Məhkəmə qərarları › İş №3(059)-181/2021

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-181/2021

24.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-181/2021 24.11.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1991-ci il tarixdə keçmiş Dəvəçi rayonunun Gil-Gil Çay qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs sərxoş vəziyyətdə 23 noyabr 2021-ci il tarixdə, saat 16:00 radələrində yaşadığı Siyəzən rayonu, Gil-Gil Çay qəsəbəsində arvadı X1 şikayəti ilə əlaqədar ünvana getmiş Siyəzən RPŞ-nin əməkdaşlarının işinə mane olmaqla, yanaşı, onların yanında öz hüquqazidd hərəkətlərini davam etdirib, ailəsinə qarşı fiziki təsir göstərmiş, habelə bununla bağlı ictimai qaydanı mühafizə edən polis əməkdaşları tərəfindən Siyəzən RPŞ-yə dəvət olunan zaman tabesizlik göstərməklə, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən 23 noyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, son vaxtlar qayınatası Heydər Dadaşov onun ailə işlərinə qarışır. Hətta, qayınatası Heydər Dadaşov 23 noyabr 2021-ci il tarixdə DİN-nin 102 məlumat verərək guya onun arvadı Rəmziyyə Dadaşovanı döydüyünü bildirmişdir. Bu səbəbdən də, həmin gün, saat 16:00 radələrində yaşadığı ünvana Siyəzən RPŞ-nin əməkdaşları gəlmiş, habelə arvadı Rəmziyyə onun tərəfindən döyüldüyünü polis əməkdaşlarına bildirmiş, bu zaman polis əməkdaşları onlara RPŞ-yə getməli olduqları bildirdiklərində, sonunculara arvadını döymədiyini təkidlə qeyd etmiş, o cümlədən RPŞ-yə getməkdən imtina etmişdir. Həmin gün o, evdə spirtli içki qəbul etdiyindən özünü idarə edə bilməmiş, sərxoş olduğundan polis əməkdaşları ilə mübahisə etməyə başlamış, onlarla kobud rəftar edərək, qanuni tələblərinə əməl etməmişdir. Odur ki, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid Siyəzən RPŞ-nin TQ-un təhqiqatçısı X6 izahatında göstərdi ki, 23 noyabr 2021-ci il tarixdə, günorta saatlarında adını sonradan öyrəndiyi X8 RPŞ-yə gələrək, qızı Rəmziyyənin əri Şəxs tərəfindən mütəmadi olaraq döyüldüyünü, qızını öz evinə aparmaq istəsə də, ərinin buna imkan vermədiyini bildirmişdir. Bu zaman o, Heydər Dadaşova qızının nikahın pozulması ilə əlaqədar rayon məhkəməsinə, döymə faktının araşdırılması ilə bağlı isə DİN-in 102 xidmətinə müraciət etməsini tövsiyə etmişdir. Həmin gün, saat 16:00 radələrində Siyəzən RPŞ-yə daxil olmuş DİN-in 102 xidmətinin məlumatına əsasən şöbənin əməliyyat qrupu ilə birlikdə Siyəzən rayon, Gil-Gil çay qəsəbəsində X1 döyülməsi faktının müəyyən edilməsi məqsədilə qeyd olunan ünvana getmişdir. Ünvana çatıb həyətə daxil olarkən Rəmziyyə Dadaşovanın əri Şəxs əvvəlcə onları girişdə qarşılayaraq, evin içərisinə dəvət etmiş, lakin sonradan arvadı Rəmziyyənin ərizə verməsini gördükdə, sonuncunun iradəsi ziddinə ona ərizə verməyə imkan verməmiş, könüllü olaraq MTE-dən keçmək istəyinə maneçilik göstərmiş və evdə münaqişə yaratmağa başlamışdır. Bu zaman Şəxs sakitləşdirərək nizam-intizama dəvət etsələr də, o, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış, onlardan yaşadığı ünvanı tərk etməyi tələb etmiş, əks təqdirdə, özünü yandıracağı ilə hədələmişdir. Şəxs içkili olduğunu hiss edib, münaqişəni böyütməmək üçün ünvandan çıxmağı qərara aldıqlarında, sonuncu yenidən özündən çıxaraq ailə üzvləri ilə münaqişə etməyə, arvadı Rəmziyyəni və azyaşlı övladını onların yanında, gözü qarşısında döyməyə başlamışdır. Həmin vaxt Şəxs nə qədər sakitləşdirməyə çalışsalar, həmçinin etdiyi qanunsuz hərəklərinə son qoymağı tələb etsələr də, Elmin onların qanuni tələblərinə məhəl qoymamış, ailə üzvlərinin üstünə gedərək, onları yenidən döymək istəmiş və bununla da tabesizlik nümayiş etdirmişdir. Bundan sonra, o, radiostansiya vasitəsilə PPXT-nin əməkdaşlarını kömək üçün hadisə yerinə dəvət etmiş, habelə Şəxs onlarla birlikdə Siyəzən RPŞ-yə getməyi təklif etsə də, o, sərxoş olduğundan deyilənlərə məhəl qoymamış və tabesizlik etməkdə davam etmişdir. Belə olan halda, onlar Elmini rayon Polis Şöbəsinə aparmağa məcbur olmuş, hətta bu zaman belə, Elmin onlara müqavimət göstərmiş, onu aparmalarına maneçilik yaratmışdır. Buna baxmayaraq, onlar Elmini tabesizlik etdiyinə görə məcburi şəkildə post-patrul avtomaşınına əyləşdirərək rayon Polis Şöbəsinə aparmışlar. Bununla yanaşı, Rəmziyyə Dadaşovanın şikayət ərizəsi əsasında sonuncunun əri Şəxs tərəfindən döyülməsi ilə əlaqədar müvafiq ekspertiza təyin olunmuş, lakin, ekspert rəyi hazırkı vaxtadək əldə olunmamışdır. Məhkəmə iclasında iştirak edən digər şahid Siyəzən RPŞ-nin PPXT-nın polis nəfəri X4 şahid Eldar Şükürovun izahatına uyğun, eyni məzmunlu izahat verərək yuxarıda göstərilənləri bir daha təsdiq etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan sənədlərdən görünür ki, Şəxs sərxoş vəziyyətdə 23 noyabr 2021-ci il tarixdə, saat 16:00 radələrində yaşadığı Siyəzən rayonu, Gil-Gil Çay qəsəbəsində arvadı X1 şikayəti ilə əlaqədar ünvana getmiş Siyəzən RPŞ-nin əməkdaşlarının işinə mane olmaqla, yanaşı, onların yanında öz hüquqazidd hərəkətlərini davam etdirib, ailəsinə qarşı fiziki təsir göstərmiş, habelə bununla bağlı ictimai qaydanı mühafizə edən polis əməkdaşları tərəfindən Siyəzən RPŞ-yə dəvət olunan zaman tabesizlik göstərməklə, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. İşdə olan 23 noyabr 2021-ci il tarixdə, saat 16:12 də tərtib edilmiş 00479 nömrəli protokollaşdırmadan görünür ki, Şəxs alkoqol sərxoşluğu olmuşdur. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Odur ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İnzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Məsuliyyəti ağırlaşdıran və yüngülləşirən halların olmasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, eləcə də onu nizam-intizama dəvət edən Siyəzən RPŞ-nin əməkdaşlarının tələblərinə məhəl qoymayaraq, hərəkətlərini davam etdirməsini, bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin əmlak vəziyyətini nəzərə alaraq, ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 birindən az olmamaqla, cəza təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 23 noyabr 2021-ci il tarixdə, saat 16:00 radələrindən faktiki saxlanılması, habelə həmin gün saat 17:00-da inzibati qaydada tutulması, bundan sonra azad edilməyərək məhkəməyə gətirilməsi onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 34.2, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 15 (on beş) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli 23 noyabr 2021-ci il tarixdən saat 16:00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar