Məhkəmə qərarları › İş №3(059)-176/2020

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-176/2020

06.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-176/2020 06.10.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Naibov Nurlan Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx xxxxxxx 1958-ci il tarixdə keçmiş Dəvəçi rayonu, Zarat kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 mənzil 30 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Siyəzən Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: SiyəzənrayonPolisŞöbəsinin polis sahə rəisi X3 tərəfindən xx xxxxxxx 2020-ci iltarixdətərtib edilmiş MN seriyalı,0724165 saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 10:00 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində şəhidlərin ünvanına nalayiq sözlər işlətməklə, ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 510-cu maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, Siyəzən şəhəri ərazisində özünə məxsus “VAZ 2106” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə fərdi qaydada taksi xidməti göstərir və bu məqsədlə adətən H.Əliyev küçəsində Şahid ət dükanının qarşısında dayanır. xx xxxxxxx 2020-ci il tarixdə, saat 10:00 radələrində o, həmişəki kimi Siyəzən şəhəri, H.Əliyev küçəsində Şahid ət dükanının qarşısında avtomobilində olmuş, bu vaxt az səslə muğama qulaq asmışdır. Yaxınlıqda olan Möhübbət isə Elçin və Qəribxan adında digər taksi sürücüləri ilə söhbət edərkən ona tərəf çevrilərək əlini uzadıb, onu şəhidlərin ruhunu təhqir etməkdə ittiham etmiş, habelə bütün günü musiqiyə qulaq asdığını bildirmişdir. Bu zaman o, avtomobildən düşüb Möhübbətə tərəf getmiş və sonuncu onun yaxasından tutaraq burnundan yumruqla vurmaq istəsə də, yumruq onun burnunu sürtüb keçmişdir. Belə ki, həmin vaxt Elçinlə Qəribxan onları ayrımışdır. Bundan sonra, o, Möhübbəti itələyərək ondan aralaşmış və avtomobilinə qayıdaraq əyləşmişdir. Qeyd edilən hadisədən təxminən 10 dəqiqə sonra Zərərçəkmiş şəxs hadisə yerinə gələrək Möhübbət tərəfə getmiş və bu vaxt sonuncu İbadiyə onu göstərərək müharibə vaxtı musiqi oxutdurduğunu və şəhidlərə hörmətsizlik etdiyini bildirmişdir. Bundan qəzəblənən İbadi ona yaxınlaşıb, bir neçə nalayiq sözlər işlətsə də o, İbadiyə cavab verməmişdir. Bundan sonra, İbadi Siyəzən RPŞ-yə gedərək onun barəsində ərizə ilə müraciət etmişdir. Daha sonra, həmin gün saat 10:15 radələrində polis sahə rəisi Mübariz Məmmədov onu rayon Polis Şöbəsinə dəvət etmiş, habelə elə həmin vaxt RPŞ-yə getmiş və baş verənlərə görə saxlanılmışdır. Bir daha qeyd edir ki, ola bilər əsəbi olduğu üçün ağır sözlər işlətmiş olsun, amma heç vaxt şəhidlərin ünvanına nalayiq ifadələr işlətməmişdir. Məhkəmə iclasında iştirak edən şahid, Şahid izahatında göstərdi ki, onun Siyəzən şəhəri, H.Əliyev küçəsində ət dükanı vardır. xx xxxxxxx 2020-ci il tarixdə saat 10:00 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən ona aid ət dükanının qarşısında Elçin və Qəribxan adında taksi sürücüləri müharibə ilə bağlı söhbət edərkən digər taksi sürücü Yavus da onlara yaxınlaşmış və həmin şəxslərin söhbətlərinə müdaxilə edərək narazılıq etməyə başlamışdır. Bu zaman o, Yavusun dediklərini eşidib, onların yanına getmiş, habelə Yavusa niyə narazılıq etdiyini, şəhidlərin onlara görə dünyasını dəyişdiyini bildirmişdir. Bu zaman Yavus ucadan şəhidlərin ünvanına nalayiq ifadələr işlətməyə başlamış, həmçinin bunu kobud formada büruzə vermişdir. Bu məqamda onlar arasında sözlü mübahisə yaranmış, ətrafda olan taksi sürücüləri isə mübahisənin böyüməməsi üçün onları aralamışdır. Hadisədən 10 dəqiqə sonra tanışı şəhid qardaşı olan Zərərçəkmiş şəxs onun yanına gəlmiş, ondan hadisəni soruşmuş və o, olanları İbadiyə danışmışdır. Bundan sonra, İbadi SiyəzənrayonPolisŞöbəsinə gedərək Yavusun şəhidlərin ünvanına nalayiq sözlər işlətməsi barədə ərizə ilə müraciət etmişdir. O, baş vermiş hadisə zamanı Yavusu vurmamış, sadəcə vətən uğrunda döyüşərək həlak olmuş, o cümlədən canlarından necə keçdiklərini bir anlıq təsəvvür etdiyi şəhidlərlə bağlı işlədilmiş nalayiq ifadələr ona mənəvi əzab verdiyi, eləcə də belə bir həssas məqamda heysiyyətinə toxunduğu üçün sözlə mübahisə etmişdir. Məhkəmə iclasında iştirak edən digər şahidlər X2 və X4 Şahid izahatına uyğun, eyni məzmunlu izahat verərək sonuncunun izahatını bir daha təsdiqləyib, Yavusun milli birlik nümayiş etdirməli, eləcə də millət və vətən üçün canından keçmiş şəhidlərin ruhuna hörmət etməli olduğu halda, cəmiyyət üçün həssas olan bu mövzuya biganəlik nümayiş etdirərək şəhidlərin onun üçün heç bir əhəmiyyət daşımamasını kobud və təhqiramiz formada ifadə etməsi, bundan sonra heç nə olmamış kimi davranması onlarda təəssüf hissi doğurduğunu bildirmişlər. Məhkəmə iclasında iştirak edən şahid, Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 10:00 radələrində “Mitsubishi Pajero” markalı avtomaşını ilə son döyüşlərdə Siyəzən şəhərində şəhid olmuş sakinlərdən birinin yas məclisindən qayıdarkən şəhərin H.Əliyev küçəsində Şahid məxsus ət dükanının qarşısında sonuncu ilə “əmi” deyərək müraciət etdiyi Şəxs mübahisə etdiyini görmüş, tərəfləri sakitləşdirmək və mübahisənin mahiyyətini öyrənmək üçün avtomaşınını onların yanında saxlayıb, sonunculara yaxınlaşmışdır. Mübahisənin mahiyyətini öyrənmək istədikdə isə Şahid bunun ona aid olmadığını bildirib, oranı tərk etməsini xahiş etsə də, o, yaxınlıqda olan taksi sürücülərindən mübahisənin nədən ibarət olduğunu maraqlanmış, habelə Şəxs şəhidlərin ünvanına nalayiq ifadələr işlətdiyini öyrənmişdir. Eşitmiş olduğu bu söz özü də şəhid qardaşı olduğu üçün ona mənəvi əzab vermiş, o cümlədən heysiyyətinə toxunduğu üçün Yavusun yanına qayıdaraq, hansı səbəbdən belə bir ifadələr işlətdiyini dəfələrlə soruşsa da, sonuncu susmuş, ona cavab verməmişdir. Bu səbəbdən də o, baş verənlərə dözməyib, əsəbiləşərək Siyəzən RPŞ-yə Şəxs şikayət vermişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X1 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan sənədlərdən, o cümlədən cinayət işinin başlanmasının rədd olunması barədə xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 10:00 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində şəhidlərin ünvanına nalayiq sözlər işlətməklə, ictimai qaydanı pozmuşdur. Bununla bağlı, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 510-cu maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatına tənqidi yanaşaraq hesab edirəm ki, onun təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, eləcə də kifayət qədər yaşının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məsuliyyəti yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların isə olmamasını, bununla belə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun törətdiyi xəta əməlində bilavasitə ümumilikdə cəmiyyətin mənəvi-əxlaqi, ictimai dəyərlərinə, o cümlədən heysiyyətinə toxunulduğunu, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, ona İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin 2/3 hissəsində inzibati həbs təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 10:15 radələrindən faktiki saxlanılması və bundan sonra elə həmin tarixdə saat 17:00-dan inzibati qaydada tutulması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 40, 43, 48-51, 110, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 10 (on) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən saat 10.15-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar