Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-176/2022 10.10.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X2 iştirakları ilə 29 avqust 1981-ci il tarixdə keçmiş Dəvəçi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Şabran şəhərinin Nizami küçəsindəki 125 saylı evdə qeydiyyatda olmaqla, Siyəzən şəhərinin Hökmulla Talıbov küçəsindəki 4 saylı evin 9cu mənzilində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510cu və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Şəxs sərxoş vəziyyətdə 08 oktyabr 2022-ci tarixdə, saat 22:16 radələrində Siyəzən şəhərinin H.Talıbov küçəsindəki 4 saylı binanın İ girişində ictimai qaydanı pozub, arvadı Samirə Hüseynovanın ünvanına və ünvansız nalayiq ifadələr işlətmiş, habelə həmin məqamda arvadı X1 DİN-in 102 xidməti vasitəsilə RPŞ-yə daxil olmuş şikayəti ilə əlaqədar ora getmiş ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının nalayiq ifadələr işlətməməsi, nizam-intizama riayət etməsi barədə qanuni tələblərinə qəsdən tabe olmayaraq, öz hərəkətlərini davam etdirmişdir. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən 10 oktyabr 2022-ci il tarixli, MN seriyalı ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 3(059)-176/2022 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-176/2022 saylı və 3(059)- 177/2022 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-176/2022 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin polis sahə rəisi X3 tərtib etdiyi protokolların məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, icraatına daxil olmuş raporta əsasən protokollar tərtib edilmişdir. Belə ki, 08 oktyabr 2022-ci il taixdə DİNin 102 xidmətinə Şəxs barəsində arvadı Samirə Hüeynovanın şikayəti daxil olmuş, o, RPŞ-nin təhqiqatçısı Eldar Şükürov və NH-nin sürücü Nuran Ucaqov ora gedəndə Samirə ərinin evdə olmadığını bildirmişdir. Bundan sonra, digər polis əməkdaşları ilə birlikdə RPŞyə qayıdarkən Samirə onun mobil telefonuna zəng edib, ərinin evə qayıtdığını və aralarında yenidən münaqişə başladığını bildirmiş, habelə onlardan geri qayıtmalarını istəmişdir. Daha sonra, təkrarən ora getdiklərində Şəxs yaşadığı binanın girişində sərxoş vəziyyətdə olduğunun, arvadı Samirənin sonuncunu nalayiq ifadələrlə təhqir etdiyinin, həmçinin Elnurun da arvadını nalayiq ifadələrlə təhqir etdiyinin şahidi olmuşlar. Bu zaman Elnuru nizam-intizama dəvət edib, rayon Polis Şöbəsinə aparmaq istədiklərində, sonuncu onlara tabesizlik göstərib, arvadı Samirənin ünvanına və ünvansız nalayiq ifadələr işlətməkdə davam etmişdir. Eyni zamanda, hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında bildirdi ki, 08 oktyabr 2022-ci il taixdə toya getmək üçün yolda olarkən arvadı Samirə Hüseynova onun mobil telefonuna zəng edib, övladları Yunus Hüseynovun dərslərinə hazırlaşmadığını bildirib, evə gələndə sonuncuya bununla bağlı xəbərdarlıq edib, onu tənbeh etməsini istəmişdir. O, toy məclisində bir qədər spirtli içki qəbul edib, axşam saatlarında yaşadığı evə gəlmiş, mağazadan aldığı ərzaq məhsullarını arvadına verdikdən sonra oğlu Yunusun baş nahiyyəsindən bir dəfə sillə ilə vuraraq, dərslərinə hazırlaşmalı olması barədə onu xəbərdarlıq etmişdir. Bundan sonra, arvadı Samirə evdə səs-küy salaraq, oğlu Yunusu hansı səbəbdən vurmasını ondan soruşmuş, habelə ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O, əsəblərini sakitləşdirmək üçün evdən çıxmış, yaşadıqları binanın qarşından siqaret alıb, habelə bir qədər vaxt keçməsini gözləmiş, evə qayıdarkən ora polis əməkdaşları gəlmiş, bu vaxt bunu görən arvadı onun ünvanına nalayiq ifadələr işlətməyə başladığından, o da, arvadına nalayiq ifadələrlə qarşılıq vermiş, habelə polis əməkdaşları onu xidməti avtomobilə əyləşdirib, RPŞ-yə aparmaq istəyərkən onların qanuni tələblərinə məhəl qoymamış, sərxoş olduğu üçün avtomobilə əyləşməkdən imtina etmişdir. Daha sonra, polis əməkdaşları onu Siyəzən RPŞ-yə aparıb növbətçi hissəyə təhvil vermişlər. Odur ki, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid Siyəzən RPŞ-nin TQ-nun təhqiqatçısı X4 izahatında göstərdi ki, 2021-ci ildən Siyəzən RPŞ-də təhiqiqatçı kimi xidmət aparır, habelə bu müddət ərzində Hüseynovlar ailəsinin şikayəti əsasında icraatında 5-6 iş olmuş, həmçinin RPŞ-nin digər təhqiqatçılarının da icraatında Hüseynovlar ailəsinin şikayəti əsasında eyni sayda, analoji işlər olmuşdur. 08 oktyabr 2022-ci il taixdə DİN-in 102 xidmətinə Şəxs barəsində arvadı Samirə Hüeynovanın şikayəti daxil olmuş, o, RPŞ-nin İTB-nin polis sahə rəisi Şakir Abdullayev və NH-nin sürücüsü Nuran Ucaqov ora gedəndə Samirə ərinin evdə olmadığını bildirmiş, sonuncuya DİN-in 102 xidmətinə etdiyi şikayətlə bağlı izahat yazması təklif olunduqda, o, əri evdə olmadığı üçün izahat yazmayacağını, növbəti gün özünün RPŞ-yə gedib, izahat yazacağını bildirmişdir. Bundan sonra, digər polis əməkdaşları ilə birlikdə RPŞ-yə qayıtdıqları vaxt Samirə polis sahə rəisi Şakir Abdullayevin mobil telefonuna zəng edib, ərinin evə qayıtdığını və aralarında yenidən münaqişə başladılğını bildirmiş, habelə onlardan geri qayıtmalarını istəmişdir. Daha sonra, təkrarən ora getdiklərində Şəxs yaşadığı binanın girişində sərxoş vəziyyətdə olduğunun, arvadı Samirənin sonuncunu nalayiq ifadələrlə təhqir etdiyinin, həmçinin Elnurun da arvadını nalayiq ifadələrlə təhqir etdiyinin şahidi olmuşlar. Bu zaman Elnuru nizam-intizama dəvət edib, rayon Polis Şöbəsinə aparmaq istədiklərində, sonuncu onlara tabesizlik göstərib, arvadı Samirənin ünvanına və ünvansız nalayiq ifadələr işlətməkdə davam etmiş, habelə Samirə ərini rayon Polis Şöbəsinə hansı səbəbdən apardıqlarını onlar sual etməklə, buna etiraz etmişdir. Məhkəmə iclasında iştirak edən digər şahid Siyəzən RPŞ-nin növbətçi hissənin polis nəfəri-sürücü X5 izahatında göstərdi ki, 08 oktyabr 2022-ci il taixdə DİN-in 102 xidmətinə Şəxs barəsində arvadı Samirə Hüeynovanın şikayəti daxil olmuş, o, RPŞ-nin təhqiqatçısı Eldar Şükürov və İTB-nin polis sahə rəisi Şakir Abdullayev ora gedəndə Samirə ərinin evdə olmadığını bildirmişdir. Bundan sonra, digər polis əməkdaşları ilə birlikdə RPŞ-yə qayıtdıqları vaxt Samirə polis sahə rəisi Şakir Abdullayevin mobil telefonuna zəng edib, ərinin evə qayıtdığını və aralarında yenidən münaqişə başladılğını bildirmiş, habelə onlardan geri qayıtmalarını istəmişdir. Daha sonra, təkrarən ora getdiklərində Elnurun yaşadığı binanın girişində sərxoş vəziyyətdə olduğunun, arvadı Samirənin Elnuru nalayiq ifadələrlə təhqir etdiyinin, həmçinin sonuncunun da arvadını nalayiq ifadələrlə təhqir etdiyinin şahidi olmuşlar. Bu zaman Elnuru nizam-intizama dəvət edib, rayon Polis Şöbəsinə aparmaq istədiklərində, sonuncu onlara tabesizlik göstərib, arvadı Samirənin ünvanına və ünvansız nalayiq ifadələr işlətməkdə davam etmişdir. Bundan sonra, Elnur RPŞ-nin NH-nin xidməti avtomobilinə əyləşdirilib, rayon Polis Şöbəsinə aparılarkən avtomobildə nizam-intizama riayət etməmiş, hətta RPŞ-də olarkən belə nizam-intizamı pozmuşdur. İşdə olan sənədlərdən, o cümlədən raportlardan görünür ki, Şəxs sərxoş vəziyyətdə 08 oktyabr 2022-ci tarixdə, saat 22:16 radələrində Siyəzən şəhərinin H.Talıbov küçəsindəki 4 saylı binanın İ girişində ictimai qaydanı pozub, arvadı Samirə Hüseynovanın ünvanına və ünvansız nalayiq ifadələr işlətmiş, habelə həmin məqamda arvadı X1 DİN-in 102 xidməti vasitəsilə RPŞ-yə daxil olmuş şikayəti ilə əlaqədar ora getmiş ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının nalayiq ifadələr işlətməməsi, nizam-intizama riayət etməsi barədə qanuni tələblərinə qəsdən tabe olmayaraq, öz hərəkətlərini davam etdirmişdir. İşdə olan 08 oktyabr 2022-ci il tarixdə, saat 23:50-də tərtib edilmiş 01636 nömrəli protokollaşdırmadan görünür ki, Şəxs alkoqol sərxoşluğu olmuşdur. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. Bu Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Yenə bu Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İnzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Məsuliyyəti ağırlaşdıran və yüngülləşirən halların olmasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, eləcə də yaşadığı binanın girişində xidməti vəzifəsini yerinə yetirməklə, onu nizam-intizama dəvət edən Siyəzən RPŞ-nin əməkdaşlarının tələblərinə məhəl qoymayaraq, onlarla birlikdə RPŞ-yə getməklə bağlı qanuni tələblərinə əməl etməməsini, habelə hərəkətlərini davam etdirərək, nalayiq ifadələr işlətməsini, bundan sonra da əyləşdirildiyi avtomaşında hüquqazidd hərəkətlərini davam etdirməsini, bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin əmlak vəziyyətini nəzərə alaraq, ona İXM-nin 510-cu və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 birindən az olmamaqla, cəza təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 08 oktyabr 2022-ci il tarixdə, saat 22:16 radələrində faktiki saxlanmasına baxmayaraq, həmin vaxt içkili olmuş Şəxs 09 oktyabr 2022-ci il tarixdən saat 00:20-dən inzibati qaydada tutulması və bundan sonra buraxılmadan məhkəməyə gətirilməsi onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Bu Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 34.2, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 15 (on beş) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli 09 oktyabr 2022-ci il tarixdən saat 00.20-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-176/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-176/2022
10.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver