Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-181/2022 19.10.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X1 iştirakları ilə xx xxxxxx 1994-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, deməsinə görə ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Şəxs 09 iyul 2022-ci il tarixdə, saat 09:28 radələrində ünvan 2 ünvanda yerləşən “Dokta Qalaaltı 981” aptekindən ümumilikdə 380 manat pulu gizli yolla oğurlamaqla, Zərərçəkmiş şəxs2 həmin məbləğdə ziyan vurmuşdur. Bundan başqa o, 07 oktyabr 2022-ci il tarixdə, saat 11:00 radələrində Siyəzən şəhərinin B.Bayramov küçəsində yerləşən "xxxx" ASC-nin Siyəzən filialının qarşısındakı ATM-dən Zərərçəkmiş şəxs1 maaş kartından istifadə etməklə, 284 manat pulu çıxararaq, gizli yolla oğurlamaqla, Zərərçəkmiş şəxs1 həmin məbləğdə ziyan vurmuşdur. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən 18 oktyabr 2022-ci il tarixli, MN ******* və MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 3(059)-181/2022 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-181/2022 saylı və 3(059)- 182/2022 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-181/2022 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, göstərdi ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 şikayətləri əsasında toplanmış materiallar üzrə Siyəzən RPŞ-nin TQ-in təhqiqatçısının 08 və 18 oktyabr 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarları əsasında Şəxs 18 oktyabr 2022-ci il tarixdə, saat 11:30 radələrində Siyəzən RPŞ-yə gətirilmiş, habelə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarının izahatları alınmış, eləcə də Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati xəta haqqında protokollar tərtib etməklə, müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, ünvan 2 ünvanda yerləşən, Zərərçəkmiş şəxs2 işlədiyi “Dokta Qalaaltı 981” aptekindən ayrı-ayrı vaxtlarda, sonuncu dəfə 09 iyul 2022-ci il tarixdə, saat 09:28 radələrində 30 manat olmaqla, ümumilikdə 130 manatdan artıq pul oğurlamamışdır. Belə ki, o, “Dokta Qalaaltı 981” aptekə müştəri kimi daxil olub, Zərərçəkmiş şəxs2 dərman almaq istədiyini bildirmiş, sonuncu kassadan uzaqlaşdığı vaxt isə kassanın üstündə yerləşən vitrinin üzərindən pulları oğurlamışdır. Bundan başqa o, 07 oktyabr 2022-ci il tarixdə, saat 11:00 radələrində Siyəzən şəhərinin B.Bayramov küçəsində yerləşən "xxxx" ASC-nin Siyəzən filialının qarşısındakı ATM-dən özünə aid pulu çıxararkən Zərərçəkmiş şəxs1 ona yaxınlaşıb, maaş kartından pulu çıxarmaqda ona köməklik göstərməsini xahiş etmiş, bu zaman o, Zərərçəkmiş şəxs1 kartı alıb, çıxarış edib, sonuncu görmədən 284 manat pulunu oğurlamış, habelə zərər çəkmiş şəxsə pulun çıxmadığını qeyd etmişdir. Hazırda bu məbləğdən 147 manatını qaytarmış, qalan məbləği isə ödəmək imkanı olmamışdır. Hazırda, törətdiyi əməldən peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, Şəxs ünvan 2 ünvanda yerləşən “Dokta Qalaaltı 981” aptekində işlədiyi 2019-cu ildən etibarən müştəri kimi tanımışdır. Şəxs daim aptekə müştəri kimi gəlib, ya dərman istəmiş, ya da hər hansı bir dərmanla bağlı maraqlanıb çıxıb getmişdir. O, hər gün kompüter sistemini açmaq üçün aptekin içərisindəki otağa keçir, sistemin açılması üçün isə 15-20 dəqiqə vaxt lazım olur. Bu müddət ərzində Şəxs kassanın üzərindəki vitrinin üstündən qoyduğu pulları götürmüşdür. Bu hal 09 iyul 2022-ci il tarixdən təxminən 1-2 ay əvvəldən başlayaraq, davam etmişdir. Belə ki, hər gün kassadan 10 manat, 20 manat, 30 manat əskilmələr olmuş, bu məbləğ günbəgün artmışdır. Nəzarət kamerasının kodu da olmadığından ona baxmaq mümkün olmamış, habelə həmin ərəfədə orada olan təcrübəçilərin nəticələri səhv vurduğunu düşünmüşdür. Lakin, çalışdığı şirkətdən nəzarət kamerasının kodunu əldə etdikdən sonra video görüntülərə baxdıqda, pulların Şəxs tərəfindən oğurlandığını müəyyən etmişdir. Çalışdığı şirkətə dəymiş 380 manat zərər onun gəlirindən tutulmuşdur. Hazırda ona dəymiş 380 manat zərər ödənilmədiyindən Şəxs şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, Şəxs əvvəllər tanımamışdır. O, əmək haqqını kart vasitəsilə özü ala bilmədiyindən həmişə bu işi görməsini kimdənsə xahiş edir. 07 oktyabr 2022-ci il tarixdə, saat 11:00 radələrində Siyəzən şəhərinin B.Bayramov küçəsində yerləşən "xxxx" ASC-nin Siyəzən filialının qarşısındakı ATM-yə yaxınlaşmış, habelə Şəxs orada görmüş və köməklik göstərməsi üçün maaş kartını ona təqdim etmiş, lakin kartı bankomata daxil edib çıxardan Şəxs pulun yüklənmədiyini bildirmiş, həmçinin həmin vaxt sonuncunun bankomatdan pul çıxarmasını görməmişdir. Hətta, bu zaman o, əmək haqqının hesabına köçməsi ilə bağlı telefonuna SMS gəldiyini bildirsə də, Yəhyə Güləliyev bunu inkar etmişdir. Bundan sonra, o, şübhələndiyi üçün dərhal "xxxx" ASC-nin Siyəzən filialına getmiş, o cümlədən bankın əməkdaşı ona 2-3 dəqiqə əvvəl pulunun bankomatdan çıxarıldığını bildirmiş, polisə müraciət etməsini təklif etmişdir. Ona dəymiş zərərdən 147 manat ödənilsə də, 137 manat zərər ödənilməmiş, bu səbəbdən də Şəxs şikayətçidir. İş materiallarında olan 08 və 18 oktyabr 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarlardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün qərarların surəti Siyəzən RPŞ-nin İTB-yə göndərilmişdir. İşdə olan Zərərçəkmiş şəxs2 tərəfindən 19 oktyabr 2022-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, ona dəymiş 380 manat ziyan ödənilmədiyi üçün o, Şəxs şikayətçidir. İşdə olan Zərərçəkmiş şəxs1 tərəfindən 19 oktyabr 2022-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, ona dəymiş ziyandan 137 manat ödənilmədiyi üçün o, Şəxs şikayətçidir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs 09 iyul 2022-ci il tarixə, saat 09:28 radələrinədək olan dövr ərzində ayrı-ayrı vaxtlarda ünvan 2 ünvanda yerləşən “Dokta Qalaaltı 981” aptekindən hər dəfə fərqli məbləğ olmaqla, vahid niyyətlə, ümumilikdə 380 manat pulu gizli yolla oğurlamaqla, Zərərçəkmiş şəxs2 həmin məbləğdə, həmçinin 07 oktyabr 2022-ci il tarixdə, saat 11:00 radələrində Siyəzən şəhərinin B.Bayramov küçəsində yerləşən "xxxx" ASC-nin Siyəzən filialının qarşısındakı ATM-dən Zərərçəkmiş şəxs1 maaş kartından istifadə etməklə, 284 manat pulu çıxararaq, gizli yolla oğurlamaqla, Zərərçəkmiş şəxs1 həmin məbləğdə ziyan vurmuşdur. Beləliklə, məhkəmə Şəxs müxtəlif tarixlərdə törətdiyi oğurluq əməllərinin cinayətin təkrar, elektron məlumat daşıyıcılarından istifadə etməklə törədilməsi normalarının təsir dairəsinə düşməsini, eyni zamanda, əmlak sahiblərinə 100 (bir yüz) manatdan yuxarı ziyan vurması ehtimalına kifayət qədər əsas verir ki, bu da onun əməllərində cinayət tərkibinin əlamətlərinin olması ehtimalını artırır. Göründüyü kimi Şəxs baxılan inzibati xəta haqqında materialda göstərilən əməlləri törətməsi təsdiq olunacağı halda, onun əməlində təkrarən, həmçinin elektron məlumat daşıyıcılarından istifadə etməklə, özgənin əmlakını gizli olaraq talamanın olub-olmaması araşdırılmalı və onun əməllərində CM-nin 177.2.2-ci və 177.2.3-1-ci maddələrinin tərkibinin olub-olmamasına hüquqi qiymət verilməlidir. Çünki, Azərbaycan Repsublikası İXM-nin (bundan sonra İXM) 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-nin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair” 23 aprel 2018-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsində “eyni əməllər” ifadəsi həmin Məcəllənin 177.1-ci maddəsində göstərilən oğurluğun yalnız zəruri əlamətini, yəni özgənin əmlakını gizli olaraq talamanı nəzərdə tutur. Oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarına əsasən ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Eyni zamanda, həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, bank kartlarının oğurlanması, başqa yolla ələ keçirilməsi və ya saxtalaşdırılması və həmin kartlardan istifadə etməklə bankomatlardan özgəsinə məxsus nağd pul vəsaitlərinin talanması, yaxud da hər hansı pul ödənişlərinin aparılması öz ictimai təhlükəliliyinə, törədilmə üsulu və vasitəsinə görə sadə oğurluqdan fərqlənir. İşin faktiki hallarından göründüyü kimi Şəxs bank kartını ələ keçirdikdən sonra niyyəti zərərçəkmiş Zərərçəkmiş şəxs1 bank kartını bankomata daxil edib pin kodu yığmaqla, kart sahibinin hesabından pul vəsaitini gizli olaraq çıxarmaq olmuş və bu niyyətini gerçəkləşdirmişdir. Belə ki, işin mübahisələndirilməyən hallarından da görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 pul vəsaitini bankomatdan çıxarmaq üçün bank kartını öz təşəbbüsü ilə Şəxs verdikdən sonra sonuncunun onun pulunu gizli yolla ələ keçirmək niyyəti yaranmışdır ki, bu da əmlakın talanmasının dələduzluğun formasını deyil, oğurluq formasını ehtiva edir. Çünki, Şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs1 bank kartını ələ keçirmək üçün aldatmamış, etibarından sui-istifadə etməmiş, sonuncunu həmin kartı özü istəyərək, iradəsini sərbəst formada ifadə etməklə könüllü olaraq ona vermişdir. İXM-nin 114.2.3-cü bəndinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, hazırkı vəziyyətdə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair iş üzrə icraata xitam verilməli və onun əməlində Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayətin əlamətləri olduğuna görə Siyəzən Rayon Məhkəməsində baxılan 3(059)-181/2022 saylı inzibati xəta haqqında iş üzrə material baxılması üçün ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Eyni zamanda qeyd edirəm ki, Şəxs 18 oktyabr 2022-ci il tarixdə, saat 11:30-dan inzibati qaydada tutulmuş, daha sonra azad olunmadan müşayiət altında məhkəməyə gətirilmişdir. Hazırda, İXM-nin 227-ci maddəsi ilə Şəxs barəsində başlanmış icraata xitam verildiyindən onun barəsində tutma da ləğv edilməli və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair iş üzrə icraata xitam verilsin. Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayətin əlamətləri olduğuna görə Siyəzən Rayon Məhkəməsində baxılan 3(059)-181/2022 saylı inzibati xəta haqqında iş üzrə material baxılması üçün ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Şəxs barəsində tutma ləğv edilsin və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Şəxs tərəfindən onlara vurulmuş zərərləri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüquqlarının olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-181/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-181/2022
19.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver