Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-178/2020 19.10.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X1iştirakları ilə xx xxxxxx 1997-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Siyəzən Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs xx xxxxx 2020-ci il tarixdə təxminən saat 15:00 radələrində Siyəzən şəhəri, Ə.Vahid küçəsi, 66 nömrəli evin həyətində X2 narkotik vasitə olan 0,032 qram heroini 9 manata alaraq, idarə etdiyi “VAZ 2106” markalı yaşıl rəngli, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürətlər qutusunun yanına qoymuş, Siyəzən şəhəri, H.Əliyev küçəsində hərəkətdə olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılaraq gətirildiyi Siyəzən RPŞ-də videoçəkiliş vasitəsilə keçirilən şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, idarə etdiyi avtomobildən Namiq Məhərrəmovdan aldığı həmin 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bu əməli ilə o, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin polis sahə rəisi X4 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Şəxs xx xxxxx 2020-ci il tarixdə təxminən saat 15:00 radələrində Siyəzən şəhəri, Ə.Vahid küçəsi, 66 nömrəli evin həyətində X2 narkotik vasitə olan 0,032 qram heroini 9 manata alaraq, idarə etdiyi “VAZ 2106” markalı yaşıl rəngli, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürətlər qutusunun yanına qoyduğunu, Siyəzən şəhəri, H.Əliyev küçəsində hərəkətdə olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılaraq gətirildiyi Siyəzən RPŞ-də videoçəkiliş vasitəsilə keçirilən şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, idarə etdiyi avtomobildən Namiq Məhərrəmovdan aldığı həmin 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə olan narkotik vasitə heroinin aşkar olunaraq götürüldüyünü bildirdi. Eyni zamanda, xx xxxx 2020-ci il tarixli qərarda Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanmasının rədd edildiyini, barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati protokol tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etdiyini qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında bildirdi ki, 2019-2020-ci illərdə Siyəzən rayonu, Böyük Həmyə kənd orta məktəbində idman müəllimi işləmiş, həmçinin 2020-ci ilin ilk aylarından etibarən narkotik vasitə heroini çəkmək yolu ilə qəbul etmişdir. xx xxxxx 2020-ci il tarixdə əvvəllər tanıdığı X3 ondan narkotik vasitə almaq məqsədilə zəng etmiş və həmin gün saat 15:00 radələrində Namiqin yaşadığı, ünvan 2 ünvanında yerləşən evinin qarşısına gəlmiş, evin qapısını açaraq içəri həyətə girmiş və orada Namiq Məhərrəmovla görüşmüşdür. Namiq ona 1 bükümdə narkotik vasitə olan heroin vermiş, o da, bunun əvəzində sonuncuya 9 manat pul vermişdir. Daha sonra, idarə etdiyi “VAZ 2106” markalı yaşıl rəngli, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib həmin bükülünü sürətlər qutusunun yanına qoymuşdur. O, idarə etdiyi avtomobil ilə Siyəzən şəhəri, H.Əliyev küçəsində hərəkətdə olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Siyəzən RPŞ-yə gətirilmiş, videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış, idarə etdiyi avtomobilə isə baxış keçirilmişdir. Üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmasa da, idarə etdiyi avtomobildən Namiq Məhərrəmovdan 9 manata aldığı 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, eləcə də gənc olmasının nəzərə alınaraq ona daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün qərarın surəti Siyəzən rayon Polis Şöbəsinə göndərilmişdir. Bundan əlavə, qərardan görünür ki, Şəxs götürülmüş qalıq çəkisi 0,012 qram olan narkotik vasitə heroin kütləsi maddi sübut kimi tanınmış və saxlanması üçün RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 6/566 saylı ekspert rəyinin surətindən görünür ki, üzərində "Şəxs idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş..." əl yazıları olan zərfdəki (№1) 01 ədəd bükümdə təmiz çəkisi 0,032 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 1 nömrəli zərfdən tədqiqata 0,02 qram narkotik vasitə olan heroin sərf edildikdən sonra heroinin qalıq çəkisi 0,012 qram təşkil etmişdir. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərardan görünür ki, Şəxs olduğu yeri müəyyən etmək mümkün olmadığına görə inzibati xəta haqqında iş üzrə icraat həmin tarixdən dayandırılmışdır. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə dayandırılmış icraatın təzələnməsi barədə xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Şəxs həmin tarixdə Siyəzən RPŞ-yə gəlmiş və onun barəsində icraatı dayandırılmış inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(059)-47/2020 saylı hökmünün surətindən görünür ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Şəxs idarə etdiyi “VAZ 2106” markalı yaşıl rəngli, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilindən götürülmüş qalıq çəkisi 0,012 qram narkotik vasitə heroin kütləsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, eləcə də, gənc olmaqla, əməlindən səmimi peşmançılıq çəkməsi, eləcə də könüllü olaraq əldə etdiyi narkotik vasitənin mənbəyini göstərməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Həmçinin, iş üzrə maddi sübut olan qalıq çəkisi 0,012 qram təşkil edən narkotik vasitə heroin kütləsinin məhvinə Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(059)- 47/2020 saylı hökmü ilə qiymət verilməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 350 (üç yüz əlli) manat inzibati cərimə tətbiq edilsin. İş üzrə maddi sübut olan qalıq çəkisi 0,012 qram təşkil edən narkotik vasitə heroin kütləsinin məhvinə Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(059)- 47/2020 saylı hökmü ilə qiymət verilməsi nəzərə alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-178/2020
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-178/2020
19.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver