oğlu həmin avtomobilin küləyinin təsiri ilə yıxılmış və bu hadisə onun tərəfindən müşahidə edilərək onda narazılıq yaratmışdır. xx xxxxxxxx 2020-ci il tarixdə həmkəndlisi və qonşusu Kamran Səmədovla qarşılaşmış, bu zaman digər qonşusu X3 da onun yanında olmuşdur. Bundan sonra, o, Kamran Səmədova avtomaşınını məhəllə daxilində yüksək sürətlə idarə etməsinə öz iradlarını bildirdikdə, sonuncu ona qarşı nalayiq ifadələr işlətməyə başlamış, həmçinin, Kamran Bəxtiyarla da mübahisə etmişdir. Bu səbəbdən də, o və Bəxtiyar Kamranın hərəkətlərinə əsəbləşərək xx xxxxxxxx 2020-ci il tarixdə, saat 21:00 radələrində sonuncunu heç kimin olmadığı Siyəzən rayonu, Yenikənd kəndindən keçən su kanalının kənarına aparmaqla, orada onun əl-qolunu bağlayıb, hər iki ayağının altını alışqan və dəmir parçası ilə yandırmışlar. Bundan sonra, əsəbləri sakitləşmədiyindən xx xxxxxxxx 2020-ci il tarixdə, saat 14:00 radələrində yaşadığı evin həyətində giriş qapısı tərəfdə yabanı şəkildə bitmiş təxminən 20-25 sm hündürlüyü olan çətənə bitkisini qurudub, ondan narkotik vasitə olan marixuana əldə etmiş və onu gizli bir yerdə çəkmişdir. Daha sonra, o, işləmək üçün Bakı şəhərinə getmiş, xx xxxxxxxx 2020-ci il tarixdə isə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X7 və CAB-ın baş əməliyyat müvəkkili X11 onunla əlaqə saxlayaraq, X4 ondan və Bəxtiyardan şikayət etdiyini bildirib, onu RPŞ-yə dəvət etmiş, elə həmin gün saat 12:00 radələrində RPŞ-yə gəlmişdir. Siyəzən RPŞ-nin növbətçi hissəsində olarkən özünü şübhəli apardığı üçün sərxoş olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə onu Sumqayıt şəhər Narkoloji Dispanserinə aparmışlar. Burada onun içkili olmadığı müəyyən edilsə də, sidiyindən götürülmüş analizdən narkotik vasitə olan marixuanadan istifadə etməsi aşkar edilmişdir. Odur ki, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, eləcə də himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasının nəzərə alınmasını xahiş edir. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 14:00 radələrində yaşadığı Siyəzən rayonu, Yenikənd kəndində yerləşən fərdi yaşayış sahəsində narkotik vasitə olan marixuanadan istifadə etmiş, bundan sonra, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 12:00 radələrində X4 şikayəti əsasında Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 və CAB-ın baş əməliyyat müvəkkili X6 çağırışı ilə gəldiyi RPŞ-nin növbətçi hissəsində keçirilən şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, müayinəsi zamanı sidiyində narkotik vasitə olan marixuanadan qanunsuz olaraq istifadə etməsi aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər X1 hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx xxxxxxxx 2020-ci il tarixli, A/681 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyindən onun narkotik vasitə olan marixuanadan istifadə etməsi aşkar edilmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində xx xxxx 2005-ci il təvəllüdlü Yaqut və xx xxxx 2009-cu il təvəllüdlü Amin adında uşaqları vardır. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, eləcə də himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olması və əməlindən səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını, bununla belə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun törətdiyi xəta əməlində bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, narkotik vasitələrin təsiri altında digər həyat və sağlamlıq, tamah-zorakı və mülkiyyət əleyhinə olan hüquqazidd əməllər törədə bilmə ehtimalını, əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, ona İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 hissəsindən az olmamaqla inzibati həbs təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 12:00 radələrindən faktiki saxlanılması və bundan sonra elə həmin tarixdə saat 18:05-dən inzibati qaydada tutulması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. İXM-nin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 40, 43, 48-51, 110, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 20 (iyirmi) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən saat 12.00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-175/2020
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-175/2020
30.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver