Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-180/2022 17.10.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X1 iştirakları ilə xx xxxx 1985-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Siyəzən şəhərinin Heydər Əliyev prospektindəki 15 saylı evin 1-ci mənzilində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X3 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, Siyəzən Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(059)-40/2021 saylı icra vərəqəsinə əsasən 4800 manat aliment borcunu Gəncəliyeva (Hüseynova) Şəfəq Tərlan qızına ödəməkdən yayınır. Bu barədə Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X3 tərəfindən 17 oktyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X3 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən Rayon Məhkəməsi tərəfindən verilməklə, 28 yanvar 2021-ci il tarixdə icraata daxil olmuş icra sənədinə əsasən Şəxs 18 sentyabr 2020-ci il tarixdən başlayaraq, hər ay 200 manat sabit pul məbləğində alimenti Gəncəliyeva (Hüseynova) Şəfəq Tərlan qızının xeyrinə ödəməlidir. İcra sənədi icraata daxil olduqdan sonra elektron icra informasiya sistemi vasitəsilə borclu Şəxs işlədiyi yer müəyyən edilmiş və borcun sonuncunun əmək haqqından tutulması üçün 11 fevral 2021-ci il tarixdə “X5” MMC-yə müraciət olunmuşdur. Lakin, alınan məlumatlardan, eləcə də borclunun etiraflarından sonuncunun “X5” MMC-də işləməməsi müəyyən edilmişdir. Bu səbəbdən də tutulmanın aparılması mümkün olmamışdır. Bundan sonra, tələbkar Zərərçəkmiş şəxs (Hüseynova) dəfələrlə ərizə ilə müraciət edərək, borclu Şəxs ona hər hansı bir məbləğdə aliment ödəmədiyini bildirmişdir. Eyni zamanda, borclu Şəxs olduğu yeri müəyyən etmək mümkün olmadığından, birinci dəfə 11 mart 2021-ci il tarixdə onun barəsində axtarış işinin açılması üçün Siyəzən RPŞ-yə müraciət edilmiş, həmçinin borclu 23 noyabr 2021-ci il tarixdə saxlanılaraq, rayon icra və probasiya şöbəsinə təhvil verilmiş, elə həmin tarixdə onun izahatı alınmış, bu zaman Şəxs 2021-ci ilin dekabr ayının əvvəlinə kimi 500 manat ödəyəcəyini, habelə hər ay stabil olaraq, ödənişlər edəcəyinə vəd verdiyindən tələbkarla qarşılıqlı razılaşmaları olmuşdur. Qeyd olunan tarixdə tələbkar Zərərçəkmiş şəxs (Hüseynova) onlara ərizə ilə müraciət edərək, borcluya 2021-ci ilin dekabr ayının əvvəlinə kimi vaxt verilməsini, sonuncu barəsində hər hansı bir məcburi icra tədbirlərinin görülməməsini xahiş etdiyindən borclu haqqında məcburi icra tədbirləri görülməmişdir. Sonradan yenidən borclu Şəxs olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Belə ki, borclu Siyəzən şəhərinin Heydər Əliyev prospektindəki 15 saylı evin 1-ci mənzilində qeydiyyatda olsa da, aradabir həmin ünvana gəlmiş, əsasən Xaçmaz rayonunda qeyrimüəyyən yerlərdə yaşamışdır. Bu səbəbdən də, ikinci dəfə 06 oktyabr 2022-ci il tarixdə borclu Şəxs barəsində axtarış verilmiş, qəbul edilmiş qərar icra olunması üçün Siyəzən RPŞ-yə göndərilmiş, habelə borclu 17 oktyabr 2022-ci il tarixdə, saat 12:30 radələrində saxlanılaraq, rayon icra və probasiya şöbəsinə təhvil verilmişdir. Beləliklə, borclu hazırkı vaxta kimi aliment borcundan hər hansı bir məbləğdə ödəniş etməmiş, habelə bu günə belə bir niyyətinin olması müəyyən edilməmişdir. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik borclu tərəfindən lazımınca icra olunmadığına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək, izahatında göstərdi ki, Siyəzən Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli icra vərəqəsinə əsasən tələbkara 4800 manat aliment borcu vardır. Onun aliment borcunu ödəməyə imkanı və niyyəti olsa da, müəyyən səbəblərdən, həmçinin günə 30 manat qazanc əldə etməklə, ümumilikdə 900 manat əmək haqqı aldığı işdən 25 noyabr 2021-ci il tarixdə çıxarıldığından bu mümkün olmamışdır. Eyni zamanda, tələbkar Zərərçəkmiş şəxs (Hüseynovanın) ona mənəvi dəstək olmaq əvəzinə ondan boşanması da, alimenti ödəməməsinə əsas olan səbəblərdəndir. Odur ki, əməlindən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, borclu Şəxs Siyəzən Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli icra vərəqəsi üzrə mövcud olan 4800 manat aliment borcunu ödəməkdən qəsdən yayınmış və həmin icra sənədi üzrə üzərinə düşən öhdəliyi ümumiyyətlə icra etməmişdir. Belə ki, 2021-ci ilin noyabr ayında borcluya aliment ödənişlərini icra edəcəyi ilə əlaqədar vədi nəzərə alınıb, bir ay möhlət vermiş, habelə həmin vaxt borclu Şəxs Siyəzən rayon icra və probasiya şöbəsində izahat yazmış, sərbəst buraxılmışdır. Hazırda o, borcun hissə-hissə belə yox, birdəfəlik ödənilməsini tələb edir. Odur ki, borclu Şəxs aliment borcunu ödəmədiyi üçün ona inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İşdə olan sənədlərin surətlərindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(059)-40/2021 saylı icra vərəqəsi icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Eyni zamanda, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar 11 mart 2021-ci və 06 oktyabr 2022-ci il tarixlərdə borclu barədə axtarış elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmişin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən aliment borcunun miqdarının kifayət qədər olmasını, ötən müddət ərzində ümumiyyətlə, ödənişlərin olmamasını, icra sənədinin mövcudluğundan məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirməsini, barəsində iki dəfə axtarış elan edilməklə, müəyyən müddətdə axtarışda olmasını, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Eyni zamanda qeyd edirəm ki, Şəxs 17 oktyabr 2022-ci il tarixdə, saat 12.30 radələrindən faktiki saxlanılması və bundan sonra sərbəst buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110- 115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 15 (on beş) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 17 oktyabr 2022-ci il tarixdən saat 12:30-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-180/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-180/2022
17.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver